Tünzalə Ağayeva imicini dəyişdi - VİDEO Röya xarici görünüşündə dəyişiklik etdi - VİDEO Aygün Kazımovanın həyatında rolu olan 10 kişi Hülya Avşar pozitiv olmağın sirlərini açıqladı - VİDEO
Axtar
 
  • / Maqazin / — 12 Mart 2023

    Tünzalə Ağayeva imicini dəyişdi - VİDEO

  • / Maqazin / — 04 Mart 2023

    Röya xarici görünüşündə dəyişiklik etdi - VİDEO

  • / Maqazin / — 26 Yanvar 2023

    Aygün Kazımovanın həyatında rolu olan 10 kişi

  • / Maqazin / — 22 Yanvar 2023

    Hülya Avşar pozitiv olmağın sirlərini açıqladı - VİDEO

  • / Maqazin / — 13 Yanvar 2023

    Aygün Kazımova və Hadisədən sonra Gülay... - Fotolar

  • / Maqazin / — 12 Yanvar 2023

    Sevda Sanəliyeva ərə gedir - Üçüncü dəfə

“Ermənistan mina və silahların daşınması məqsədilə Laçın yolundan istifadə edir“ - Rəsmi Bakı

Tarix 05.01.23, 23:10

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistan minaların və digər silahların daşınması məqsədilə yalnız humanitar məqsədlər üçün nəzərdə tutulan Laçın yolundan açıq şəkildə istifadə edir.

Bu barədə Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanla bağlı ikinci müraciətində deyilir.

"Ermənistan tərəfi Üçtərəfli Bəyanatı kobud şəkildə pozaraq hərbi təxribatlarını davam etdirib və 2022-ci ilin avqust ayından etibarən Azərbaycanda 2021-ci il Ermənistan istehsalı 2700-dən çox mina aşkar olunub. Minaların Ermənistanın Üçtərəfli Bəyanatla bütün hərbi əməliyyatları dayandırmağa, qüvvələrini Azərbaycandan çıxarmağa və azərbaycanlı məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıtmasına razılığından sonra yerləşdirdiyinə dair sübutlar mövcuddur. Sözügedən minaların yarıdan çoxu azərbaycanlı məcburi köçkünlərin qayıtmalı olduğu mülki ərazilərdə aşkar edilib", - müraciətdə vurğulanıb.

Azərbaycan mülki vətəndaşlarının qayıdacaqları rayonların operativ, təhlükəsiz və effektiv şəkildə minalardan təmizlənməsi istiqamətində Ermənistanın dərhal lazımi addımlar atması, mülki əraziləri mina və digər partlayıcı maddələrlə hədəfə almaması və bu xüsusda Laçın yolundan istifadəni dayandırması məqsədilə Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib.



Xəbərin oxunma sayı : 862

loading...

Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap