Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Erkin Qədirlinin bu mövzuda sərbəst qərar vermək ixtiyarı yoxdur” – İlqar Məmmədov

Tarix 09.12.19, 18:46

Font ölçüsü : - / +
bitmap-img6


Respublikaçı Alterantiv Partiyasının (REAL) sədri İlqar Məmmədov təşkilatın qurucularından olan Erkin Qədirlinin parlament seçkilərinə qatılmamasına qarşı çıxıb.

Yenisabah.az-ın məlumatına görə, İlqar Məmmədov bildirib ki, Erkin Qədirli bu mövzu ilə bağlı sərbəst qərar verə bilməz. “Bu yaxınlarda REAL-ın qurucularından Erkin Qədirli təşkilatımıza gündə bir nalayiq söz qırıntısı atanlara cavab olaraq qarşıdakı parlament seçkilərinə qatılmaq istəmədiyini bildirmişdi. İti düşüncəli beyinlərdə doğmayan, amma iddiası aşıb-daşan mülahizələri dinləyərkən ziyalı adamda bir qədər tərəddüd yarana bilər, bu təbiidir.

Amma REAL-ın qurucu üzvlərindən nə mənim, nə başqasının, nə də o cümlədən Erkin Qədirlinin bu mövzuda sərbəst qərar vermək ixtiyarı ola bilməz. Bu haqqımızı kollektiv kimliyimizə həvalə etmişik və bu kollektiv kimliyimiz hansı qərar verəcəksə, onu icra etməliyik.

Bu baxımdan, Erkin Qədirli 9 fevral parlament seçkisində Respublikaçı Alternativin namizədi kimi iştirak edib qalib gəlməlidir. Buna onun özünün də, REAL-ın da siyasi nüfuzu zəmin yaradır. Qərar qətidir, heç kim tərəfindən ləğv edilə, dəyişdirilə və ya təfsir oluna bilməz”, - deyə REAL sədri vurğulayıb.



Xəbərin oxunma sayı : 421




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap