Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Şəhid İnqilab Şirinovun TANK SAVAŞI: “Düşmənin iki tankını vurdu, sonda...“

Tarix 09.01.21, 22:14

Font ölçüsü : - / +
bitmap-img6


8 noyabr 2020-ci il Müzəffər Azərbaycan Ordusu tərəfindən Şuşa şəhərinin düşmən işğalından azad olunması bütün xalqımızı sevindirdi. Bu qələbə Azərbaycan ordusunun xalqımıza bəxş etdiyi həm də mənəvi qələbə idi, 1-ci Qarabağ savaşında şəhid olmuş qəhrəmanlarımızın ruhuna sayğı idi. Şuşa şəhəri tarixi şəhərimiz olmaqla yanaşı, bizim yaralı yerimiz idi həm də. Təxminən 28 il müddətində işğalda qalmış Şuşa təkcə Qarabağın döyünən ürəyi deyildi, musiqi və incəsənət beşiyi kimi də bu şəhər haqqında düşünmək azdı. Bura tarixin özü, Azərbaycanın gözü idi. Ordumuzun həlledici qələbəsi həm də vaxtilə Şuşada döyüşüb şəhid olmuş qardaşlarımızın qisasının alınması idi, onların ruhuna ehtiram əlaməti idi bu qələbə. Bu qələbəmiz üçün ruhu şad olan şəhidlərimizdən biri haqda yazacağıq:

Şirinov İnqilab Şirin oğlu: 20 sentyabr 1957-ci ildə Beyləqan rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra 1975-77 ci illərdə Almaniyada hərbi xidmətdə olub.   

1992-ci ildə düşmən Şuşaya hücum edərkən şəhərin müdafiəsi zamanı çoxlu sayda hərbçimiz orada qəhrəmanlıqlar göstərərək şəhid olmuşdu. Onlardan biri də Beyləqan rayon sakini şəhid İnqilab Şirinovdu. 

AzFakt.com xəbər verir ki, İnqilab Şirinov Birinci Qarabağ savaşında vətənin müdafiəsinə qoşulan könüllülərdən olub. 1991-ci ilin dekabr ayında könüllü müharibəyə qoşulan İnqilab Şirinov 1992-ci ilin yanvar ayından Şuşa şəhərinin süqutuna qədər şəhərin müdafiə olunmasında fəal iştirak edib. O, Şuşada Elçin Məmmədovun başçılıq etdiyi 777 nömrəli xüsusi təyinatlı batalyonda döyüşüb. Hərbi xidmətdə olduğu kimi Vətən müharibəsində də İnqilab Şirinov tankçı olub və döyüşlərdə qəhrəmanlığı ilə düşməni ciddi şəkildə qorxuya salıb. 

Döyüş yoldaşları xatirələrində bildirirlər ki, cəsur və qorxmazlığı ilə seçilən İnqilab Şirinov hər dəfə döyüşdən öncə onları ruhlandırırmış.

O,  Xankəndi, Daşaltı, Cəmilli, Kosalar istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli sayda canlı və zirehli texnikasının məhv edilməsində iştirak edib. 

Şəhid İnqilab Şirinovun döyüş yoldaşları bildirirlər ki, may ayının 8-də "Əjdaha bulağı" adlanan ərazidə düşmənlə ağır tank döyüşü baş verib. Şuşada 713 nömrəli tankı idarə edən İnqilab Şirinov ordan geri çəkilmək əmri almış bölmə komandirinin təslimçilik ruhuna zidd olaraq öz tankı ilə düşmənə lazımi cavab vermək qərarına gəlib. O, şəhərin girəcəyindəki benzindoldurma məntəqəsinə doğru hərəkət edir. "Əjdaha bulağı"na dönən yerdə düşmən tankı ilə rastlaşır və sərrast atəşlə onu yandırıb. Alova bürümüş maşının yanından keçərək qarşıdan gələn iki PDM ilə üz-üzə dayanıb. Onlardan birini yaxın məsafədən atəşlə vurur, ikincisinə atəş açmağa fürsət olmadığından onu taran edib. 

Lakin qəhrəman tankçının öz maşınını da alov bürüyüb və  qarşıdan gələn düşmən tankı onu vurub.

1992-ci ilin may ayının 8-də İnqilab Şirinov Şuşa şəhərinin müdafiəsi zamanı "Əjdaha bulağı" adlanan ərazidə qəhrəmancasına şəhid olub. 

Artıq Şuşa şəhəri Müzəffər Azərbaycan Ordusu tərəfindən düşməndən azad olunub. Bu gün yüzlərlə şəhid kimi İnqilab Şirinovun da ruhu şaddır. Torpaqlarımızın müdafiəsi üçün canından keçən İnqilab Şirnov kimi qəhrəmanlarımız heç vaxt unudulmayacaq.

Açıklama yok.








Xəbərin oxunma sayı : 1153




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap