Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Çempionlar Liqası:“Qarabağ”ın daha iki mümkün rəqibi bəlli olub

Tarix 23.07.20, 11:19

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan çempionu “Qarabağ”ın avrokuboklardakı daha iki mümkün rəqibi bəlli olub.

Məlumata görə, Ağdam təmsilçisi Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniya və Sloveniya klubları ilə də görüşə bilər.

Albaniyanın çempionu olan “Tirana” və Sloveniyada qızıl medallara layiq görülən “Çelye”nin püşk zamanı səpələnməmişlərdən olacağı dəqiqləşib. Hər iki komanda “Qarabağ”a mövsümdə ilk rəqib ola bilər.

Beləliklə, “Qarabağ”ın ilk raundda artıq bütün potensial rəqibi bilinib. Bunlar “Fola” (Lüksemburq), “Yurqorden” (İsveç), “Buduçnost” (Monteneqro), “Flora” (Estoniya), “Dinamo” (Brest, Belarus), “Riqa” (Latviya), “Konnah” (Uels), “Klaksvik” (Farer adaları), “Europa” (Cəbəllütariq), “Çelye” (Sloveniya), “KuPS” (Finlandiya), “Reykyavik” (İslandiya), “Tirana” (Albaniya), “Sileks” (Şimali Makedoniya) və “Floriana”dır (Malta). Bir mümkün rəqib isə ilkin mərhələdən gələcək. “Linfild” (Şimali İrlandiya) və “Tre Fiore” (San-Marino) ilkin mərhələnin qalibi kimi səpələnməmişlərdən olmağa 4 iddiaçıdan biridir.

Qeyd edək ki, Çempionlar Liqasının I seçmə mərhələsinin püşkü avqustun 9-da atılacaq/APAsport.




Xəbərin oxunma sayı : 295




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap