Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Çempionlar Liqası: “Bavariya“ “Barselona“ya 8 qol vurdu

Tarix 15.08.20, 9:25

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.

Yarımfinala 3-cü vəsiqə uğrunda İspaniya “Barselona”sı ilə Almaniya "Bavariya"sı üz-üzə gəliblər. Görüş Münhen klubunun böyük hesablı qələbəsi ilə başa çatıb - 8:2.

Qarşılıqlı hücumlarla başlayan matçda hesab erkən açılıb. Bundesliqa çempionunun heyətində Tomas Müller 4-cü dəqiqədə fərqlənib. Lakin almanların sevinci çox çəkməyib. Cəmi 3 dəqiqə sonra David Alaba topu öz qapısına göndərərək "Barselona"nın hesabı bərabərləşdirməsinə imkan yaradıb.

Bundan sonra kataloniyalılarbir neçə dəfə rəqibin qapısı qarşısında təhlükəli epizodlar yaratsa da, qolu "Bavariya" vurub. 22-ci dəqiqədə İvan Perişiç dəqiq zərbə ilə komandasını yenidən önə çıxarıb. Hücumlarını davam etdirən münhenlilər 6 dəqiqə sonra rəqibi növbəti dəfə fərqləniblər. Bu dəfə Serj Qnabri müdafiənin arxasına atılan topu qapıdan keçirib. 31-ci dəqiqədə isə Müller dubl edərək ilk hissədə yekun hesabı müəyyənləşdirib - 4:1.

Fasilədən sonra toparlanmağa çalışan "Barselona" 57-ci dəqiqədə Luis Suaresin qolu ilə fərqi azaltsa da, 6 dəqiqə sonra "Bavariya" 5-ci dəfə rəqibi məyus edib. Yozua Kimmix adını tabloya yazdırıb. 82-ci dəqiqədə Robert Levandovski 6-cı topu ispaniyalıların qapısına vurub. Bununla kifayətlənməyən "Bavariya" rəqibi daha 2 dəfə cəzalandırıb. Filippe Koutinyo 85 və 89-cu dəqiqələrdə fərqlənərək matçda son nöqtəni qoyub - 8:2.

Qeyd edək ki, "Bavariya" növbəti mərhələdə "Mançester Siti" (İngiltərə) – "Lion" (Fransa) cütünün qalibi ilə qarşılaşacaq. Yarımfinalın digər oyununda isə PSJ (Fransa) və "Leyptsiq" (Almaniya) komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Oyunlar 18 - 19 avqust tarixlərində keçiriləcək.



Xəbərin oxunma sayı : 4186




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap