Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Çeçenlərlə qanuni oğruların böyük savaşı başladı

Tarix 18.02.17, 16:33

Font ölçüsü : - / +
bitmap-img6


Yaxın zamanlarda rusiyalı qanuni oğrularla çeçen diasporu arasında kriminal savaş başlayacaq.

Axar.az xəbər verir ki, bu iddia ilə “Rosbalt” agentliyi çıxış edib. Savaşa əsas səbəb Tuvadakı həbsxanalardan birində qanuni oğru Ruslan Gegeçkorinin (Şlyapa) tərəfdarları ilə birgə Çeçenistan və Dağıstandan olan məhbusları döyməsi olub. Ən maraqlı məqam isə qafqazlıların həbsxana məscidində döyülməsidir.

Belə ki, məşhur qanuni oğru Roland Gegeçkorinin (Roland Şlyapa) oğlu Ruslan qafqazlıların çoxdan xoşlamadığı məhbusla yaxınlaşıb. Qafqazlıların bu şəxslə problemi çoxdan olub və onlar həmin məhbusun özünü düzgün aparmadığını iddia ediblər. Ruslana yaxınlaşan məhbus bir müddət sonra yeni statusundan istifadə edərək çeçen və dağıstanlılara göstəriş verməyə başlayıb. Bu isə onların xoşuna gəlməyib. Belə bir anda Şlyapa qafqazlıları “razborka”ya çağırıb.

Agentliyin mənbəsi qafqazlıların Şlyapa ilə söhbət zamanı özlərini sakit apardıqlarını və öz mövqelərini izah etdiklərini bildirib. Qafqazlılar Gegeçkoriyə onun həbsxanadakı statusunu qəbul etdiklərini, amma etibar etdiyi şəxsə öz münasibətlərini dəyişdirməyəcəklərini söyləyiblər. Lakin Gegeçkorinin buna reaksiyası gözlənilməz olub. Gegeçkorinin onlara barmaq sallaması qafqazlılar tərəfindən təhdid kimi qəbul edilib. Qafqazlıların nümayəndələrindən biri onun nitqini başa vurmasına imkan verməyib və Gegeçkoriyə çənəsindən sərt zərbə endirərək onu nokauta göndərib. Bundan sonra qafqazlılar həbsxana məscidinə namaz qılmağa yollanıblar. Özünə gələn Şlyapa ətrafın 20 məhbus toplayaraq məscidə basqın edib.

8 qafqazlının döyülməsindən sonra bütün həbsxanada iğtişaş başlayıb. Baş verənlər barəsində qısa zaman ərzində çeçen diasporasının üzvləri xəbər tutublar. Onlar insidentin sakit şəkildə öz yoluna qoyulmayacağını bildiriblər. Çeçenlər törədilən insidentin hesabını təkcə Ruslanın yox, həm də onun atası Roland və digər mafiya iştirakçılarının verəcəyini deyiblər.

Diaspor hadisəni çeçen xalqına təhqir kimi qəbul edib və Şlyapanın məscidə girərək dava yaratmasının cəzasız qalmayacağını söyləyib. Bu isə Roland Gegeçkori üçün böyük problemlərin başlanmasına işarədir. Onsuz da rus mafiyasının lideri Aslan Usoyanın ölümündən sonra Roland Gegeçkori elə də xoş günlər yaşamır. Kiprlə Türkiyədə gizlənən Gegeçkori indi təkcə yeni lider Zaxariya Kalaşovla yox, həm də çeçenlərlə savaşmalı olacaq.



Xəbərin oxunma sayı : 772




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap