Canlı yayımda Günel Zaura çəpiş hədiyyə etdi - Video Mətanət Cennifer Lopezi bizimkilərlə müqayisə etdi Elnarə sevənlərini sevindirdi - FOTOLAR Məşhur müğənni 12 illik sevgilisindən ayrıldı
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2018

    Canlı yayımda Günel Zaura çəpiş hədiyyə etdi - Video

  • / Maqazin / — 14 Aprel 2018

    Mətanət Cennifer Lopezi bizimkilərlə müqayisə etdi

  • / Maqazin / — 13 Aprel 2018

    Elnarə sevənlərini sevindirdi - FOTOLAR

  • / Maqazin / — 06 Aprel 2018

    Məşhur müğənni 12 illik sevgilisindən ayrıldı

  • / Maqazin / — 31 Mart 2018

    Əkizlər mülklərinin sayını açıqladı

  • / Siyasət / — 29 Mart 2018

    Zakir Həsənov Rəcəb Tayyib Ərdoğanla görüşüb

“Ermənistan üçün sürpriz olacaq” – Polkovnikdən xəbərdarlıq

Tarix 23.12.16, 23:24

Font ölçüsü : - / +
bitmap-img6


"Azərbaycan Silahlı Qüvvələrinin real döyüş atışları icra etməklə, "İldırım” zenit-raket komplekslərini nümayiş etdirməsi Ermənistanda birmənalı şəkildə şok effekti yaradıb”.

AzFakt.com xəbər verir ki, bunu APA-ya açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib.

O qeyd edib ki, adətən istənilən məlumata şərh verən erməni ekspert-mütəxəssisləri bu dəfə iflic vəziyyətinə düşüblər:

"Artıq ikinci gündür ki, onların susqunluğu davam edir. Düşmən tərəfinin əldə etdiyi "İsgəndər”lərə Azərbaycanın "İldırım”la cavabı özünü çox gözlətmədi. Maraqlıdır, qısa müddət "İsgəndər”lərlə öyünən erməni rəhbərliyi indi öz xalqının başını yenidən hansı "oyuncaqla” aldatmağa başlayacaq?”

Ş. Ramaldanov bildirib ki, Ali Baş Komandan İlham Əliyevin yeritdiyi siyasətin nəticəsi olaraq uğurlu ordu quruculuğu, dövlətimizin iqtisadi imkanları, təbii resursların bolluğu, demoqrafik üstünlük və digər amillər Ermənistanın Azərbaycanla ayaqlaşa bilməməsinə əyani sübutdur: "Azərbaycanın hava məkanının eşalonlaşdırılmış mühafizəsi, hələ bundan sonra ordumuzun silahlanmasına qəbul ediləcək silahlar Ermənistan üçün sürpriz olacaq və düşmənin vahimə içində qalması şübhəsizdir. Onların başına yağdırılacaq raketlərimizi nə ilə zərərsizləşdirəcəklər? Bu böyük sual doğurur!”.



Xəbərin oxunma sayı : 331

loading...

Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda