Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Ermənistan razı deyilsə, Zəngəzur dəhlizi açıla bilməz” - Lavrov nə demək istəyir?

Tarix 06.05.21, 21:16

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyanın xarici işlər Sergey Lavrov İrəvanda erməni həmkarı ila birgə keçirdiyi mətbuat konfransında belə bir cümlə işlədib: “Minalardan təmizləmə, dini və mədəni irsin qorunması istiqamətindəki səylərimiz azalmır”.

AzFakt.com xəbər verir ki, Lavrovun bu açıqlamasını şərh edən Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə deyir ki, Lavrov “minalardan təmizləmə” dedikdə ancaq rusiyalı hərbçilərin Qarabağda öz ətraflarını təmizləməsini nəzərdə tutub: “Halbuki, ermənilər harda gəldi minalar basdırıblar. Azərbaycan vətəndaşları müharibədən sonra minaların partlamasından həlak olurlar, çünki ermənilər xəritələri bizə vermək istəmirlər. Bu haqda Lavrov İrəvanda heç nə deməyib. O ki qaldı Lavrovun cümləsindəki “dini və mədəni irsin qorunması istiqamətindəki səylərimiz azalmır” hissəsinə, Qarabağda dini və mədəni irsi də biz özümüz bərpa edirik. Görünür, Lavrov bu cümlədə də “ermənilərə aid olanları” nəzərdə tutub”.

Politoloqun sözlərinə görə, rusiyalı nazir həmçinin etimad abu-havasının yaradılması üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin bundan sonra da fəaliyyətinin zəruri olduğunu söyləyib. Azərbaycanın bu “zərurətə” də ehtiyacı yoxdur: “Serger Lavrov erməni jurnalistlərdən birinin Azərbaycan prezidenti İlham Əliyevin Zəngəzur dəhlizinin işə salınması ila bağlı sualına da belə cavab verib ki, kommunikasiya xətlərinin açılması tərəflərin razılığı və qarşılıqlı faydalılıq əsasında olmalıdır. Yəni Lavrovun məntiqindən çıxış etsək, əgər Ermənistan razı deyilsə, Zəngəzur dəhlizi açıla bilməz. Beləliklə, Lavrovun İrəvanda dedikləri erməniləri rahatlatmaq məqsədi daşıyıb. Görək Lavrov Bakıda nə deyəcək? Ona minalanmış ərazilərin xəritəsindən tutmuş “İskəndər” raketlərinə qədər suallar vermək lazımdır. Bir də necə ki, Lavrov İrəvanda “soyqırım abidəsini” ziyarət edib, Bakıda da “”Şəhidlər Xiyabanını” ziyarət etməlidir”.

Beynəlxalq məsələlər üzrə şərhçi Əziz Əlibəyli isə Lavrovun səfər proqramına Qənimətlər Parkına ziyarətin salınmalı olduğunu deyib: “Hər ölkə özünəməxsus milli adət-ənənələri protokol qaydalarına əlvə edə bilər ki, bu da dövlətin suverenliyinin bariz nümunəsidir. Məsələn, hər hansı bir yüksək vəzifəli rəsmi şəxs Moskvaya gedəndə naməlum əsgər abidəsini, Türkiyəyə səfər edəndə Atatürkün mavzoleyini ziyarət edir ki, bu da rəsmi protokol qaydasıdır. İşğalçı Ermənistanda isə rəsmi protokola görə səfər edən əcnəbi dövlət başçıları mütləq qondarma erməni soyqırımı abidəsini ziyarət etməlidir. Saxta tarixi rəsmiləşdirmək və başqa dövlətin rəsmi şəxslərini bu tetara alət etmək İrəvanın siyasətidir.

Təəssüf ki, bu gün İrəvana səfərə gələn Lavrov da eyni prosedura riayət edib. Azərbaycan Respublikası müstəqillik dövrü ərzində verdiyi qurbanlar və cəlb edildiyi müharibələr nəticəsində qarşılaşdığı itkilər sayəsində bütövlükdə müharibənin izlərini daşımalı olub. İtkilər, məğlubiyyət və bütün rayonların mərkəzində şəhidlər xiyabanı. Ən böyüyü isə Bakıdakı azadlıq qurbanlarının uyuduğu məzarıstan. İndi isə Vətən Müharibəsi bütün reallıqları dəyişdirib, o cümlədən dünyada bizə olan münasibəti də yeni keyfiyyətə qaldırıb. Qalib ölkə kimi artıq öz ifadəsini və suverenliyini, dövlət gücünü bütün dünyaya da qəbul etdirmək zamanıdır. Təklif edirəm ki, müstəqil ölkənin protokol proqramına Qənimətlər Parkını ziyarət də salınmalıdır. İlk olaraq isə bu prosedur qayda Lavrovun bir neçə gün sonra Bakıya nəzərdə tutulan səfərində icra edilməlidir”.(Konkret.az)




Xəbərin oxunma sayı : 961




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap