Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Şəki Fövqəladə Hallar Komissiyasının sədri:“Yaralıların həyatı üçün təhlükə yoxdur”

Tarix 14.07.19, 22:10

Font ölçüsü : - / +
bitmap-img6


Şəki Xan Sarayının həyətində 500-ə yaxın yaşı olan çinar ağacının iki budağının qırılaraq yerə düşməsi zamanı xəsarət alanların hamısına ilkin tibbi yardım göstərilib.

Bu barədə  Şəki şəhər icra başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Həsən Həsənov bildirib.

O, qeyd edib ki, yaralılardan 4-ü helikopterlə Bakıya göndərilib. Hadisə zamanı ümumilikdə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

“Onlardan 13-ü ambulator müalicə alıb və evə buraxılıb. Yaralılardan 4-ü Bakıya göndərilib. Daha 2 nəfərin müalicəsi Şəki şəhər Mərkəzi Xəstəxanasında davam etdirilir”, – deyə o bildirib.

İcra başçısının müavini əlavə edib ki, yaralıların həyatı üçün təhlükə yoxdur. “Ərazidə elə bir dağıntı olmayıb. Hazırda istintaq gedir. Bu səbəbdən təmizlik işləri aparılmayıb. Ərazi yəqin ki, sabah səhər təmizlənəcək”.

Qeyd edək ki, hadisə və xəsarət alan şəxslərin müalicəsi dövlət başçısının xüsusi nəzarətindədir. /Report




Xəbərin oxunma sayı : 196




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap