Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Şəkidə baş həkimin maşınını yandıran Muradın işinin TƏFƏRRÜATI

Tarix 14.05.22, 12:00

Font ölçüsü : - / +
bitmap-img6


Şəki rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi Əsədullayev Akif Fəxrəddin oğluna məxsus avtomobili benzin tökərək yandıran şəxsin şizofreniya formasında xroniki psixi xəstəlikdən əziyyət çəkdiyi məlum olub.

Musavat.com xəbər verir ki, Şəki rayon sakini Əhmədov Murad Vaqif oğlu baş həkimin avtomobilinin arxa hissəsinə benzin tökərək yandırıb. Nəticədə baş həkimin maşınına 7 min manatdan çox zərər dəyib.

Murada qarşı Cinayət Məcəlləsinin 186.2.2-ci (qəsdən əmlakı məhv etmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

21 yaşlı Muradın baş həkimin maşınını yandırma səbəbi əlillik dərəcəsinin ləğv edilməsi olub. Muradın valideynləri bildirib ki, əlillik dərəcəsi kəsildiyi üçün Muradın dərmanları verilməyib. Həmin dərmanları da aptekədən almaq mümkün olmayıb və Muradın xəstəliyi ağırlaşıb.
Ətraflı
Ads by
2
Reklamınızı SmartBee ilə effektiv edin.

Muradın valideynləri deyib ki, vəziyyəti ağırlaşandan sonra övladları özünü idarə edə bilməyib, təbii ehtiyaclarını belə qarşılaması mümkün olmayıb.

İstintaq zamanı Muradın bu cinayəti törədən zaman anlaqsız vəziyyətdə olduğu ekspert tərəfindən təsdiq olunub.

Məhkəmə araşdırması zamanı isə baş həkim Muraddan şikayətçi olmadığını, zərərlə bağlı tələbinin olmadığını söyləyib.

Şəki Rayon Məhkəməsi Murad barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə təyin edib.



Xəbərin oxunma sayı : 373




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap