![]() |
|














Ədliyyə Nazirliyində kollegiya iclası: nöqsanlardan söz açılıb, nazir tapşırıqlar verib
Tarix 05.11.19, 22:09 |
|
990.jpg)
Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş nazirliyin kollegiya iclasında dövlət başçısının iqtisadi müşavirədə verdiyi tapşırıqlarla bağlı ədliyyə orqanlarının vəzifələri müzakirə olunub.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, çıxış edən nazir bildirilib ki, Azərbaycan Banklar Assosiasiyasının və bank sektorunun rəhbər şəxsləri ilə nazirlikdə dəyirmi masa keçirilərək bankların fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı tədbirlər barədə məlumat verilib, bankların hüquqlarının məhkəmə müdafiəsi və icra sahələrində problemlər müzakirə olunaraq birgə işçi qrupları yaradılıb. İclasda işçi qrupların fəaliyyəti ilə bağlı məlumatlar dinlənilərək qaldırılan məsələlərin çevik həlli üzrə konkret tapşırıqlar verilib.
Kollegiyada dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının icrası üzrə görülən işlərin nəticələri müzakirə olunub. Qeyd edilib ki, Fərmanda məhkəmə sisteminin qarşısında duran bütün məsələlər, o cümlədən sahibkarlığın inkişafına və bank sektorunun fəaliyyətinin səmərəliliyinə xidmət edən, onların məhkəmə mübahisələrinin operativ həlli ilə bağlı tədbirlər əhatə olunub.
Fərmanın icrası çərçivəsində nazirlik tərəfindən ədliyyə və məhkəmə fəaliyyətini tənzimləyən 40-dək normativ aktın layihələri işlənib hazırlanıb, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə yeni ixtisaslaşmış məhkəmələrin yaradılması ilə bağlı yeni qanun qəbul olunaraq kommersiya və həmçinin inzibati məhkəmələr təsis edilib.
Həmçinin ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında hakimlərin ixtisaslaşmasına mühüm əhəmiyyət verilərək onların konkret sahələr üzrə mütəmadi ən aktual, o cümlədən iqtisadi və maliyyə məsələlərinə, qanunvericilikdəki yeniliklərə və digər mövzulara dair tədris tədbirlərinə cəlb olunması təmin edilir.
Bundan əlavə, hakimlərin iş yükünün azaldılmasına xidmət edən məqsədyönlü tədbirlər görülüb, o cümlədən məhkəmə baxışının tezliyinin təmin olunması məqsədilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat proseduru təsbit olunub, iqtisadi mübahisələr üzrə icraatın yalnız elektron qaydada – “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması, habelə həmin işlər üzrə məhkəmə proseslərinin fasiləsiz audio-video yazılışı təmin edilib, mübahisəsiz pul və əmlak tələbləri ilə bağlı işlərin məhkəmədən kənar, elektron qaydada notariusun icra qeydi ilə asan həlli imkanı yaradılıb, icra icraatı üzrə xitam və dayandırma səlahiyyətləri icra məmurlarına verilib.
Eyni zamanda, iclasda mübahisələrin məhkəmədən kənar həlli vasitələrinin genişləndirilməsi məqsədilə mediasiya institutunun ölkəmizdə səmərəli tətbiqi, bu sahədə Avropa İttifaqı ilə birgə yeni layihənin təşviqi qeyd olunub, növbəti ildən tətbiq ediləcək “Mediasiya haqqında” Qanunun implementasiyası ilə əlaqədar nazirlik tərəfindən çoxsaylı normativ sənəd layihələrinin hazırlanaraq qəbul olunduğu vurğulanıb, Mediasiya Şurasının yaradılması, mediasiya üzrə təlimçilərin, mediatorların hazırlanması, hakimlərin bu sahədə təlimatlandırılması, əhatəli maarifləndirmə tədbirlərinin təşkil olunması və sair ilə bağlı işlər diqqətə çatdırılıb.
Həmçinin dövlət başçısının Fərmanının icrası çərçivəsində ölkəmizdə beynəlxalq arbitraj prosedurlarının təşviqi üzrə tədbirlər görülüb, o cümlədən Avropa İttifaqı ilə birgə “Biznes mühitinin inkişafı ilə əlaqədar normativ-hüquqi bazanın dəstəklənməsi” layihəsi çərçivəsində yerli və beynəlxalq qanunvericilik təhlil olunub, beynəlxalq təcrübə öyrənilib və arbitraj prosedurlarının təşviqinə dair yol xəritəsi hazırlanıb.
İclasda hakimlərin iş yükünün azaldılması və məhkəmə fəaliyyətinin keyfiyyətinin artırılması məqsədilə Fərmanla hakimlərin ştat sayının 200 vahid artırılmasının mühüm əhəmiyyəti vurğulanıb. Yeni, daha çevik qaydada seçimlərə başlanılaraq bir qrup hakimliyə namizədlə test üsulu ilə və yazılı imtahanların keçirildiyi, sənəd qəbulunun davamlı xarakter aldığı diqqətə çatdırılıb.
Bununla yanaşı, kollegiyada məhkəmələrdə süründürməçilik və digər mənfi hallara qarşı hər zaman qəti tədbirlərin görüldüyü bildirilərək Məhkəmə-Hüquq Şurası tərəfindən fəaliyyət göstərdiyi 15 il ərzində 200 hakim barəsində intizam icraatının başlanıldığı, 130 hakimin qanunvericiliklə nəzərdə tutulmuş müxtəlif əsaslarla – fəaliyyətinin qeyri-məqbul qiymətləndirilməsinə, səlahiyyət müddətinin uzadılmamasına görə, habelə intizam qaydasında, o cümlədən korrupsiyaya şərait yaradan hüquqpozmalara yol verdiklərinə görə məhkəmə sistemindən kənarlaşdırıldığı vurğulanıb. Məlumat verilib ki, şəffaflığın və qərəzsizliyin, habelə qeyri-prosessual münasibətlərin yolverilməzliyinin təmin edilməsi məqsədilə Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurası tərəfindən məhkəmələrdə mütəmadi yoxlamalar və monitorinqlər aparılır. Qısa müddətdə 40-dan çox məhkəmədə monitorinqlər keçirilib, yol verilən pozuntular 100-dən artıq hakimin və məhkəmə sədrinin diqqətinə çatdırılıb, daha kobud pozuntularla bağlı isə intizam icraatları başlanılıb.
Eyni zamanda, Fərmanla məhkəmə qərarlarının icrasının səmərəliliyinin artırılması, “Elektron icra” informasiya sisteminin tətbiqinin genişləndirilməsi, süründürməçilik və sui-istifadə hallarının qarşısının qətiyyətlə alınmasına dair konkret addımların atıldığı qeyd olunaraq icra fəaliyyətini tənzimləyəcək İcra Məcəlləsinin işlənib hazırlandığı, icra xidmətində iş həcminin ilbəil kəskin artması, təkcə bu ilin 9 ayında işlərin sayının 776 mini ötməsi ilə əlaqədar alternativ icra mexanizmləri, o cümlədən icranın özəl qurumlara həvalə edilməsi ilə bağlı mütərəqqi beynəlxalq təcrübəyə uyğun tədbirlər vurğulanıb.
İclasda, həmçinin cinayətkarlıqla mübarizədə və ədalət mühakiməsinin həyata keçirilməsində mühüm rol oynayan məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər müzakirə olunub, cari ilin 9 ayında Məhkəmə Ekspertizası Mərkəzində 41 ekspert ixtisası üzrə 24 minədək işin icra olunduğu və ekspertlərin 675 mindən çox suala cavab verməklə qaldırılmış məsələlərin 99,5 faiz həllinə nail olduğu qeyd edilib.
Diqqətə çatdırılıb ki, Fərmanın icrası çərçivəsində ekspert araşdırmalarının keyfiyyətinin və operativliyinin, iqtisad ekspertizaları sahəsində işin səmərəliliyinin artırılması məqsədilə nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin strukturu təkmilləşdirilib, ştat sayı artırılıb, ekspertiza fəaliyyətinə əlçatanlığın asanlaşdırılması, yerli məhkəmə və hüquq-mühafizə orqanlarına kömək məqsədilə Mərkəzin əlavə yeni – Lənkəran regional bölməsi yaradılıb. Həmçinin ekspertiza fəaliyyətinin alternativ mexanizmləri, o cümlədən ekspertizanın özəl qurumlar tərəfindən həyata keçirilməsinə dair qanunvericilik və qabaqcıl təcrübələr nəzərdən keçirilib, ekspert rəyinin verilməsi müddətlərinin dəqiqləşdirilməsi, ekspertiza təyin edilməsi ilə bağlı tərəflərin hüquqlarının genişləndirilməsi, həmçinin ekspertizanın özəl qurumlar tərəfindən həyata keçirilməsi, bununla bağlı müvafiq lisenziyaların verilməsi və digər mütərəqqi yeniliklərə dair layihələr hazırlanıb.
İclasda Fərmana əsasən ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılmasına və rəqəmsallaşdırılmasına, işlərə daha operativ və keyfiyyətlə baxılmasına xidmət edən “Elektron məhkəmə” informasiya sisteminin tətbiqinin genişləndirilməsi və funksionallığının artırılması üzrə görülən işlər qeyd olunub, bu məqsədlə hazırlanmış “Mobil məhkəmə” proqram təminatının təqdimatı keçirilib.
Kollegiya iclasında vurğulanıb ki, Fərmanın icrası üzrə görülən işlər beynəlxalq aləmdə təqdir olunur, o cümlədən Dünya Bankının “Doing Business 2020” hesabatında yeni ixtisaslaşmış məhkəmələrin yaradılması, məhkəmə fəaliyyətinin rəqəmsallaşdırılması, elektron məhkəmə sisteminin təkmilləşdirilməsi, mediasiya institutunun tətbiqi üzrə görülən tədbirlər müsbət nəticələr kimi əks olunub.
Eyni zamanda, Ədliyyə nazirinin ötən ay Strasburqa səfəri zamanı məhkəmə-hüquq sistemindəki islahatlar, xüsusilə dövlətimizin başçısının 2019-cu il 3 aprel tarixli Fərmanı və onun icrası üzrə qısa müddətdə intensiv işlərin görülməsi Avropa Şurasının yüksək rəsmiləri tərəfindən qeyd olunub və Azərbaycanın bu sahədə yaxşı təcrübəsinin Avropa Şurası tərəfindən yayıldığı bildirilib. Avropa ədliyyə nazirlərinin konfransında da məhkəmə-hüquq sahəsində təcrübəmizə maraq göstərilib.
İclasda dövlət başçısının bu mühüm sənəddən irəli gələn ardıcıl tədbirlərin davam etdirilməsi diqqətə çatdırılıb. Bununla yanaşı, ədliyyə orqanları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, korrupsiyanın yolverilməzliyi, etik davranış qaydalarına dönmədən əməl olunması, maliyyə və digər sahələrdə şəffaflığın artırılması ilə bağlı konkret tapşırıqlar verilib.
Sonda bəzi normativ sənəd layihələrinə baxılıb, vətəndaş cəmiyyətinin inkişafına dövlət dəstəyinin təzahürü olaraq 30-dək qeyri-kommersiya təşkilatı dövlət qeydiyyatına alınıb.
Xəbərin oxunma sayı : 154
Sosial
Xəbərlər
-
Çoxmərtəbəli binalarda səs izolyasiyasına niyə diqqət edilmir? - VİDEO
-
Bağçalara qəbul başlayır - Proses necə keçiriləcək?
-
Abortla bağlı yeni qanun qəbul edilə bilər - VİDEO
-
Qərb Ukraynaya silah tədarükünü bərpa edib - Zelenski
-
Xocalı girovlarının ifadələri: Dəhşətli faktlar ortaya çıxdı
-
Mingəçevir sakinlərin nəzərinə: Bəzi ərazilərdə qaz olmayacaq
-
“Yadıma düşmür ki, nəvaxtsa mən onu söyüm...“ - Zülfüqarov Məmmədyarova cavab verdi
-
Kolumbiya üsyançılarının sayı artır - hökumət narahatdır
-
Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
-
“Azəriqaz”da absurd təyinat…- Nəqliyyat mühəndisi maliyyə sektorunda
-
15 mini icra başçısının sürücüsünə vermək adı ilə aldı - Sahibkarın başına iş gəldi
-
Baş prokuror Nərimanovda vətəndaşları qəbul etdi - Fotolar
-
“Qaçqınkom“un tenderi şübhələr yaratdı: “SS-İnşaat“ kimindir?
-
Əli Əsədov İqtisadi Şuranın üzvlərini topladı - Müzakirə
-
Natiq Cəfərli quru sərhədlərinin bağlı qalmasını tənqid etdi - “Belə də iş olar?!”
-
“Stomatoloq.Mehemmed” necə pasiyentləri implant edir? - Araşdırma
-
Dövlət Miqrasiya Xidməti əməkdaşlarının geyim forması dəyişdi - Fərman
-
Biləcəridə şəhid ailəsinin evini dağıtdılar - FOTOLAR
-
Serftifikasiyadan kəsildi, məktəbə texniki işçi kimi düzəlmək istədi - Dələduzluğun qurbanı oldu
-
Pekin düşmənlərinə qarşı “kiber-arılar“ yaradır - SENSASİNON DETALLAR
-
Əhalinin banklardakı əmanətləri 15 milyard manatı keçib - Statistika
-
Bakıda avtomobil ehtiyat hissələri mağazasının faəliyyəti dayandırıldı - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Nikahların sayı artıb, boşanmalar azalıb - Doğulanların və ölənlərin sayı isə...
-
Mənzil qiymətləri niyə sürətlə artır? - Bazara təsir edən amillər
-
Dənizçi pasportu almaq istəyən 181 nəfəri belə aldadıblar - DƏLƏDUZLUQ İŞİ
-
“Putin Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır“ - “Financial Times“
-
Növbəti dörd gündə havanın maksimal temperaturu 41 dərəcə olacaq - XƏBƏRDARLIQ
-
“Veysəloğlu“ Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu - FOTOLAR
-
Sosial yardım məbləğində artımlar olacaq? - Deputat
-
PKK silahları təhvil verməyə başladı - FOTOLAR/VİDEO
-
Xocalıda girov götürülmüş qadın: Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı
-
Bosniyalı müsəlmanların qətli - Srebrenitsa soyqırımından 30 il ötür
-
Azərbaycanda orta aylıq əmək haqqı 9 % artıb - Rəsmi
-
Prezident daha bir fərman imzalayıb - Şübhəli əməliyyatlarla bağlı
-
Lisey və gimnaziyalara qəbul - 200 şagirdin nəticəsinin əlavə araşdırılmasına zərurət yaranıb
-
“Yaşayış minimumu haqqında” qanun dəyişib - Fərman
-
Magistraturanı bitirənlər bu qədər maaş alacaq - SİYAHI
-
“Bakinski raboçi”, “Respublika” və “Xalq qəzeti”... - Prezident bu nəşrlərlə bağlı fərman verdi
-
İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi - FOTO
-
Pakistanda avtobusa silahlı hücum olub - 9 nəfər öldürülüb
-
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
-
Bakıda dəfn mərasimində DƏHŞƏT: Oraqla qardaşının BAŞINI KƏSDİ
-
20 avtobus marşrutu müsabiqəyə çıxarılır - SİYAHI
-
Köhnədir, oturacaqları sınıqdır - 50 nömrəli avtobusdan ŞİKAYƏT
-
Bakı zənginlərinin qumar oynadığı məkan: “Ağ klub“un aqibəti necə oldu? (VİDEO)
-
ABŞ-nin NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər - Tramp
-
Sumqayıtda əliliyi olan şəxslər üçün quraşdırılan panduslar yarımçıq qaldı - VİDEO
-
İsrail yaxın vaxtlarda bir neçə ərəb dövləti ilə sülh sazişi imzalaya bilər - Netanyahu
-
Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib - Statistika
-
Bazarlarda satılan şaftalıların üzərinə boya vurulur? - VİDEO
-
Azərbaycanda əhalinin yanacaq xərclərinin nə ilə bağlıdır? - VİDEO
-
“Ciyər axşamı”ndakı qanlı davanın səbəbi bilindi - Məclis sahibi də etiraz edib
-
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
-
Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - Valideynlər danışdı
-
Metroda ən çox sərnişin bu stansiyalardan istifadə edir - SİYAHI
-
“AtaSığorta” kibertəhlükəsizlik tələblərini pozub - AMB xəbərdarlıq etdi
-
Bakının ən bahalı və ucuz mənzilləri - Sotu 350 min AZN olan torpaq sahəsi
-
Sərxoş sürücü polisə tabe olmadı - İçkili maşın sürməsini belə izah etdi
-
Romada Ukrayna toplantısı: Zelenski Marşall Planı təklif edir
-
“Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” - Restoranda ağlayan qadın aldadılıb
-
Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşdü - Fotolar
-
Bu imtahanın keçirilmə qaydaları dəyişdirildi - Keçid balı artırılıb
-
Kiyevə göndərilən dron səfirliyimizin yaxınlığına düşüb - Fotolar
-
DİN-də kollegiya iclası: Vilayət Eyvazov yeni tələblər qoydu - FOTO
-
Ən çox şikayət edilən sığorta şirkətlərinin - Siyahısı
-
Lavrov və Rubio arasında görüş olub - Nə müzakirə edilib?
-
Bakı metrosunda ən çox hansı stansiyadan istifadə edilir? - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Nar” tədbirdə rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - Fotolar
-
Azərbaycanlı “Vaqner”çilər həbs olundu - DTX-dən əməliyyat
-
Məhşur blogerin “Papağ” restoranları “Cart to card” sistemi işləyir? - Vergidən yayınma……
-
İlham Əliyevlə Paşinyan nələri müzakirə ediblər? - Rəsmi açıqlama
-
Cərrah Elçin Bayramov qonşularına təzyiq göstərir - “Heç kimdən qorxmuram...“
-
Azərbaycan kənd təsərrüfatında fəlakət göstəriciləri: Əkin sahələrinin zərəri 90% artdı
-
İşdən çıxarılan məktəb direktorlarının 20 faizi vəzifəsinə bərpa olunub - Nazir
-
Özünü “vəkil“ kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - ŞİKAYƏT
-
Azərbaycanla Ermənistan bu məsələlərdə razılığa gəldi - Görüşün nəticələri
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Xocalıda yaralanan şəxs: Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım isə...
-
Generalın nömrəsini axtaran müəllimin başına oyun açdılar - DƏLƏDUZLUQ İŞİ
-
İlham Əliyevlə Nikol Paşinyan arasındakı görüş başa çatdı - FOTO
-
“Bakı və İrəvanın sülh sazişi imzalaması regiona sabitlik gətirəcək“ - Peskov
-
Miras üstündə mübahisələrə son qoyulur? - Qanun dəyişdi, qaydalar yeniləndi
-
“Polisləri görüb qışqırmağa başladım” - Qız qaçıran 3 nəfər niyə azadlığa buraxıldı?
-
Bahalaşan və ucuzlaşan məhsullar açıqlandı - SİYAHI
-
“Atlant” sahibi ilə kürəkəni məhkəmədə üz-üzə - 14 milyon kimin cibindədir?
-
“Təxminən 20 min uşaq bağçadan kənarda qalacaq“ - Nazir
-
Zelenskidən Rusiyaya xəbərdarlıq: “Sərt reaksiya olacaq!”
-
I və IV ixtisas qrupları üzrə imtahan keçiriləcək - DİM-dən xəbərdarlıq
-
Arvadını öldürmək istəmişdi - 15 il həbs verildi
-
Məhbus ailələrinin Tolikə qarşı şikayətinə baxılır - Məhkəmə qapalı keçirilir
-
Trampdan daha bir qalmaqallı qərar - Braziliyaya 50% rüsum tətbiq etdi
-
Azərbaycan məktəblərində rus bölmələri bağlanır? - Rəsmi cavab
-
Kamran Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Bağ evi almaq müşkülə çevrilib: Hansı ərazilərdə qiymətlər od tutub yanır?
-
Yol polisindən yağışlı hava ilə bağlı - Müraciət
-
Bakıda iş adamının 2 villasını soydular - Yarım milyon manat oğurlandı
-
Kredit borcu olanların NƏZƏRİNƏ - Manatın məzənnəsi dəyişərsə...
-
Ağdərədə mina partladı - Xəsarət alan var
-
İlham Əliyevlə Paşinyanın görüşü başladı - FOTO/VİDEO
-
Fahreddin Altun vəzifəsindən azad edildi - Yeni TƏYİNAT
-
Direktor və müavinlər... - Daha bir kollecdə yeni təyinatlar olub
-
Əhali Prezidentin fəaliyyətini yüksək qiymətləndirir - SORĞU
-
Böyük Britaniya və Fransa bəyannamə imzalayacaq - Nüvə sahəsində
-
Klublararası Dünya Çempionatı: PSJ "Real"ı darmadağın edərək finala çıxdı
-
Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz - Bu dəfə 5 gün
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
TOP 10
ARXİV