Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Paşinyandan Dilqəm və Şahbazla bağlı çok etiraf: Daha iki Ramil Səfərovu...

Tarix 20.11.18, 17:41

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycanın erməni terrorçularının əlində olan iki girovu – Dilqəm Əsgərov və Şahbaz Quliyevi qaytarmağı tələb etdiyini etiraf edib.

Publika.az xəbər verir ki, bu etirafı Paşinyan Azərbaycan Ordusu tərəfindən ələ keçirilən erməni kəşfiyyatçı Karen Kazaryanın qohumlarının etirazı haqqında danışarkən edib.

Karen Kazaryanın qohumları etiraz aksiyası keçirərək yolları bağlayıblar.

Bu zaman aksiyaçılara yaxınlaşan Paşinyan onlardan soruşur: “bu etiraz kimə qarşıdır. Əgər Azərbaycana qarşıdırsa, onda niyə yolları bağlayırsınız, yox, əgər bizə qarşıdırsa və hesab edirsinizsə ki, az diqqət göstərilir, bu, doğru deyil. Mənim həyat yoldaşım iki dəfə bu ailə ilə görüşüb, mən də görüşəcəm. Əgər hesab edirsinizsə ki, Ermənistan Kazaryanın qaytarılması üçün səyləri artırılmalıdır, o zaman anlamaq lazımdır ki, proses Ermənistanın maraqlarına uyğun olmalıdır. Nəyin bahasına olursa olsun, məsələnin həllini tələb edərkən, cəmiyyətin bunu necə qarşılayacağına da baxmaq lazımdır. Azərbaycan tərəfi dəyişdirməyi təklif edir. Biz buna getməliyikmi? Dilqəm Əsgərov və Şahbaz Quliyevi qaytarsaq, o zaman erməni ailələrinə necə cavab verəcəyik? Biz daha iki Ramil Səfərovu qaytaraqmı? Mən Kazaryan ailəsini anlayıram və hörmət edirəm, lakin yolları bağlamağı anlamıram. Yəni nəsə elə bir şey varmı ki, edə bilərdik, amma etmədik?”.

Paşinyan bununla həm də Azərbaycanın masaya Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılması şərtini qoyduğunu etiraf edib.

Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev işğal altındakı torpaqlarda qalan doğmalarının məzarlarını ziyarət etmək istəyərkən, erməni hərbi birləşmələri tərəfindən girov götürülüb.



Xəbərin oxunma sayı : 388




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap