Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Elite Travel” MMC-nin qanunsuz əməllər törədən rəhbərliyinin cinayət işi - Biri həbsdədir

Tarix 13.03.21, 21:37

Font ölçüsü : - / +
bitmap-img6


“Elite Travel” MMC-nin vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən cinayət məsuliyyətinə cəlb edilən MMC-nin təsisçisi Xalıq Sadıxov, direktoru Fariz Sadıxov və baş mühasibi Sevda Nuriyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmə iclası hakim Siyavuş Hacıyevin sədrliyi ilə davam etdirilir.

İstintaq zamanı adı çəkilən şəxslərin qanunsuz kredit vermələri aşkarlanıb. Onlar “Azər-Türk Bank” ASC ilə bağlanmış kredit müqaviləsi əsasında bankdan götürülən 575 min manat məbləğində pul vəsaitinin 320 min manatını qanunvericiliklə müəyyən edilən qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq tələb edildiyi halda belə razılıq olmadan “Elite Travel” MMC-nin adından bank kimi qanunsuz fəaliyyət göstərərək, kredit şəklində ayrı-ayrı Bakı və Sumqayıt şəhər sakinlərinə veriblər.

Eyni zamanda, həmin şəxslərdən əsas və faiz borcunun ödənişi adı ilə qəbul etdikləri 109 min 810 manat məbləğində pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçiriblər.

Habelə, Bakı şəhər sakininin qeyri-yaşayış sahəsini “Azər-Türk Bank” ASC-də ipoteka ilə yüklü edərək mülkiyyət hüquqları ilə bağlı vətəndaşın mənafeyinə mühüm zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan Xaliq Sadıxov və Fariz Sadıxova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 192.2.1 (qanunsuz sahibkarlıq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Sevda Nuriyevaya isə 32.5, 178.3.2, 192.2.1, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxslərdən yalnız Xalıq Sadıxov barəsində həbs qətimkan tədbiri seçilib.



Xəbərin oxunma sayı : 586




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap