Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Şəhid Masim Qurbanov Masallıda dəfn edildi - FOTOLAR

Tarix 10.01.21, 16:42

Font ölçüsü : - / +
bitmap-img6


Masallıda Azərbaycan Ordusunun şəhid olmuş əsgəri Masim Qurbanov dəfn edilib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Vətən müharibəsində Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun əsgəri, 2001-ci il təvəllüdlü Qurbanov Masim Hafiz oğlunun nəşi doğulduğu Masallı rayonunun Ərəb kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidlə vida mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov tabuta bükülmüş Azərbaycan Bayrağını şəhidin atası, Birinci Qarabağ savaşının iştirakçısı olmuş II qrup Qarabağ müharibəsi əlili Hafiz Qurbanova təhvil verib. 

Qeyd edək ki, Masim Qurbanov ötən il həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra könüllü olaraq Vətən müharibəsinə yollanıb. Cəbhənin Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib. O, Qubadlı rayonunun azad olunması uğrunda canından keçib və ali şəhidlik zirvəsinə yüksəlib. Evin ortancıl oğlu idi. Subay idi. 

Açıklama yok.
Açıklama yok.

Açıklama yok.

Açıklama yok.







Xəbərin oxunma sayı : 961




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap