“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

“Dialoqdan imtina edilməyib,bu bizə atılan böhtandır“ - Əli Kərimli

Tarix 29.04.20, 12:45

Font ölçüsü : - / +
bitmap-img6


Əli Kərimli PA-nın şöbə müdiri ilə görüş təklifindən danışdı...

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Azərbaycan Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüş təklifindən danışıb.

AzFakt.com-un xəbərinə görə, AXCP sədri deyib ki, dialoqdan imtina edilməyib: “Bu, bizə atılan böhtandır. Bizə zəng edilib, deyilib ki, Ədalət Vəliyev danışmaq istəyir. Dərhal partiyada müzakirə etmişik. Danışıqlar üçün partiya sədrinin müavini Seymur Həzini müəyyənləşdirdik. O, partiyada ən səlahiyyətli 3 şəxsdən biridir. Ədalət Vəliyev də Prezident Administrasiyasında şöbə müdiridir... Biz həmişə açıq və predmetli dialoqun tərəfdarı olmuşuq. Biz bu 27 ildə nə qədər dialoq imitasiyaları görmüşük. Dialoq imitasiyaları başqa şeylərlə - alqı-satqı, bəzi müxalifətçilərin konstruktivləşməsi və hökumətin yanına keçməsi ilə başa çatıb. Biz nə deyirik? Dialoqa hazırıq, amma biz orada seçki islahatını danışacağıq. Dalana dirənmişik, çıxış olmalıdır. Seçki islahatsız necə seçki olacaq? Siyasi məhbus, Dağlıq Qarabağ və təhlükəsizlik, sərbəst toplaşma azadlığı məsələsini danışmaq istəyirik. Bunların hansı anti-konstitusion, xalqın mənafeyinə ziddir? Hökumət prinsipial mövqeyimizi top-tüfənglə qarşılamayıb, danışıqlara getsəydi, gerçək açılım ola bilərdi. İndi də hesab etmirəm ki, bütün variantlar tükənib, xeyr! Azərbaycan hökuməti torpaqlarımızın 20 faizini işğal etmiş Ermənistanla dialoqu kəsməyibsə, danışıqlar aparırsa, bizimlə niyə olmasın? Bu dialoqa susdurmaq, satın almaq vasitəsi kimi baxılmamalıdır. Dialoqda iştirak etsək də, bu mövqeyimizlə iştirak edəcəyik. Başa düşürəm, ölkə dalana dirənib, bunun bir anlıq və sadə həlli yoxdur. Yığışdıq, getdik, oturduq, danışdıq, sabah hər şey düzələcək... Elə şey yoxdur. Mən o maksimalizmi də qoymuram ortaya. Hökumət yol xəritəsi elan etsin, bizlə danışsın, ya da heç danışmasın, xalqla danışsınlar. Hökumətin çox böyük səlahiyyətləri olsa da, müxalifət təyin edə bilməzlər”. (Pravda.az)



Xəbərin oxunma sayı : 1150




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap