Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Elxan Məmmədov UEFA İcraiyyə Komitəsində yer almalıdır”

Tarix 07.03.17, 3:27

Font ölçüsü : - / +
bitmap-img6


“Xorvatiyaya gəlib, böyük dostum Davorla yenidən görüşmək əla hisdir”

Qol.az saytının məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Xorvatiya Futbol Federasiyasının (XFF) prezidenti Davor Şukerlə görüşən Məmmədov UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizəd kimi öz seçki platformasını təqdim edib. Görüşdə həmçinin iki federasiya arasında əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Bununla bağlı Xorvatiya mətbuatına açıqlama verən Məmmədov görüşdən razılığını dilə gətirib: “Bu, mənim Xorvatiya Futbol Federasiyasının yeni binasına ilk səfərimdir. Bura olduqca gözəldir. Deməliyəm ki, federasiyanın qərargahında çox təsirləndim. Davorla iki assosiasiya arasındakı gələcək əməkdaşlıq barəsində danışıq apardıq. İndiyə qədər də bizimlə Xorvatiya Futbol Federasiyası arasında yaxşı işbirliyi olub. Bu münasibətdə aparıcı şəxslərdən biri Robert Prosineçkidir. Biz onun işindən və imza atdığı nəticədən çox razıyıq”.

Baş katib əlavə edib ki, Şukerlə görüş zamanı gənc futbolçularla da bağlı danışıq olub: “Davorla söhbətdə mənim UEFA-nın İcraiyyə Komitəsinə namizədliyim də müzakirə olundu. Bundan əlavə, gənc futbolçuların inkişafı ilə bağlı danışığa daha çox vaxt ayırdıq. Bu barədə xorvatlardan, xüsusilə gənclər yığmalarından çox şey öyrənmək olar”.

XFF-nin prezidenti Davor Şuker də görüşlə bağlı fikirlərini bölüşüb. Keçmiş futbolçu AFFA-nın baş katibi barədə müsbət fikirlər səsləndirib: “Elxan futbolu sevən insandır. O, daim işləyir və 24 saat futbolla yaşayır. Azərbaycan futbolunun hörmətli rəhbərlərindən biridir. Düşünürəm ki, UEFA-nın İcraiyyə Komitəsində məhz bu cür peşəkar insanlar yer almalıdır”.



Xəbərin oxunma sayı : 103




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap