Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Şəhid qızını öldürən biznesmen oğlu istintaqdan yayındırılıb – Müstəntiq qovuldu + FOTOLAR

Tarix 13.02.18, 2:00

Font ölçüsü : - / +
bitmap-img6


İş adamının təzyiq və təklifləri ilə müstəntiq tərəfindən qəzanın törədilməsi sürücü Əmrulla Şahbazovun adına yazılıb

Şəhid Elton Əkbərovun qızı Könül Əkbərovanı “JEEP” markalı avtomobillə  vurub öldürən, hadisə yerindən qaçan, 20 gün sonra isə polisə təslim olan gənc hakim qarşısına çıxarılır. O, iş adamının oğludur.Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən 17 yaşlı Rəhimov Rəhim Akif oğlunun cinayət işi üzrə məhkəmə iclası davam edir.

İşə hakim Novruz Kərimovun sədrliyi ilə baxılır. Musavat.com-un əldə etdiyi məlumata görə, baş verən qəza hadisəsi ilə bağlı açılan cinayət işi üzrə istintaqı aparan müstəntiq Vüqar Abbasov işdən çıxarılıb. Onun hazırda sərəncamda olduğu bildirilir.

Müstəntiqin işdən çıxarılmasına səbəb vəzifə borcunu yerinə yetirərkən ciddi nöqsanlara yol verməsidir. Belə ki, Vüqar Abbasovun rəhbərliyi ilə aparılan istintaq zamanı qəzanı törədən şəxsin Rəhim Rəhimov yox, onların ailə sürücüləri olan Əmrulla Şahbazov olduğu göstərilib.
Əmrulla Şahbazovdan qəzanı törətdiyini etiraf edən ifadə belə, alınıb.

Lakin qəza ilə bağlı xəbər ictimailəşəndən, mərhumun ailə üzvlərinin şikayətindən sonra iş yenidən araşdırılıb. Hadisə şahidləri qəzanı törədən şəxsin gənc oğlan olduğunu görməsi istintaqın axarını dəyişib. Qəza ilə bağlı açılan cinayət işi Vüqar Abbasovdan alınıb. Yeni istintaqla müəyyən edilib ki, qəzanı məhz Rəhim Rəhimov törədib.
Müstəntiq Vüqar Abbasov hətta Rəhim Rəhimovdan ifadə almışdı ki, qəzanı törədən şəxs Əmrulla Şahbazov olub. Amma məhkəmədə Rəhim Rəhimov və Əmrulla Şahbazov yalan ifadə verdiklərini etiraf ediblər. Onlar müstəntiqin təklifi ilə belə bir ifadə verdiklərini qeyd ediblər. Rəhim Rəhimov məhkəmədə hadisə yerindən qaçmasını və yalan ifadə verməsini izah edərkən söyləmişdi ki, hadisə yerinə gələn polis əməkdaşları ona atasını tanıdıqlarını və ailə sürücüləri gəldikdən sonra getməsini deyiblər.
Əldə etdiyimiz digər bir məlumata görə, bu cinayət işinin başdan yalnış şəkildə araşdırılmasının səbəbi Rəhim Rəhimovun atasıdır. Belə ki, onun təzyiq və təklifləri ilə müstəntiq tərəfindən qəzanın törədilməsi sürücü Əmrulla Şahbazovun adına yazılıb. Amma bu plan baş tutmayıb.
Əmrulla Şahbazov məhkəmədə ifadə verərkən bildirdi ki, Rəhimə atasından xəbərsiz maşın verdiyi üçün məsuliyyəti öz üzərinə götürmək istəyib. Bu səbəbdən də müstəntiqə qəzanı Rəhimin yox, özünün törətdiyini deyib.
Amma Əmrulla Şahbazov məhkəmədə suallara cavab verərkən söyləyib ki, qəzanı özünün törətməsi ilə bağlı ifadə verməsini müstəntiq istəyib: “Mən sadəcə ağ vərəqə imza çəkdim. Mən oxuya bilmirəm”.
Məhkəmə qərar verib ki, işi araşdıran müstəntiq də dindiriləcək.
İttihama görə, R.Rəhimov ölümlə nəticələnən qəza törətməkdə və hadisə yerindən qaçmaqda təqsirləndirilir. R.Rəhimov Bakı Dövlət Universitetinin tələbəsi olub. Hadisə ötən il noyabrın 8-də Səbail rayonu ərazisində, “Bayraq meydanı”nın yanında baş verib. R.Rəhimov “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub və piyada vəfat edib. Sürücü isə hadisə yerindən qaçıb.
Cinayət Məcəlləsinin 263-1.3-cü (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham edilən R.Rəhimov 21 gün sonra, noyabrı 29-da şübhəli şəxs qismində tutulub. Onun könüllü olaraq polisə təslim olduğu da deyilir.

“AzPolitika.info” onu da qeyd edir ki, 3 uşaq anası olan mərhum Könül Əkbərova şəhid Elton Əkbərovun qızıdır. Həbs edilən R.Rəhumov iş adamı Akif Rəhimovun oğludur. Akif Rəhimov “Xırdalan Xəz” ATSC-nin rəhbəridir. A.Rəhimov “Yeganə Mamed” kimi tanınan, uzun illər “Yeganə” şadlıq sarayını işlədən Mamed Rəhimovun qardaşıdır. M.Rəhimovun yaşadığı problemlər üzündən 2011-ci ildə ölkədən getdiyi də bildirlir.



Məlumat üçün bildirək ki, R.Rəhimovun atası A.Rəhimov 2010 və 2015-ci ildə keçirilən parlament seçkiləri zamanı namizədliyini irəli sürüb. Aktiv seçki kampaniyası aparan A.Rəhimov qalib gəlmək şansları olsa da, qəfil namizədliyini geri çəkib.

Qeyd edək ki, mərhum piyada K.Əkbərovanın anası Bəsti Qədimova demişdi ki, qızını vuran sürücünün idarə etdiyi maşın da daxil olmaqla, 3-4 maşın Salyan şosesində yerləşən “Manqal” restoranına gedirmişlər: “Bunlar dövlətlilərin uşaqları olub, ad gününə, yeyib-içməyə gedirmişlər. Qəzanı törədib və maşını orada qoyaraq qaçıb. Qızıma yardım etməyiblər, xəstəxanaya aparmayıblar”.









Xəbərin oxunma sayı : 2029




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap