“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Epidbiomed” MMC-yə 138 min manatlıq sifariş - Təsisçisi qanunsuz dərman dövriyyəsinə görə həbs edilmişdi

Tarix 12.07.25, 16:53

Font ölçüsü : - / +
bitmap-img6


Naxçıvan Muxtar Respublikasının (MR) Tibb Müəssisələrinin İdarəetmə Birliyi "Epidbioemd” MMC ilə satınalma müqaviləsi imzalayacaq. 

Qaynarinfo-nun məlumatına görə,adıçəkilən şirkət Naxçıvan MR Perinatal Mərkəzi üçün dərman preparatlarının satın alınması ilə bağlı keçirilən tenderin qalibi seçilib. Alınacaq dərman preparatlarına görə "Epidbiomed” MMC-yə 138 006,19 manat ödəniləcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Epidbiomed” MMC 6 yanvar 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 6-da yerləşən şirkətin qanuni təmsilçisi Əliyev Məmməd Əli Sabir oğludur. 

Məmməd Əli Əliyevin "Epibiomed” MMC-nin təsisçisi Namiq Əliyevin qardaşı olduğu bildirilir. 

"Epidbiomed” MMC 2018-cı ildə dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı başlanmış cinayət işi ilə gündəmə gəlib. Həmin vaxt Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, "Epidbiomed” MMC-nin təsisçisi Əliyev Namiq Sabir oğlu, həmin şirkətin direktor müavini Məmmədov Kamal Əhmədiyyə oğlu və digər vəzifəli şəxslərlə əlbir olaraq tamah niyyətilə daha çox gəlir əldə etmək məqsədilə 2011-ci ildən başlayaraq uzun müddət ərzində ölkəyə təqribən 1 milyon manatdan artıq dəyəri olanç19 adda orijinal dərman preparatlarından qiymətinə görə dəfələrlə baha olan ekvivalent dərman vasitələrini idxal etmişlər.

Məlumatda həmçinin qeyd olunur ki, "Epidbiomed” MMC-nin rəhbərliyi barəsində Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətindən sui-istifadə), 200-1.2.2 və 200-1.2.3-cü (dərman vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baxılıb. Açıq mənbələrdə məhkəmə istintaqının nəticəsi barədə məlumat yoxdur. 



Xəbərin oxunma sayı : 700




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap