Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Çempionlar Liqası: Madriddə sensasiya...

Tarix 29.09.21, 7:39

Font ölçüsü : - / +
bitmap-img6


UEFA Çempionlar Liqasının qrup mərhələsində II turun daha 6 oyunu keçirilib.

AzFakt.com xəbər verir ki, turun mərkəzi qarşılaşması A qrupunda baş tutub. PSJ Fransada turnirin son finalçısı olmuş İngiltərənin "Mançester Siti" klubunu qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada son nöqtəni qoyan Lionel Messi Paris təmsilçisində ilk qolunu vurub. Bu qrupun digər matçında Almaniya "Leyptsiq"i evdə Belçikanın "Brügge" komandasına uduzub - 1:2.

Daha bir maraqlı görüş B qrupunda İtaliyanın "Milan" və İspaniyanın "Atletiko" (Madrid) komandaları arasında olub. Bu oyunda qonaqlar qalib gəliblər - 1:2. İngiltərə "Liverpul"u isə Portuqaliyada "Portu"nun qapısından 5 top keçirib.

Gecənin sensasiyası D qrupunda qeydə alınıb. Tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində çıxış edən Moldova "Şerif"i İspaniyada "Real Madrid"ə 2:1 hesabı ilə qalib gəlib.

Çempionlar Liqası

II tur

28 sentyabr

A qrupu

23:00. PSJ (Fransa) - "Mançester Siti" (İngiltərə) - 2:0
Qollar: İdrissa Geye, 8, Lionel Messi, 74

23:00. "Leyptsiq" (Almaniya) - "Brügge" (Belçika) - 1:2
Qollar: Kristofer Nkunku, 5 - Hans Vanaken, 22, Mats Rits, 41

Xal durumu: PSJ - 4, "Brügge" - 4, "Mançester Siti" - 3, "Leyptsiq" - 0.

B qrupu

23:00. "Milan" (İtaliya) - "Atletiko" (Madrid, İspaniya) - 1:2
Qollar: Rafael Leao, 20 - Antuan Qrizmann, 84, Luis Suares, 90+7 (penalti)

Qırmızı vərəqə: Frank Kessi, 31 ("Milan")

23:00. "Portu" (Portuqaliya) - "Liverpul" (İngiltərə) - 1:5
Qollar: Mehdi Taremi, 75 - Məhəmməd Salah, 18; 60, Sadio Mane, 45, Roberto Firmino, 77; 81

Xal durumu: "Liverpul" - 6, "Atletiko" - 4, "Portu" - 1, "Milan" - 0

C qrupu

23:00. "Borussiya" (Dortmund, Almaniya) - "Sportinq" (Portuqaliya) - 1:0
Qol: Doniyell Malen, 37

Xal durumu: "Ayaks" - 6, "Borussiya" - 6, "Beşiktaş" - 0, "Sportinq" - 0

D qrupu

23:00. "Real Madrid" (İspaniya) - "Şerif" (Moldova) - 1:2
Qollar: Kərim Benzema, 64 (penalti) - Jasur Yaxşiboyev, 25, Sebastyen Till, 90

Xal durumu: "Şerif" - 6, "Real Madrid" - 3, "İnter" - 1, "Şaxtyor" - 1



Xəbərin oxunma sayı : 376




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap