Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Şəhid xanımı 3 uşaqla küçədə qalıb:Nə evi var, nə də işi

Tarix 23.06.21, 21:30

Font ölçüsü : - / +
bitmap-img6


Ağayeva İranə Bəxtiyar qızının həyat yoldaşı İkinci Qarabağ müharibəsi şəhididir. İ.Ağayeva saytımıza müraciətində şəhidimiz Ağayev Ramiq Təhsin oğlunun dünyasını dəyişdikdən sonra üç övladı ilə çox çətinlik çəkdiyini söyləyir.

Şəhid xanımı evsiz olduğunu, aidiyyəti qurumlara müraciət etsə də, müsbət cavab ala bilmədiyini söyləyir:

“Evim yoxdur deyə üç uşaqla yaşamaq çox çətindir. Dəfələrlə lazımi orqanlara müraciət etsəm də, deyiblər ki, 2025-ci ilə kimi mənzillə təmin edilmə olacaq. Mən isə həmin ilə qədər evsiz çox çətinliklər çəkərəm. Ona görə də növbədənkənar ev verilməsini istəyirəm. Çünki gələcəyin üç əsgərini böyüdürəm. Evin harada olmasının fərqi yoxdur. Hazırda Astara rayonunun Şahağacı kəndində nənəmin yanında qalıram. Uşaqların biri 6, biri 5, biri də 2 yaşının içindədir”.

Açıklama yok.

İ.Ağayeva ev üçün Abşeron rayon icra hakimiyyətində növbəyə yazıldığını bildirib:
“Sırada 4-cü adamam. Lakin dedilər ki, sizi 2025-ci ilə kimi mənzillə təmin edə bilərik. Yoldaşım şəhid olmazdan qabaq 7 il Bakıda yaşamışıq, uşaqlarım Bakıda böyüyüblər. İndi isə Astaraya gəlmişik, bütün günü ağlayıb atalarını istəyirlər. Deyirlər atamız Bakıdadı bizi niyə aparmırsan? Nə edəcəyimi, nə söyləyəcəyimi bilmirəm. Hazırda uşaqları məktəbəqədər “Kaspi” kursuna qoymuşam. Böyük oğlum bu il məktəbə getməlidir. Ona görə ev istəyirəm ki, bilim uşağımı harada oxutduracam. Şəhidimizin də vəsiyyəti idi ki, övladlarımıza təhsil verim.
Qaynanamın evinə qalmıram, çünki mənimlə yola getmədi. Yoldaşım da vəsiyyət etmişdi ki, İranə, şəhid olsam, 40-ım çıxandan sonra həmin evdə qalmarsan. Oktyabrın 19-u şəhid olub, noybarın 26-sı 40-ı verildi, mən də 30-u çıxmışam oradan. Özüm də xəstəyəm çətinliklə müalicə alıram, amma xeyri yoxdur. İndi qaldığımız ev əslində bibimin evidi, nənəmlə qalıram. Bibim dedi ki, müvəqqəti qalın, amma indi çıxmağımızı istəyir. Dövlətimiz uşaqlara pul ayırıb, ancaq həmin pul qaynana və qaynata ilə bölünüb. Övladlarımı saxlaya bilmirəm. Ona görə növbədənkənar ev verilməsini istəyirəm.



Astara rayon icra hakimiyyəti bir dəfə olsun qapımı döyməyib. Hər yerə müraciət edib ərizə yazmışam. Müdafiə Nazirliyinə belə getmişəm, dedilər ki, ev veriləcək, amma vaxtı bilinmir. Ancaq yoldaşımdan sonra şəhid olan 1 uşaqlı ailəyə ev verildi.
İş yoxdur deyə işləyə də bilmirəm. Astara rayon təhsil şöbəsinə müraciət edib iş istədim. Dedilər ki, get süpürgəçi işlə. Gəlib bir dəfə uşaqlarımla maraqlanmırlar. Amma əsgərlik zamanı hamısı qapımı döyəcək”.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Sherg.az




Xəbərin oxunma sayı : 415




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap