Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Şəhidlər Xiyabanında saxlanılanlar məhkəməyə çıxarıldı: cərimə və sutkalıq həbs edilənlər var

Tarix 21.01.19, 18:28

Font ölçüsü : - / +
bitmap-img6


Yanvarın 20-də Ümumxalq Hüzn günündə Şəhidlər Xiyabanını ziyarət zamanı Milli Şuranın 20-dən çox tərəfdarı saxlanılıb. Onlardan 9-u bazar ertəsi məhkəməyə aparılıb.

Mia.az-ın məlumatına görə, Azərbaycan Xalq Cəbhəsi Partiyasından "Turan”a bildirilib ki, Yasamal məhkəməsi təşkilat üzvləri Ramin Əhmədov və Amil Məmmədzadəni 200 manat cərimə edib, Həsənəli Baxşəliyev isə 10 sutka həbs olunub.

Bitərəf fəallar İlqar Quliyev, İsrafil Ələkbərzadə, Coşqun Cəfərov və adı hələlik dəqiqləşdirilməyən bir nəfər Yasamal Rayon Məhkəməsinə aparılıb.

Digər AXCP fəalları Ayaz Məhərrəmov və Tofiq Məmmədov Nəsimi Rayon Məhkəməsinə aparılıb.

AXCP üzvləri Rəşid Turabov, Süleyman Məhərrəmov və Faiq Nağıyevin barəsində məlumat yoxdur.

Dünən azad edilən fəallar bu gün yenidən polisə çağırılıblar.

Öz növbəsində DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, yanvarın 19-da müxalifətin mitinqindən sonra bir qrup şəxs "stadionu tərk edərkən ictimai asayişi pozmağa cəhd göstərib". Onun sözlərinə görə, polis əməkdaşları bu hərəkətlərin qarşısını alıblar.

 E.Zahidov bildirib ki, yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət zamanı bir qrup şəxs ictimai asayişi pozduğuna görə saxlanılıb. Araşdırma zamanı məlum olub ki, bunlar müxalifətin mitinqindən sonra ictimai asayişi pozan həmin şəxslərdir. O, saxlanılan şəxslərin adlarını açıqlamayıb.



Xəbərin oxunma sayı : 205




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap