Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Çeferin ingilisləri tənqid etdi - “Londonda Azərbaycanın iki komandası oynasaydı...“

Tarix 15.06.19, 17:15

Font ölçüsü : - / +
bitmap-img6


“Hansı turnirdə ingilis klubları varsa, narazılıq olur. Bununla Avropada futbolun populyarlığına mane olursunuz. Mən UEFA prezidenti seçiləndə də İngiltərədən dəstək almadım. Ancaq 76 faiz səs toplamışdım". 

Qol.az “Daily Mail”ə istinadən xəbər verir ki, bu sözləri UEFA-nın prezidenti Aleksandr Çeferin İngiltərənin Oksford Universitetində çıxışı zamanı deyib.

Avropa Liqasının finalının Bakıda keçirilməsinə narazılıq edən ingilisləri tənqid edən sloveniyalı funkisoner maraqlı fikirlər səsləndirib:  

"Niyə  final matçını Bakıda keçirdiniz" soruşsaydılar, deyərdim ki, orada da insanlar yaşayırlar. Həm də düşüncəli insanlar. Onlar  saat fərqi ilə əlaqədar oyunu axşam saat 11-də izləmək məcburiyyətində idi. Lakin heç kim bundan şikayətlənmədi. Londonda Azərbaycanın iki komandası oynasaydı, yenə heç kim şikayətlənməzdi. Onlar gedib heç bir problemsiz oynayardılar.

İlyarım əvvəl qərara aldıq ki, Bakıda oynayaq. Orada 70 min nəfərlik müasir stadion var. Hanıs ki, İngiltərədə bundan böyük cəmi bir stadion mövcuddur. Sevdikləri superulduzları canlı izləyən insanların xoşbəxtliyini  görərdiniz. Biz futbolu təkcə İngiltərə və Almaniyada deyil, hər yerdə inkişaf etdirməliyik".



Xəbərin oxunma sayı : 199




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap