Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Diqlas”da zərər görən sahibkarlara kompensasiya təklifi – Nazim

Tarix 30.03.19, 13:55

Font ölçüsü : - / +
bitmap-img6


Bəydəmirli bir ilədək müavinət verilməli olduğunu deyir
 
Keçmiş millət vəkili, iqtisadçı alim Nazim Bəydəmirli “Diqlas”Ticarət Mərkəzində baş verən yanğın zamanı dəyən ziyanın kompensasiya edilməsi ilə bağlı təkliflər verib.

Strateq.az ekspertin təkliflərini oxculara təqdim edir:

1. Hər dükan sahibinə ailə üzvlərinin sayına görə 180 manatdan 6 aylıq və ya bir illik işsizlik müavinəti təyin etmək (180 manat ölkə üzrə yaşayış minimumu, iş yerinin bərpası 6 aydan bir ilə qədər proqnozlaşdırılır).

2. Obyekt sahibinə ticarət mərkəzinin bərpası üçün 6 aydan bir ilə qədər vaxt vermək.

3. Ticarət mərkəzinin əvvəlki vəziyyətinə gətirilməsi üçün obyekt sahibinin lazımi vəsaiti yoxdursa, kredit resursları ayırmaq, imtina etsə dövlətin balansına götürmək və tender əsasında yeni idarəçiyə gələcəkdə özəlləşdirmək şərti ilə vermək.

4. Obyektin tam bərpasına qədər üçtərəfli komissiyanın (obyekt sahibləri, icarəçilər və dövlət orqanlarının nümayəndələri) konsensus əsasında alınmış rəyinə əsasən hər dükan sahibinin zərərini müəyyənləşdirmək.

5. Zərər müəyyənləşdirildikdən sonra tərəflərin məsuliyyətinə (obyekt sahibi ilə yanaşı dövlətin də məsuliyyəti var) adekvat olaraq bu zərərin bölüşdürülməsini təmin etmək. 

6. Zərərin əvəzini ödəmək üçün obyektin girov zəmanəti ilə kredit cəlb etmək və bu kreditləri dükanların fəaliyyətə başlanması üçün mal alışına yönəltmək.

7. Obyekti yararlı vəziyyətə gətirənə qədər dükan sahiblərinin əldən çıxmış faydalarını əvəzləmək üçün 6 ay və ya bir il müddətinə vergi güzəştləri vermək.

Nazim Bəyədmirli sonda qeyd edib ki, belə və yaxud bu sxemə yaxın mexanizm düşünülsə, dövlət büdcəsinin itkisi ancaq müavinət verməklə məhdudlaşar və məbləğ 1.8 – 3.6 milyon manat ətrafında ola bilər, ən pis halda 5 milyon manatı keçməz.



Xəbərin oxunma sayı : 448




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap