Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Çempionlar Liqası:“Zenit“ qalib gəlib, “Valensiya“ liderliyə yüksəlib

Tarix 28.11.19, 9:00

Font ölçüsü : - / +
bitmap-img6


UEFA Çempionlar Liqasında V turun daha 2 oyunu keçirilib.

Rusiyada “Zenit” Fransa “Lion”unu qəbul edib.

Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:0.

Hesabı 42-ci dəqiqədə Artyom Dzyuba açıb. 84-cü dəqiqədə isə Məhəmməd Ozdoyev yekun nəticəni müəyyənləşdirib. Bu nəticədən sonra xallarını 7-yə çatdıran “Zenit” G qrupunda 2-ci pilləyə yüksəlib. Eyni xala malik “Lion” isə 3-cü pilləyə enib. 9

xalla ilk sırada yer alan Almaniya “Leyptsiq”i saat 24:00-da başlanacaq qarşılaşmada Portuqaliya “Benfika”sını yensə, qrup lideri kimi 1/8 finala yüksələcək.

H qrupundakı matçda isə “Valensiya” İspaniyada Avropa Liqasının son qalibi “Çelsi” ilə heç-heçəyə nail olub – 2:2. Meydan sahiblərindən Karlos Soler 40-cı, Daniel Vass 82-ci, qonaqlardan isə Mateo Kovaçiç 41-ci, Kristian Pulişiç 50-ci dəqiqədə fərqlənib. Bu nəticədən sonra “Valensiya” 8 xalla liderliyə yüksəlib. Eyni xala malik “Çelsi” ikincidir. Lakin saat 24:00-da başlanacaq qarşılaşmada Hollandiya “Ayaks”ı Fransada 1 xalı olan “Lill”ə qalib gəlsə, xallarını 10-a yüksəldəcək və yenidən liderliyə yüksələcək.

Qeyd edək ki, turun qalan 6 oyunu bu gecə keçiriləcək.



Xəbərin oxunma sayı : 253




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap