![]() |
|














“Elçibəyin təyyarəsinə S20 raketi atıldı…” – 26 il öncəki ŞOK sirlər açılır + VİDEO
Tarix 17.08.19, 10:47 |
|

Pənah Hüseyndən sensasiya dolu tarixi açıqlamalar: “Müdafiə naziri dedi ki, Prezident Aparatını bombalatdıracaq”
Müsavat Partiyasının başqanı Arif Hacılı fecebook profilində özünün video-çıxışını paylaşıb. Çıxış 1993-cü ilin fevral ayında Gəncə Şəhər İcra Hakimiyyətinin binası qarışında olub. Həmin dövrdə keçmiş korpus komandiri Surət Hüseynov açıq şəkildə AXC iqtidarına qarşı çıxmışdı. Gəncədə gərginlik yaşanırdı.
A.Hacılı həmin videonu özünün qeydi ilə paylaşıb. Və videonun altında müxtəlif şərhlər yazılıb. Müsavat başqanı da bir neçə post yazaraq, o dövrdə bu çıxışının səbəbi haqda izahat verir. Həmçinin həmin vaxt Gəncə şəhərində gedən proseslərdən söz açıb.
Arif Hacılının 26 il öncəki həmin videoda dediyi sözlərlə tanış olaq: “Məsuliyyətimlə əminəm ki, Surət Hüseynov Azərbaycan prezidenti Əbülfəz Elçibəyin ardıcılıdır, tərəfdarıdır. Onun prezident seçilməsinin tərəfdarı olub, tərəfdarlarını ona səsverməyə çağırıb. Əbülfəz Elçibəy bunu kifayət qədər bilir. Söz gəzdirən, ara vuran adamlardan fərqli olaraq, dövlətin müxtəlif istiqamətlərdən informasiya yığmaq imkanları var”.
A.Hacılı dolayısı ilə Gəncəyə getməklə həmin vaxtdakı qiyamın qarşısını aldığını diqqətə çatdırır. O, həmin vaxt dövlət katibi işləyən, sonralar baş nazir postunu tutan Pənah Hüseynin onun Gəncəyə getməsinə razılıq verdiyini və ona bu sözləri dediyini yazır: “Uşaqların mənim boynuma, get”.

Daha sonra Müsavat başqanı ardıcıllıqla rəylərdə fevralın ilk on günlüyündə baş verənləri yazıb. Burada isə əsas diqqətçəkən məqam mərhum prezident Əbülfəz Elçibəy Gəncədə olarkən yaşananlardır. A.Hacılı rəylərin birində 1993-cü ilin fevralında AXC İcraiyyə Komitəsinin S.Hüseynovun əleyhinə bəyanatını populizm adlandırıb. Hətta buna görə o dövrdə AXC İcraiyyə Komitəsinin sədri olmuş Fərəc Quliyevi də suçlayıb.
O, İcraiyyə Komitəsinin 9 fevralda qiyamçı S.Hüseynovun və ona dəstəkçi olan müdafiə naziri Rəhim Qazıyevin xəyanətkar elan olunmaları ilə bağlı bəyanatlarının yayımlanmasına P.Hüseynlə telefon danışığı zamanı etiraz etdiyini bildirir. Səbəb kimi də Elçibəyin həmin vaxt Gəncədə olmasını göstərir.
Sitat: “Pənah Hüseyn vəziyyəti soruşduqdan sonra Fərəc Quliyevin imzası ilə bir bəyanatın olduğunu, bu bəyanatda Surət Hüseynovla Rəhim Qazıyevin xəyanətkar elan olunduğunu dedi. Onların bu bəyanatın televiziya ilə səslənməsini tələb etdiklərini bildirdi. Mənim rəyimi soruşdu. Mən belə bəyanatın indi televiziya ilə səslənməsinin çox ziyanlı olduğunu, hər şeyin artıq həll olunduğu zamanda belə bəyanatın əks effekt verəcəyini, həm də indi prezidentin Gəncədə olduğu vaxt bunu etməyin yolverilməzliyini Pənah Hüseynə dedim. O mənimlə razılaşdı. Belə bəyanatın indi səslənməsinin necə qorxunc nəticələrinin olduğunu bildiyim üçün çox narahat oldum. Bir müddət sonra özüm Pənah Hüseynə zəng vurub bu söhbətin necə yekunlaşdığını soruşdum.
O bəyanatın artıq televiziya ilə səsləndirildiyini bildirdi. Mən qəti etiraz etdim, ona mənimlə razılaşdığını xatırlatdım. Cavabı qısa oldu “Hər şey məndən asılı deyil”.
Müsavat başqanı S.Hüseynovun Ə.Elçibəy hakimiyyətinin sonunu gətirən 4 iyun qiyamından da xəbərsiz olduğunu deyir: “İyunda məsələni məndən gizli saxlamışdılar. Yalnız iyun ayının 4-də səhər saat 10-da Gəncə icra başçısının şəhərdə atışma getdiyi barədə mənə məlumat verməsindən sonra baş verənlərdən xəbər tutdum. Dərhal Gəncəyə getdim. Yerli icra başçıları və Daxili Qoşunların köməyi ilə Gəncənin girəcəyində, Zazalıda blok-post qurdum. Niyə belə mühüm məsələni məndən gizlin saxlamışdılar, qurduğum postun, müdafiə xəttinin taleyi necə oldu? Bu artıq başqa bir söhbətin mövzusudur”.
Ardınca A.Hacılı bunu yazır: “Pənah Hüseyn mənə dedi ki, Gəncədə həyata keçiriləcək tədbirlərin ciddi fəsadları olacağı ehtimalını nəzərə alaraq bəzi dövlət adamlarının, o cümlədən sənin bu məsələdən kənarda, təmiz qalmağını istədik”.
Sabiq baş nazir P.Hüseyn “Yeni Müsavat”da Müsavat başqanının statusunda adı hallanan yerlərə bu cür aydınlıq gətirdi: “Əvvəldə qeyd edim ki, Arif bəyin statusunu oxumamışam. Şərhim də sizdən eşitdiklərimə aiddir. Açığı, nə üçün birdən-birə 1993-cü ilin fevral hadisələrinin gündəmə gətirilib, aktuallaşdırıldığını da bilmirəm və anlamıram. Bu məsələlər elə 93-cü ildə həmin hadisələrin baş verdiyi günlərdə KİV-lərdə, o cümlədən, dövlət KİV-lərində kifayət qədər əks olunub. Mənim prezident Əbülfəz Elçibəyin həyatda olduğu dövrdə o hadisələr barədə yazılarım, müsahibələrim var, habelə hadisə iştirakçılarının çoxu yaşayır. Yəni o hadisələri mən, yaxud digəri təhrif etmək istəsə belə alınmaz.
Söhbət AXC İcraiyyə Komitəsinin məlum 9 fevral bəyanatından və onun ardınca həmin bəyanatın səbəbi, nəticəsi olaraq baş verən, yaxud da belə başa düşülən, qələmə verilən hadisələrdən gedirsə, suallarınızla əlaqədar aşağıdakıları deyə bilərəm: “Prezident 8 fevralda Gəncəyə gedərkən AXC İcraiyyə Komitəsinin Surət Hüseynov barədə bəyanat verəcəyi, eləcə də həmin bəyanatın məzmunu haqqında nə Prezidentin, nə digər rəsmi dövlət vəzifəlilərinin, o cümlədən, mənim və Arif bəyin informasiyası olmayıb. 9 fevralda, axşam xəbərlərinin efirə getməsinə təxminən 2 saat qalmış Teleradio Komitəsi sədrinin birinci müavini Səfər Alışarlı mənə təxirəsalınmaz mühüm işlə bağlı təcili qəbula gəlmək istədiyini bildirib. Qəbul etmişəm. Məlum olub ki, AXC İcraiyyə Komitəsindən televiziyada oxunmaq üçün sənəd daxil olub və Səfər Alışarlı hesab edib ki, həmin sənədin efirə getməzdən əvvəl siyasi rəhbərliyin tanışlığına və efirə getməsi üçün icazəsinə ehtiyac var. Sənədlə tanış olmuşam. AXC İcraiyyə Komitəsinin sədri Fərəc Quliyevi dəvət etmişəm. Sənədin bəyan edilməsinin ləngidilməsinin mümkünlüyü haqqında onun fikrini öyrənmişəm. Fərəc Quliyev bildirib ki, İcraiyyə Komitəsi bu gün artıq mətbuat konfransı keçirərək həmin bəyanatın yazılı mətnini mətbuat nümayəndələrinə paylayıb və əlavə edib ki, komitə bəyanatın efirə getməsində təkid edir. Mən Gəncə ilə əlaqə saxlamışam. Orada səfərdə olan prezidenti məlumatlandırmışam. Prezident sənədin dövlətin rəsmi mövqeyi olmadığını, AXC İcraiyyə Komitəsinin sənədi olduğunu bildirib. Əbülfəz bəyin mövqeyi belə olub ki, bəyanat bir ictimai-siyasi təşkilatın orqanlarından birinin mövqeyidir. Bir növ mənim öhdəmə buraxıb, mən də sənədin artıq KİV-də paylandığını nəzərə alıb efirə getməsinə razılıq vermişəm. Dəqiq deyə bilərəm ki, sənəd efirdə oxunana qədər Gəncədə olan hər hansı digər şəxslərlə bu barədə müzakirəm olmayıb.
Sənəd TV-də oxunandan bir qədər sonra o vaxtkı müdafiə naziri mənə zəng edib. Olduqca emosional formada etiraz bildirib. Hətta sonda, ola bilsin emosional çılğınlıq halının təsiri ilə və yəqin ki də belə olub, hərbi təyyarələri qaldırıb Prezident Aparatının binasını bombalamaqla hədələyib. Bundan bir qədər sonra hərbi əks-kəşfiyyat xətti ilə Surət Hüseynovun nəzarəti altında olduğu məlum olan bəzi hərbi hissələrin Gəncə şəhərində və ətrafında şübhəli hərəkətlənməyə keçdiyi haqqında məlumatlar daxil olub.

Mən hətta emosional halın nəticəsi olsa belə müdafiə nazirinin Prezident Aparatını bombalamaq hədəsi və Gəncədəki hərbi hərəkətlənməni ciddiyə alıb, prezidentə məlumat vermişəm, ondan aldığım yetki ilə müdafiə nazirinin birinci müavini Vahid Musayevi, daxili İşlər nazirinin müavini Rövşən Cavadovu (nazir İ.Həmidov həmin anda cəbhə bölgəsində idi), Bakı şəhər havadan müdafiə qüvvələri komandanını və digər güc strukturları rəhbərlərini Prezident Aparatına dəvət etmişəm və elə oradan bütün qüvvələrə həyəcan əmrləri verilib və digər tədbirlər görülməyə başlanılıb.
Ali Sovetin sədri İsa Qəmbərlə məsləhətləşmədən sonra Prezidentin Gəncədən təcili olaraq Bakıya qayıtması qərara alınıb. Üzərində geniş dayanmayaraq qeyd edirəm ki, Prezident təyyarəsinin Gəncə hava limanından uçmasının qarşısının alınmasına cəhd edildi və prezident təyyarəsi ekstremal bir vəziyyətdə qaranlıq hava limanından havalandı və təyyarənin uçuş marşrutu ənənəvi xətt üzrə həyata keçirildi. Yəni təyyarə Mingəçevir su anbarı üzərindən dövrə vurmadı. Sonrakı günlərdə Mingəçevir su anbarını mühafizə edən S20 raketlərindən birinin prezident təyyarəsinə atıldığı məlumatı gəldi. Rəsmi təhqiqat başlanıldı, cinayət işi açıldı və həmin cinayət işinin materialları saxlanır. Bir məsələni qeyd edim ki, prezident təyyarəsinin vurulması planı heç cür AXC İcraiyyə Komitəsinin bəyanatı ilə bağlı ola bilməzdi. Bir neçə saat ərzində bu cür planı hazırlayıb, icra etmək qeyri-mümkün məsələdir. Bu baxımdan ola da bilər ki, AXC İcraiyyə Komitəsinin bəyanatının açıqlanması daha dəhşətli sui-qəsd planını pozmuş oldu.
Hadisələr başlandıqdan sonra Gəncədə prezidentlə olan vəzifəli şəxslərlə, o cümlədən Arif bəylə mütəmadi danışıqlarım olub. Arif bəyin Gəncədə qalması məqbul sayılıb. Qeyd edim ki, o, Gəncəyə prezidentin təyyarəsində yox, prezident avtomobilində getmişdi. Bunun da səbəbləri vardı. Prezident Bakıya qayıtdıqdan sonra Gəncədə Surət Hüseynovun tərəfdarları şəhəri ələ keçirməyə cəhdlər ediblər, hökumətə ultimatum ünvanlayıblar və həmin anda hadisələrin məcradan çıxmamasında orda olan Arif bəyin ciddi rolu olub. Müəyyən məqamda Arif bəy mənə zəng edib ki, Surət Hüseynov onunla görüşmək istəyir, ancaq hərbi şəhərcikdə. “Get. Ailədən, uşaqlarından arxayın ol, səni öldürsələr onlara baxarıq” sözlərini də onda demişəm. Arif bəy həmin görüşdən sonra Bakıya gəlib və rəhbərliyin tapşırığı ilə AZ TV- də hadisələr haqqında çıxış edib. Bu çıxışına qarşı AXC rəhbərliyindən bir qrup şəxs ona haqsız hücumlar etdi, lakin prezident və digər siyasi rəhbər şəxslər, o cümlədən İsa Qəmbər və mən onu müdafiə etdik və bildirildi ki, Arif Hacılı prezidentin göstəriş və tapşırıqları ilə hərəkət edib, danışıb və rəhbərliyin mövqeyini ifadə edib”.
P.Hüseyn bu yerdə bir qədər kinayəli tonda danışdı: “O ki qaldı ”mən olsaydım”, “mən bilsəydim”, “mən etsəydim başqa cür olardı” kimi mülahizələrə çıxış etmək insanların hüququdur. O cümlədən 4 iyun hadisələri ilə bağlı. Bunun əksini iddia etmək də digərlərinin hüququdur. Şəxsən mən bu tip iddialara o qədər də ciddi yanaşmıram və ciddi saymıram. Ancaq nəzərə alaraq ki, son dövrdə belə açıqlamalar çoxalıb, diskussiya istəyənlər varsa, buyursunlar. Mən hazır”.
Xəbərin oxunma sayı : 688
Siyasət
Xəbərlər
-
Saxlanılan Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi - FOTOLAR
-
İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO
-
Kimya müəllimləri sertifikasiyanın nəticələrindən narazıdırlar - VİDEO
-
Hökumət vergi güzəştini sona çatdırır? - “Vergi Məcəlləsinə dəyişiklik layihəsi artıq hazırdır“
-
Mutvali Şıxlinskinin niyə saxlanıldığı məlum oldu - İllər öncə qətlə yetirilən şəxs onun müavini olub
-
“Anti-Azərbaycan kampaniyası 600-ə yaxın hesabdan aparılır“ - Milli Məclis
-
Sahib Məmmədovun müşaviri və yaxın qohumu xaricə hansı vəsaitlə gedir? - İLGİNC İTTİHAM
-
Yekaterinburqdakı Azərbaycan diasporunun lideri və oğlu belə saxlanıldı - VİDEO
-
“AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
-
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək - Bu tarixdə
-
Voronejdə azərbaycanlı iş adamı həbs edildi - VİDEO
-
Ruben Vardanyan hakim qarşısında - Məhkəmə prosesi
-
Zelenski İlham Əliyevə zəng etdi: Ukrayna Azərbaycana həmrəyliyini ifadə etdi
-
“Evə dünyanın xərcini çəkib təmir etdirmişik...” - 1 evi 2 nəfərə satan MTK rəhbərinin məhkəməsi
-
“Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
-
“Bakı Yem Fabriki“ndə maliyyə böhranı: Vergi borcu yarım milyona yaxınlaşır
-
“O, futbol tarixinin ən böyük məşqçisidir“ - Yürgen Klopp
-
“İşğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində ziyan vurub“ - Samir Şərifov
-
“Ege Hospital“ qaydaları pozdu - Maliyyə sanksiyası tətbiq olundu
-
AZAL təyyarəsini vuran rus zabitinin etirafları - Sensasion iddia + Səs yazısı
-
“Sputnik Azərbaycan“ işi üzrə saxlanılanlar 4 aylıq həbs edildi - Məhkəmədən qərar
-
Həftə sonunadək yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
Rəsmi Bakıdan Rusiyaya:“Daxili işlərimizə qarışmayın!”
-
Pakistanda hökumət binasına və banklara hücum - Ölənlər var
-
İlqar Mustafayev bu şəxslərlə əlbir imiş - 12 milyonluq cinayət
-
Bu ilin birinci yarısında Azərbyacanda neçə nəfər qızılcaya yoluxub? - RƏSMİ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazir Mərkəz direktorunu işdən çıxardı - Yeni təyinat
-
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SİYAHI
-
Miqrasiya Xidmətindən əcnəbilərə xəbərdarlıq - 31 iyula kimi vaxtınız var
-
İlahə İlyasovanın direktoru olduğu “T-Finans LTD” MMC-nin rəhbəri Minayə Həmidova haqqında məhkəmə qərarı
-
Fərid Əsgərova general-mayor rütbəsi verildi - Sərəncam
-
Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq...
-
Kinostudiyanın ərazisində təmizləmə işləri aparılır - Birgə məlumat
-
2300-dən çox müəllim işdən çıxarılıb - RƏSMİ
-
Rusiyadan gətirilən məhsullar Azərbaycanda məhv edildi - Fotolar
-
Tərlan Əhmədzadə işdən çıxarılır - Vəzifəsindən kənarlaşdırıldı, məzuniyyətə göndərildi
-
Yasamal rayonunda qanunsuz tikinti: “Kəpəz“ MTK yenidən işə başlayıb?
-
“Sputnik Azərbaycan“ bağlı işdə yenilik - 7 nəfər saxlanıldı
-
“Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmasına dair rəsmi məlumat yoxdur“ - Səfir
-
Daha iki nəfər batdı - Birinin 91, digərinin 17 yaşı var... (VİDEO)
-
MY SHOPS”un satış müdirindən dələduzluq - 50 ədəd “Playstation” sifariş verib...
-
Baş Prokurorluqda cinayət işi açıldı - Rusiyada öldürülən azərbaycanlılarla bağlı
-
Yağış, leysan, dolu, 32 dərəcə isti - Sabahın havası
-
Sabiq diplomat hakim qarşısına çıxarılır - DTX tərəfindən saxlanılmışdı
-
Beyləqanda qanvermə aksiyası keçirildi - Fotolar
-
“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
-
Səfərov qardaşlarının ölümü ilə bağlı ekspertiza nəticələri açıqlandı - VİDEO
-
Lənkəran şəhərində qanunsuz obyekt inşa edilir? - Açıqlama/FOTO
-
700 balın sirri: Niyə maksimum nəticə yoxdur?
-
Məsud Pezeşkian Xankəndiyə səfər edəcək - Bu tarixdə
-
Nohurqışlaqda meşədə köməksiz qalan şəxs xilas olundu - VİDEO
-
Azərbaycan səfiri Rusiya XİN-ə getdi - VİDEO
-
Səfərov qardaşları dəfn olundu - Fotolar
-
DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu
-
Lökbatanda beton zavodundan şikayət - VİDEO
-
Baş direktor vəzifədən azad edildi - Yeni təyinat
-
Azərbaycanda avro bahalaşdı - 4 ildən sonra
-
“Rusiya tərəfinin uydurduğu xəbər cəfəngiyyatdır“ - Seyfəddin Hüseynli
-
Tramp fərman imzaladı - Suriyaya qarşı sanksiyaları ləğv edildi
-
Bu gündən sosial müavinətlər və təqaüdlər artırılır - Fərman qüvvəyə minir
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
“Azərbaycan xalqına bir daha təşəkkürümü bildirmək istəyirəm“ - Ərdoğan
-
Mədəniyyət sektorunda yeni vergi güzəştlərinin tətbiqinə başlanılır - VİDEO
-
Uitkoff İranla müzakirələri davam etdirir - Ağ Ev
-
“NATO sammiti Ankarada keçiriləcək” - Ərdoğan
-
Arkadi Qukasyandan yeni ETİRAFLAR
-
İyulun 1-dən artırılan bəzi sosial müavinətlər nə qədər olacaq? - VİDEO
-
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində kanalizasiya problemi - VİDEO
-
Bu şəxslərə yeni mənzillər veriləcək - RƏSMİ
-
ABŞ və İsrailin İrana qarşı addımları bütün regionu təhlükəyə atıb - Pakistan XİN
-
Gömrükdə rüşvət qalmaqalı - Sabiq rəis 834 maşını ölkəyə necə keçirib?
-
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi Vətənə gətirilib - VİDEO
-
Tələbələr üçün xoş xəbər: Müraciət vaxtı artırıldı
-
Deputatlar bu qanunlara dəyişiklik edəcək - SİYAHI
-
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində? - Xəzər üçün təhlükə
-
Azərbaycanda şok OLAY: 5 aylıq hamilə ola-ola başqasına ərə getdi - VİDEO
-
“Sputnik Azərbaycan”ın ofisində saxlanılanlar kimdir? - ADLAR
-
“Excelsior Hotel”də baş direktorla menecer arasında nə baş verir?
-
Bəylər Eyyubovun yerinə gələn Fərid Əsgərov kimdir? - DOSYE
-
“Kremlin yeni strateji hədəfi Odessadır“ - “Financial Times”
-
DİN-dən “Sputnik-Azərbaycan“dakı əməliyyatla bağlı açıqlama
-
Ərdoğan və Ersin Tatar Bakıya gəlir - Bu tarixdə
-
Bəylər Eyyubov vəzifədən azad edildi - Yerinə təyinat oldu
-
İyul ayında hava necə olacaq? - Aylıq proqnoz
-
Rusiya agentləri “Sputnik Azərbaycan“dan belə çıxarıldı - VİDEO
-
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verdi - Milyonluq qalmaqallı iş üzrə
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“İran komandirləri yoxa çıxıblar” - “Washington Post“
-
Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə...
-
Həbs edilən şəxs Namiq Abdullayevin adından necə istifadə edib? - DƏLƏDUZLUQ İŞİ
-
“Cəlal Harutyunyana general-leytenant rütbəsini Sarkisyan verib“ - Arayik Harutyunyan
-
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi - FOTOLAR
-
“Türk vətəndaşı olmağı çox istərdim” - Montello ilə yeni müqavilə bağlanılıb
-
Qohum nikahların qarşısı necə alınacaq? - Nazirlikdən açıqlama
-
İran “Starlink“ə qadağa qoydu: İstifadə edənləri həbs gözləyir
-
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harda yerləşir?
-
"QayMaq Premium Qida" şirkətinin kərə yağından sellofan çıxıb - Video
-
Sabahdan məktəbli formalarının qiyməti aşağı düşür - CƏDVƏL
-
Prezidentdən Fikrət Məmmədovla bağlı - Sərəncam
-
“TikTok” üçün çox varlı alıcılarımız var” - Tramp
-
Hərbi prokuror bayram günləri sərhədlərdə - FOTOLAR
-
Şuşa və Xankəndiyə səfərlər müvəqqəti dayandırılır - Səbəb açıqlandı
-
Vilayət Eyvazov Astarada vətəndaş qəbulu keçirəcək - Bu tarixdə
-
Cümşüdün batdığı kanal bu qurumun balansında olub - Baş Prokurorluğun məlumatı
-
“Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir
-
Azərbaycan İsrailə neft satışını dayandırıb - İxracın 95 faizi Avropa bazarlarına yönəldilib
-
Bakıda orta aylıq əməkhaqqı 1386 manatdır - Rəsmi
-
Çimərliklərdəki istirahət məkanlarında qiymətlə - VİDEO
-
“Ermənistanda kilsəyə yönələn hücumlar narahatlıq doğurur“ - Lavrov
-
Həyət evlərində qalanlar həşəratlara qarşı bu dərmanlardan istifadə etsinlər - VİDEO
-
Şamaxıda kişi qətlə yetirildi - 31 yaşlı kürəkəni tutuldu
-
Rusiya bu istiqamətdə 50 min hərbçi toplayıb - Ukraynanın işi çətindir
-
“Dedilər işə düzəlmək üçün 5 min manat pul lazımdır“ - Məhkəmə işi
-
Sabahdan bu sosial müavinətlər və Prezident təqaüdləri artırılacaq - SİYAHI
-
“İranın gizli nüvə obyekti ola bilər” – Tramp
-
Azərbaycanda bu şəxslərin nikahı qadağan ediləcək - Sabahdan
-
Qeyri-iş günü bir də dörd aydan sonra olacaq - TARİX
-
Maştağada kanalda antisanitar vəziyyət - VİDEO
-
Az maaş, çox tələb: Gənclər niyə iş tapa bilmirlər?
TOP 10
ARXİV