Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Şəhid Tural Haşımlı Ordubadda dəfn olundu

Tarix 28.02.17, 23:37

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olmuş hərbçi Tural Əbdül oğlu Haşımlı dəfn olunub.

APA-nın məlumatına görə, şəhidlə doğulub boya-başa çatdığı Ordubad şəhərində vida mərasimi keçirilib.

Mərasimdə Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları, idarə və təşkilatların kollektivləri, minlərlə sakin, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak edib.

T. Haşımlı Ordubad şəhərinin Malik İbrahim qəbiristanlığında dəfn olunub.

Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib.




Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş baş leytenant Tural Haşımlının cənazəsi doğulduğu Ordubad rayonuna yola salınıb.

Criminal.az xəbər verir ki, şəhidi yola salarkən hava limanında böyük izdiham yaşanıb.

Xatırladaq ki, yeddi ay əvvəl toy edib cəbhəyə qayıdan T.Haşımlı ata olacaqdı. Lakin Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olub. Onunla yanaşı digər 4 şəhidin nəşi döyüş meydanında qalmışdı. Dünən şəhidlərin nəşi neytral ərazidən çıxarılıb.









Xəbərin oxunma sayı : 112




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap