“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Ermənistanın təxribatları sülh danışıqlarını xoş məramla aparmadığını nümayiş etdirdi” - Ceyhun Bayramov

Tarix 22.09.23, 0:53

Font ölçüsü : - / +
bitmap-img6


“Ermənistanın Azərbaycan ərazisini işğal etməsi nəticəsində yaradılmış qondarma rejimin qurama “prezident seçkiləri” bəhanəsi ilə qanunsuz fəaliyyəti növbəti son dərəcə təxribatçı xarakterli addım idi. Ermənistan bu addımları ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanınması ilə bağlı verdiyi əvvəlki bəyanatlarını mahiyyətcə heçə endirmək məqsədi güddüyünü açıq şəkildə ortaya qoydu. Bu, Ermənistanın sülh müqaviləsi üzrə danışıqları xoşməramla aparmadığını nümayiş etdirdi”.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının iclasında çıxışında deyib.
Nazir bildirib ki, Ermənistanın məqsədyönlü şəkildə sülh səylərini pozmaq cəhdləri, Azərbaycana qarşı qondarma “blokada” və “humanitar böhran” kimi uydurma ittihamlar əsasında bütün dünyada aparılan qarayaxma kampaniyası ilə eyni zamanda baş verirdi. 2023-cü il sentyabrın 18-də Azərbaycanın Qarabağ bölgəsinin erməni əsilli sakinlərinin ehtiyaclarını ödəmək üçün humanitar yüklərin çatdırılması məqsədilə bir neçə marşrutdan istifadə etməklə bağlı təklifinin həyata keçirilməsi ilə Ermənistanın qarayaxma kampaniyası mahiyyət etibarilə iflasa uğradı.



Xəbərin oxunma sayı : 1447




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap