Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Dollar satan Hacıxanımdır deyə kişilərlə görüşmür”- Bakıda daha bir dələduzluq işi

Tarix 24.10.21, 13:51

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda daha bir qeyri-adi dələduzluq hadisəsi baş verib. Əvvəllər də dələduzluğa görə məhkumluq həyatı yaşamış şəxs bu dəfə "Hacıxanım"ın adından istifadə edərək eyni cinayət əməlini törədib.

Musavat.com xəbər verir ki, Nemət Həsənov Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq; xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunaraq Binəqədi Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb.

Məhkəmə araşdırması zamanı məlum olub ki, Nemət Həsənov daha əvvəl külli miqdarda dələduzluq cinayəti törətməkdə ittiham olunaraq həbs edilib.

Onun aldatdığı şəxslərdən biri həbsxanada tanış olduğu Pərvin, digəri isə Pərvinin dostu Amildir.

Pərvin oğurluqda ittiham olunaraq həbsdə yatıb və Nemət Həsənovla eyni cəzaçəkmə müəssisəsində olublar.

Həbsxanadan çxıdıqdan sonra Nemət bir müddət Rusiyada yaşayıb. Daha sonra onlar sosial şəbəkədən bir-birləri ilə əlaqə qurublar. Nemətin dediyinə görə Pərvinə 20 min manat borcu olub. Pərvin borcunu bir neçə dəfə istəyəndə ona iş qurmağı, bu pulu başqa yolla qaytarmağı təklif edib. Amma Pərvin razılaşmayıb.

Bir müddət sonra Bakıya qayıdan Nemət Pərvinlə görüşüb. Həmin görüş zamanı Pərvin deyib ki, dostu Amil maşın almaq istəyir. Amilin 33 min manat pulunun olduğunu, lakin maşını satan şəxsin 20 min dollar istədiyini deyən Pərvin Nemətdən dollar satan tanışının olub-olmadığını soruşub.

Nemət isə Hacıxanım adlı bir tanışının olduğunu, bizneslə məşğul olduğunu, həm də dollar alıb-satdığını bildirib.

Razılığa əsasən Pərvin və Amil 33 min manatı götürərək Nemətin yanına gediblər. Nemət deyib ki, Hacıxanım dolları 1.65 manatdan hesablayacaq. Bununla da 33 min manata 20 min dollar alacaqlar.

Əvvəlcə Pərvin və Amil görüşərək Nemətin yanına gəliblər. Nemət onları guya Hacıxanımın evi olan binanın qarşısına gətirib. Maşında pulu alıb Hacıxanımın evinə getmək istəyəndə Pərvin deyib ki, Amil də onunla getsin. Nemət buna etiraz etməyib. Amma binanın blokunun qarşısına çatanda Nemət Amilə deyib ki, Hacıxanım hicablıdır, dindar xanımdır və buna görə də tanımadığı kişilərin yanına çıxmır.

“Sən blokun qabağında gözlə. Mən tez gəlirəm”- deyən Nemət Amili razı salıb. Bir müddət keçəsə də Nemət geri qayıtmayıb.

Nemətlə Amilin gəlmədiyini görən Pərvin maşından düşərək binaya yaxınlaşıb. Amilin blokun qarşısında görən Pərvin nə baş verdiyini soruşub. Amil Nemətin dediklərini Pərvinə danışıb. Pərvin artıq baş verənləri başa düşüb və tez Nemətə zəng edib. Nemətin telefonuna zəng çatmayanda aldadıldıqlarını başa düşüblər.

Nemətin girdiyi blokdan hara yoxa çıxmasına gəlincə...

Nemət ifadəsində deyib ki, bu planı əvvəldən qurub. Belə ki, yaxın ərazidə blokunun arxa çıxışı olan bina tapıb. Hacıxanım məsələsini də əvvəldən düşünüb. Amil və Pərvini buna inandırdıqdan sonra binanın arxa qapısından çıxaraq oradan qaçmaq da planın bir hissəsi olub.

Məhkəmədə dindirilən zaman Nemət əməlini etiraf edib və bildirib ki, 33 min manatın bir hissəsini borclarına verib. Qalan hissəsini isə şəxsi ehtiyaclarına xərcləyib.

Zərərçəkmiş kimi tanınan Amil isə pulunu tələb edir. Zərərin heç bir hissəsi Nemət tərəfindən ona qaytarılmayıb.

Məhkəmənin hökmü ilə Nemət Həsənov üç il müddətinə azadlıqdan məhrum edilib.



Xəbərin oxunma sayı : 880




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap