![]() |
|














“Ermənistanı cəzalandırıb, Zəngəzuru geri almalıyıq!”– “Tərədüd etsək, Naxçıvanı itirməmək haqda düşünməyə məcbur edəcəklər”
Tarix 06.06.19, 15:48 |
|

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə son səfərinə Ermənistan növbəti təxribatlarla qarşılıq verib. Vaşinqton görüşü ərəfəsində işğalçı ölkə Azərbaycan zabitini snayperlə vurmaqla sülh prosesinə zərbə vurub. Bir sıra ekspertlər danışıqların ya dayandırılmasını, ya da birbaşa Rusiya ilə aparılmasını təklif edirlər.
Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Eldar Namazovun mövcud durumla bağlı “Yeni Müsavat”a maraqlı müsahibəsini təqdim edirik:
– Eldar bəy, Qarabağ ətrafındakı durum, son gərginliklər proseslə bağlı sizdə hansı qənaəti formalaşdırır. Rəsmi Bakının bundan sonrakı siyasəti necə olmalıdır?
– Ümumiyyətlə, bizim Qarabağla bağlı həm siyasətimizə, həm də informasiya işlərimizə yenidən baxmalıyıq. Allah şəhidimizə rəhmət eləsin, onun qanı yerdə qalmayacaq! Biz həm ermənilər, həm beynəlxalq təşkilatlar tərəfindən saxta görüntülərdən ibarət olan manipulyasiyalara gərək son qoyaq. Bizim Qarabağ məsələsi ilə bağlı milli gündəliyimiz olmalıdır. Buna da uyğun olaraq həm siyasi sahədə, həm də təbliğat sahəsində addımlar atılmalıdır. O milli gündəlik də nə beynəlxalq təşkilatların təsiri altında, nə ermənilərin informasiya təxribatları ilə formalaşmalı deyil. Bizim vacib, düzgün saydığımız bir yol xəritəmiz olmalıdır və heç kim bizi o yol xəritəsindən yayındıra bilməməlidir.
– Siz bir beyin mərkəzinin rəhbərisiniz. Konkret planınız, konsepsiyanız, yol xəritəniz varmı?
– Mən hesab edirəm ki, yeni milli gündəlik üçün bir neçə vacib və hamının dərk etdiyi istinad nöqtələri ondan ibarətdir: birincisi, danışıqlar yolu ilə heç bir nəticə əldə olunmayacaq və Dağlıq Qarabağ, həmçinin ətrafdakı işğal olunmuş əraziləri danışıqlar yolu ilə qaytarmaq mümkün olmayacaq.
Digər tərəfdən, Azərbaycan güc tətbiq etməyə və torpaqlarımızı azad etməyə məhkumdur! Artıq ermənilər tərəfindən bizə başqa seçim qoyulmayıb. O cümlədən də beynəlxalq təşkilatların yaranmış duruma münasibəti bizə başqa yol qoymur.
Üçüncüsü, Azərbaycanın güc tətbiq etmək hüququ çoxdan var. BMT Təhlükəsizlik Şurasının qətnamələrindən sonra BMT Nizamnaməsinə görə, əgər təcavüz faktı təsdiqlənibsə, BMT Təhlükəsizlik Şurası bunu təsdiqləyibsə və işğalçı qarşısında tələblər qoyulubsa, işğalçılara qarşı müəyyən hansısa ölkələr sanksiyalar tətbiq edibsə – məsələn, Azərbaycan və Türkiyə sanksiya tətbiq edib – bunlar heç bir nəticə verməyibsə, həmin ölkənin güc tətbiq edib ərazi bütövlüyünü bərpa etməyə tam haqqı çatır. Bu hüquq bizdə var. Danışıqlara müəyyən ümidlər olduğu üçün biz o hüquqdan bu günə kimi istifadə etmirdik. İndi danışıqlara ümidlər “0” nöqtəsindədir. Ona görə də bizim problemi həll etməklə bağlı yeganə çıxış yolumuz güc tətbiq edib torpaqları azad etməkdir.
Bizi burada düşündürən məsələlər, ordu sahəsində atılan addımlar, təbii ki, nə səsvermə ilə, nə mətbuatda müzakirələrlə həll olunmur. Hərbi plan, təbii ki, mövcuddur, aprel döyüşləri də bunu göstərdi. Bu, bir kəşfiyyat döyüşləri idi. Ermənilərin yaratdıqları müdafiə sistemlərinin nə qədər güclü, etibarlı olduğunu aprel döyüşləri çılpaqlığı ilə ortalığa qoydu. Ermənistan Müdafiə Nazirliyinin rəhbər işçilərinin yarısı işdən qovuldu, nazir başda olmaqla, bir qisminə də cinayət işi açıldı. Hərbi əməliyyat nə vaxt keçiriləcək, bu, təbii ki, Ali Baş Komandanın, müdafiə nazirinin verdiyi qərarlardan asılıdır. Bizim təbliğatımız buna yönəlməlidir. Diplomatik addımlarımızda və təbliğatımızda dünya ictimaiyyətini buna hazırlamalıyıq. Burada günahkar kimdir, kimin hərəkətləri bu müharibənin yenidən alovlanmasına gətirib çıxartdı, diqqəti buna yönəltməliyik.
Bir sıra digər məqamlar var. Bu da ondan ibarətdir ki, adətən, qonşuya qarşı müharibə, təcavüz edən ölkə müharibədə məğlub olandan sonra onu bir cəza gözləyir. Məğlub olmuş ölkənin zavod, fabrikləri sökülür, aparılır ziyan çəkmiş ölkələrdə yerləşdirilir. Ya da ki, ərazi itkiləri olur. İkinci Dünya müharibəsindən sonra Almaniyanın bir sıra əraziləri Polşaya, SSRİ-yə birləşdirildi, yaponlar da müharibədən sonra ərazi itkilərinə məruz qaldılar. Hesab edirəm ki, gündəliyimizdə bunu açıq şəkildə dünyaya elan etməliyik ki, torpaqlarımız azad olunandan sonra erməniləri bir cəza da gözləyəcək – bu müharibəni başladıqlarına, bizə təcavüz etdiklərinə, bizə bu qədər ziyan vurduqlarına görə. Nəzərə alsaq ki, təzminat ödəmək üçün ermənilərin iqtisadi potensialı yoxdur. Ermənilərin əsas sənaye obyektlərinin hamısı artıq Rusiyanın sərəncamında, rus şirkətlərinin mülkiyyətindədir. Ermənistanın atdığı bu addımlara və 25 ildir bizə qarşı təcavüzkar siyasətinə görə onların cəzası qədim Azərbaycan ərazisi Zəngəzurun Azərbaycana qaytarılmasından ibarət olmalıdır. Bolşeviklərin vaxtında Naxçıvanı Azərbaycandan ayırmaq üçün Zəngəzur ermənilərə verilib. Həmin torpaqlar Azərbaycana qaytarılmalıdır. Ermənilər bilməlidirlər ki, Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edəndə həmişə onlar belə itkilərə məruz qalacaqlar.
– Maraqlı fikirlərdir…
– Digər məsələlər də var. Bizə qarşı informasiya müharibəsi aparan qurumlara da münasibətimizi dəyişməliyik. İllərlə Rusiya telekanallarından ermənipərəst aparıcılar Azərbaycana qarşı təbliğat aparırlar. Məsələn, “Rossiya-1″ kanalında Solovyov açıq-aydın erməniləri müdafiə edir, onun Azərbaycanın ərazi bütövlüyünə qarşı qoyduğu mövqe heç Rusiyanın rəsmi mövqeyi ilə də üst-üstə düşmür. Serj Sərkisyan açıq dəstəyə görə bu adamı Ermənistanın orden-medalları ilə təltif edib. Belə kanalların rəhbərliyi məsuliyyət daşımalıdır. Bu adam ekspert deyil ki, gəldi, öz mövqeyini dedi, çıxıb getdi. Həmin kanalda çalışan bir işçidir. Ona belə bir şərait yaradırlarsa, bizim müvafiq qurumlarımız əvvəlcə sınaq dövrü üçün telekanalın Azərbaycanda yarımillik-birillik yayımlanmasını dayandırmalıdır. Həmin dövr ərzində bu hadisələr təkrarlansa, onda, ümumiyyətlə, o telekanalın Azərbaycanda yayınlanması daimi dayandırılmalıdır. Yəni bizim gündəliyimiz fərqli olmalıdır. Bizim informasiya gündəliyimizi ermənilər formalaşdırır. Bizim öz gündəliyimiz olmalıdır: o torpaqları qaytarmalıyıq, Ermənistan cəzasını almalıdır, Zəngəzur Azərbaycana qayıtmalıdır, bizə qarşı kampaniya aparan telekanalların Azərbaycanda yayımı dayandırılmalıdır. Biz bu addımlarla öz gündəliyimizi formalaşdırmalıyıq.
– Eldar bəy, çox ciddi təkliflərdir. Amma bəlkə qarşımızdakı minimum vəzifələrdən başlasaq, daha doğru olar. Məsələn, biz Zəngəzurun qaytarılmasından danışırıq, amma ermənilər Qarabağda futbol yarışı keçirir. Sizcə, buna Bakının reaksiyası necə olmalı idi?
– Təbii ki, bu məsələlərə reaksiya olmalıdır. Ancaq bu şəraiti, bu problemləri vaxtilə biz özümüz yaratdıq. Siz nəzərə alın ki, biz bu günə kimi Qarabağ məsələsində çoxlu səhvlərə yol vermişik. O cümlədən Minsk Qrupunun yaradılması, ATƏT-ə bu mandatın verilməsi də bizim tərəfimizdən böyük bir səhv idi. O mandatı beynəlxalq təşkilatlara verəndə sən həmin ərazilər üzərindəki suverenliyini özün artıq şübhə altına alırsan.
Rus ordusu birinci müharibədə çeçenlərə məğlub olanda təklif edilirdi ki, ATƏT-in çərçivəsində daimi qrup formalaşsın, onun mandatı da problemin həlli ilə bağlı olsun. Rusiya onda getdi “Xasavyurt sazişi” imzaladı, çeçenlərə güzəşt elədi, ancaq o mandatı beynəlxalq güclərə vermədi. Bir neçə ildən sonra güclərini səfərbər edib ikinci Çeçenistan müharibəsini uddular.
Yəni bizim bu günə kimi Qarabağ məsələsində o qədər yanlışlıqlarımız olub ki… Minsk Qrupunun yaradılmasından tutmuş, Madrid prinsiplərindəki referendum məsələsinə kimi. Biz bu səhvlərdən nəticə çıxarıb ortalığa yeni gündəlik qoymalıyıq.
– Son vaxtlar belə fikirlər tez-tez səslənir ki, biz Ermənistanla yox, Rusiya ilə danışıq aparmalıyıq. Sizin bu yanaşma ilə bağlı mövqeyiniz necədir?
– Rusiya burada ən çox təsir edən ölkələrdən biridir və Rusiya daim Ermənistana hərbi qarant duran ölkədir, ermənilərlə rəsmi olaraq hərbi bloku var. Ümumiyyətlə, Qarabağ münaqişəsinin özü də Rusiya imperiyasının Cənubi Qafqazda yüz illərlə apardığı siyasətin davamıdır. Ancaq bu, o demək deyil ki, bizim burada təsir imkanlarımız sıfra bərabərdir, bu məsələdə hərəkət etməyə heç bir imkanımız yoxdur. Rusiyanı da bu məsələdə neytral mövqeyə gətirmək üçün imkanlar və arqumentlər kifayət qədər var. Xüsusən də bu gün Rusiyanın Ermənistan hakimiyyəti ilə münasibətlərini nəzərə alsaq… Burada açıq-aydın düşmənçilik mövqeyini gizlətmək mümkün deyil. Keçmiş prezident Köçəryanın ətrafında baş verən hadisələr də Ermənistanın daxilində birmənalı olaraq Rusiya-Ermənistan qarşıdurması kimi qiymətləndirilir. Həmin o proses dərinləşə-dərinləşə gedir. Artıq İrəvanla Xankəndi arasında açıq qarşıdurma mövcuddur. Ermənistanın son “milli bayram”ında ilk dəfə olaraq Xankəndindən qondarma rejimin heç bir rəhbər şəxsi iştirak və çıxış etmədi. Hətta böyük bir təmtəraqla öz oğlunu Dağlıq Qarabağa hərbi xidmətə göndərən Paşinyan təcili şəkildə onu geri çağırmağa məcbur oldu. Ona görə ki, artıq Paşinyanın oğlu orada girova da çevrilə bilərdi. Dağlıq Qarabağ ermənilərinə etimad göstərmədiyinə və onlarla qarşıdurma kəskin forma aldığına görə, oğlunu İrəvana qaytarmalı oldu. Bu amilləri nəzərə almaq lazımdır. Ancaq əsas gəldiyimiz nəticəni və əsas gündəliyimizi diqqətdən qaçırmalı deyilik: danışıqlar yolu ilə bu məsələdə heç bir nəticə əldə olunmayacaq.
– Deməli, siz də danışıqların Rusiya ilə aparılmasını məqbul sayırsınız?
– Sözsüz. Bunun üçün çox ciddi arqumentlər var. Bir neçə arqument də əlavə edə bilərəm. İndi Rusiya ilə Türkiyə arasında çox sıx strateji müttəfiqlik münasibətlərinin qurulması istiqamətində – həm S-400 silahları, həm Suriya ilə bağlı, həm də Türkiyədə nüvə proqramının inkişafı ilə bağlı – addımlar atılır və bu, Azərbaycan- Rusiya münasibətlərində də çox ciddi amildir. Ona görə ki, Rusiya Azərbaycana qarşı əvvəlki kimi hərəkət etsə, vaxtilə atdığı addımları atsa, artıq Türkiyə ilə bağlı bütün planları artıq havadan asılı vəziyyətdə qala bilər.
Bizim səsləndirmədiyimiz arqumentlər hələ kifayət qədər çoxdur. Biz nəyin bahasına olursa-olsun torpağımızı azad etməliyik! Risklər də, təhlükələr də olacaq. Ancaq belə şeylərdən çəkinib torpaqlarımızı azad etməkdə tərəddüd etsək, onda təbii ki, bizi Qarabağı qaytarmaq yox, Naxçıvanı itirməmək haqqında düşünməyə məcbur edəcəklər. Mənə elə gəlir ki, biz bəhanə axtarmalı deyilik, sadalanan problemlərlə məşğul olub, müəyyən riskləri nəzərə alıb, öz borcumuzu yerinə yetirməliyik.
Xəbərin oxunma sayı : 511
Müsahibə
Xəbərlər
-
İyulun 1-dən artırılan bəzi sosial müavinətlər nə qədər olacaq? - VİDEO
-
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində kanalizasiya problemi - VİDEO
-
Bu şəxslərə yeni mənzillər veriləcək - RƏSMİ
-
ABŞ və İsrailin İrana qarşı addımları bütün regionu təhlükəyə atıb - Pakistan XİN
-
Gömrükdə rüşvət qalmaqalı - Sabiq rəis 834 maşını ölkəyə necə keçirib?
-
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi Vətənə gətirilib - VİDEO
-
Tələbələr üçün xoş xəbər: Müraciət vaxtı artırıldı
-
Deputatlar bu qanunlara dəyişiklik edəcək - SİYAHI
-
Nəsimi rayonunda mənzil qanunsuz olaraq obyektə çevrilib - FOTOLAR
-
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində? - Xəzər üçün təhlükə
-
Azərbaycanda şok OLAY: 5 aylıq hamilə ola-ola başqasına ərə getdi - VİDEO
-
“Sputnik Azərbaycan”ın ofisində saxlanılanlar kimdir? - ADLAR
-
“Excelsior Hotel”də baş direktorla menecer arasında nə baş verir?
-
Bəylər Eyyubovun yerinə gələn Fərid Əsgərov kimdir? - DOSYE
-
“Kremlin yeni strateji hədəfi Odessadır“ - “Financial Times”
-
DİN-dən “Sputnik-Azərbaycan“dakı əməliyyatla bağlı açıqlama
-
Ərdoğan və Ersin Tatar Bakıya gəlir - Bu tarixdə
-
Bəylər Eyyubov vəzifədən azad edildi - Yerinə təyinat oldu
-
İyul ayında hava necə olacaq? - Aylıq proqnoz
-
Rusiya agentləri “Sputnik Azərbaycan“dan belə çıxarıldı - VİDEO
-
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verdi - Milyonluq qalmaqallı iş üzrə
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“İran komandirləri yoxa çıxıblar” - “Washington Post“
-
Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə...
-
Həbs edilən şəxs Namiq Abdullayevin adından necə istifadə edib? - DƏLƏDUZLUQ İŞİ
-
“Cəlal Harutyunyana general-leytenant rütbəsini Sarkisyan verib“ - Arayik Harutyunyan
-
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi - FOTOLAR
-
“Türk vətəndaşı olmağı çox istərdim” - Montello ilə yeni müqavilə bağlanılıb
-
Qohum nikahların qarşısı necə alınacaq? - Nazirlikdən açıqlama
-
İran “Starlink“ə qadağa qoydu: İstifadə edənləri həbs gözləyir
-
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harda yerləşir?
-
Məşhur şirkətin kərə yağından sellofan çıxdı - VİDEO
-
Sabahdan məktəbli formalarının qiyməti aşağı düşür - CƏDVƏL
-
Prezidentdən Fikrət Məmmədovla bağlı - Sərəncam
-
“TikTok” üçün çox varlı alıcılarımız var” - Tramp
-
Hərbi prokuror bayram günləri sərhədlərdə - FOTOLAR
-
Şuşa və Xankəndiyə səfərlər müvəqqəti dayandırılır - Səbəb açıqlandı
-
Vilayət Eyvazov Astarada vətəndaş qəbulu keçirəcək - Bu tarixdə
-
Cümşüdün batdığı kanal bu qurumun balansında olub - Baş Prokurorluğun məlumatı
-
“Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir
-
Azərbaycan İsrailə neft satışını dayandırıb - İxracın 95 faizi Avropa bazarlarına yönəldilib
-
Bakıda orta aylıq əməkhaqqı 1386 manatdır - Rəsmi
-
Çimərliklərdəki istirahət məkanlarında qiymətlə - VİDEO
-
“Ermənistanda kilsəyə yönələn hücumlar narahatlıq doğurur“ - Lavrov
-
Həyət evlərində qalanlar həşəratlara qarşı bu dərmanlardan istifadə etsinlər - VİDEO
-
Şamaxıda kişi qətlə yetirildi - 31 yaşlı kürəkəni tutuldu
-
Rusiya bu istiqamətdə 50 min hərbçi toplayıb - Ukraynanın işi çətindir
-
“Dedilər işə düzəlmək üçün 5 min manat pul lazımdır“ - Məhkəmə işi
-
Sabahdan bu sosial müavinətlər və Prezident təqaüdləri artırılacaq - SİYAHI
-
“İranın gizli nüvə obyekti ola bilər” – Tramp
-
Azərbaycanda bu şəxslərin nikahı qadağan ediləcək - Sabahdan
-
Qeyri-iş günü bir də dörd aydan sonra olacaq - TARİX
-
Maştağada kanalda antisanitar vəziyyət - VİDEO
-
Az maaş, çox tələb: Gənclər niyə iş tapa bilmirlər?
-
Qızıl bazarında vəziyyət necədir? - VİDEO
-
Polisə müqavimət göstərən narkotacir zərərsizləşdirilib - DİN
-
Kəngərliyə növbəti köç karvanı yola salındı - FOTOLAR
-
“Bu halda sanksiyaları ləğv edəcəyəm” - Tramp
-
Ağdamda mina partladı - Polis əməkdaşı xəsarət aldı
-
Ölkəmizin enerji ixrac potensialının artırılması baxımından əhəmiyyətli olan layihə
-
“8 Noyabr“ Elektrik Stansiyasının açılışı ölkəmizin enerji tarixinə mühüm səhifə kimi yazıldı
-
Saxta teleqram kanalının məlumatı təxribatdır - RƏSMİ
-
8 ildir yeni bina sakinlərə nə təhvil verilir, nə də kirayə haqqı ödənilir - ŞİKAYƏT
-
“Əhliman Gənciyevi dubinka ilə döyüb, elektroşokla işgəncə veriblər“ - Vəkilin AÇIQLAMALARI
-
Ov tüfəngi ilə qaynanası, arvadı və baldızını vurdu... - Hadisənin DETALLARI
-
Yekaterinburqda 2 qardaşı öldürülən Seyfəddin Hüseynlidən yeni açıqlama - VİDEO
-
Bakı-Qəbələ qatarlarından istifadə edənlərin NƏZƏRİNƏ
-
Azərbaycan regional və qlobal enerji təhlükəsizliyində mühüm rola malikdir
-
Trampdan Maskla bağlı yeni açıqlama: “O, əla oğlandır”
-
Yekaterinburqda məhkəmə şousu başa çatdı - Kimlər həbs edildi? + FOTOLAR
-
Bir ildə 64 məktəb bağlanıb - Ekspertlərdən HƏYƏCAN TƏBİLİ
-
Çinə viza rejimi ləğv ediləndən sonra aviabiletlər bahalaşıb? - VİDEO
-
Ukrayna müharibəsi 2026-cı ilə qədər davam edə bilər - CNN
-
Özünü vəkil kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - “Bir dur deyən yoxdur“
-
“Emerald” hotelində şok olay: Otağına çağırdığı qadın kişi çıxdı….
-
“Faşist Putin hakimiyyətini pisləyirik“ - Aygün Attar
-
Ölkənin enerji siyasətində yeni mərhələnin başlanğıcı
-
İcra başçısı-qadın sahibkar qalmaqalı: mülk dağıdanların milyonluq mülkləri - VİDEO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Azərbaycan parlamentinin nümayəndə heyətinin Rusiyaya səfəri ləğv edildi - RƏSMİ
-
“Vətən Bağı“ İB Naxçıvanda “Narkotikə yox“ layihəsinə start verdi - FOTOLAR
-
Mehrab Xəlilovun rəhbəri olduğu “Jobs” MMC vətəndaşları aldadıb - VİDEO
-
“Rusiyanın yay hücumu uğursuzluğa düçar olur“ - The Telegraph
-
Unudulmuş Nobel laureatı və sovet Rusiyası - Siqrid Unsetin acı müşahidələri
-
Füzulidə kanalda batan şəxsin axtarışları davam edir - VİDEO
-
Yekaterinburq məhkəməsi Akif Səfərovu həbs etdi - 22 günlük
-
Azərbaycanda Rusiya ilə bağlı mədəni tədbirlər ləğv edilir - Rəsmi
-
Lənkəranda hadisə: İş adamı xəstəxanalıq oldu, saxlanılan var
-
FTX-nin əməliyyatı quduz itin hərəkəti kimi qiymətləndirilməlidir - DEPUTAT
-
Bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Naxçıvanda ağır qəza: Məmur və ər-arvad öldü (FOTO)
-
“Makron və Merts sağlam düşüncələrini tamamilə itiriblər” - Lavrov
-
Eyni məhsul, kəskin qiymət fərqi: “Bahadırsa, almayın“
-
İran aylar ərzində uranın zənginləşdirilməsini bərpa edə bilər - Qrossi
-
Mərkəzi Bankdan yeni QAYDALAR: Kredit əldə etmək sosial şəbəkə aktivliyinizdən asılı ola bilər
-
Bakıda bərbad vəziyyətdə olan bəzi yolların “bəxt“i niyə açılmır? - VİDEO
-
Yekaterinburqda saxlanılan azərbaycanlıların məhkəməsi başladı - Fotolar
-
Azərbaycanda gəlinliklərin baha olmasının səbəbi nədir? - VİDEO
-
Qayınanasını öldürdü, arvadı ilə baldızını yaraladı - Masallıda dəhşətli hadisə
-
Biləcəridə yol problemi - Səkilər yoxdur, maşınlar küçəyə park olunur
-
Eyni Rusiya, eyni ssenari: Şovinizm və qəddarlıq
-
“Ziraat Bank Azərbaycan“ geriləyir - Əhali pullarını geri götürür
-
Bakıda gənc “lyuk“a düşməyib, yol çöküb - VİDEO
-
35 nəfərin zəhərləndiyi “Dönər evi“ yenidən açıldı - Jurnalistlərə hücum etdilər (VİDEO)
-
Rusiyada azərbaycanlılara qanlı OMON hucumunun şahidləri danışdı - VİDEO
-
Göygöldə sərxoş şəxs polisin silahını götürmək istəyib - TƏFƏRRÜAT
-
Azərbaycanda hansı bölgədə nə qədər bankomat var? - Siyahı
-
İsrailin raket zərbələri nəticəsində öldüyü deyilən Əli Şamxani üzə çıxıb - FOTO
-
“QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - Vüqar Səfərov
-
675 min manat vergi borcu olan hospitalda qanuni təmsilçi “oyunu” - Üçüncü dəyişiklik
-
Rusiyada iki qardaşı öldürülən Seyfəddin Hüseynli: Digər yaxınlarımız hazırda təzyiq altındadır
-
Hansısa bir şirkət viza ilə bağlı qarantiya verirsə, bu, cəfəngiyatdır - AÇIQLAMA
-
Ən çox sosial yardım bu rayona verilir - STATİSTİKA
-
Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı - Kəskin etiraz bildirildi
-
Yetkinlik yaşına çatmayan qız 27 yaşlı oğlanla ailə qurdu, atası polisə xəbər verdi - TƏFƏRRÜAT
-
Ukrayna kəşfiyyatından daha bir uğurlu əməliyyat - 4 ədəd Su-34 qırıcısı məhv edildi
-
Rusiyada öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI
-
Əcnəbilər Azərbaycan banklarına nə qədər pul qoyub?
-
“Bu, Azərbaycan-İran münasibətlərinə xələl gətirmək məqsədi daşıyır” - XİN
-
Tramp təkzib etdi: Bu insanlar xəstədir!
TOP 10
ARXİV