Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Dodaq qənimi” olan klinika rəhbəri meydan oxudu - VİDEO

Tarix 21.06.18, 3:47

Font ölçüsü : - / +
bitmap-img6


Onların nəsli tükənə bilər, ancaq mənim, Elnarə Rzayevanın klinikası bağlana bilməz.

AzFakt.com axar.az-a istinadən xəbər verir ki, bu sözləri son günlər mətbuatda haqqında gedən şikayətlər və ona müraciət edən pasiyentlərin dodaqlarını müalicə etmək adı ilə yandıran kosmetoloq Elnarə Rzayeva klinikasının başlanması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirərkən deyib.
E.Rzayeva bildirib ki, klinikası bağlanmayıb, həmişə olduğu kimi fəaliyyətini davam etdirir. Bununla bağlı İnstaqram hesabından video paylaşan kosmetoloq onun haqqında olan şikayətləri işıqlandıran jurnalisti və zərərçəkən pasiyentləri erməni adlandırıb və onların reketliklə məşğul olduğunu bildirib:

"Onlar məndən pul istəyirlər. Pul vermədiyim üçün də deyirlər ki, klinikam bağlanır. Ancaq onların nəsli tükənə bilər, mənim klinikam bağlana bilməz".

Xatırladaq ki, son günlər adı müştərilərinin dodaqlarını yandırmaqda hallanana kosmetorloq Elnarə Razyevanın mərkəzinin bağlanması ilə bağlı məlumatı zərərçəkmişlərin vəkili Toğrul Allahyarov yayıb.

T.Allahyarov bildirib ki, həmin mərkəz Nəsimi rayonu, Hənifə Ələsgərova küçəsi 4 ünvanında yerləşirdi. Vəkilin sözlərinə görə, bu gün həmin mərkəzin reklam lövhəsinin götürüldüyü və qeyri-yaşayış sahəsinin icarə elanı verməsinin şahidi olub:

"Elnarə Rzayeva 3 ilə yaxın "LA sisters" mərkəzində qeyri-rəsmi işləyib. 2017-ci il sentyabrın 15-dən əmək müqaviləsi ilə həmin mərkəzə rəsmi işə düzəlib. Çoxsaylı şikayətlərdən sonra "LA sisters" rəhbərliyi tərəfindən işdən azad olunub. Onunla bağlanmış əmək müqaviləsi ləğv olunub. Bundan sonra Elnarə Rzayeva həmin mərkəzə yaxın yerdə, həmin binadan bir neçə metr kənarda özünə yer kirayələyərək işləməyə başlamışdı. Bir neçə zərərçəkmiş xanımın dodaqlarını həmin mərkəzdə yandırıb. Görünür, son zamanlar adı mediada hallandırıldıqdan sonra mərkəzi bağlayaraq qaçıb. Onun başqa bir mərkəzi də var. Səməd Vurğun 92-də, ona həbs qoydurmuşam".

 






Xəbərin oxunma sayı : 685




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap