Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Ermənistana yox, Rusiyaya güzəştə getməliyik ...” – “Əks halda vətən müharibəsinə başlamalıyıq”

Tarix 24.11.19, 23:36

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycanın Birinci vitse-prezidentinin Moskvaya səfərini çox yüksək qiymətləndirirəm. Rusiya bizim üçün strateji əhəmiyyət kəsb edən ölkədir. Biz Qarabağın azadlığı üçün ən azı Rusiyanın tərəfsizliyini təmin etməliyik. Bunun yolu Rusiya ilə səmimi və açıq dialoqdan keçir”.

AzFakt.com-un məlumatına görə, bunları Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri haqda danışarkən deyib. O, bu barədə “moderator.az” saytına danışıb.

Partiya sədri Rusiyanın Azərbaycan üçün fövqəladə önəminə diqqəti çəkib. Sitat: “Biz Rusiya ilə münasibətləri qurarkən həm də onu nəzərə almalıyıq ki, orada iki milyondan çox azərbaycanlı yaşayır və onların Azərbaycana, yaxınlarına göndərdiyi vəsait əhalinin böyük bir hissəsinin sosial vəziyyətinin pisləşməməsində əhəmiyyətli rol oynayır. Mən həmişə söyləmişəm ki, Qarabağın azadlığı üçün müharibə variantı riskli olduğundan və böyük dağıntılara səbəb ola biləcəyindən biz problemin sülh yolu ilə həllinə nail olmaq istəyiriksə, Rusiya ilə anlaşmalıyıq. Qərbdən, Ermənistanın təbii müttəfiqi olması, təbii müttəfiqlərimizdən isə Rusiya nüvə silahına malik olduğundan ondan çəkindikləri səbəbindən kömək gözləməyimiz özümüzü aldatmaqdan başqa bir şey deyil. Qarabağın azadlığı naminə biz Ermənistana deyil, Rusiyaya güzəştə gedib, suverenliyimizə ziyan vurmadan onun Cənubi Qafqazda maraqlarını təmin edə, Rusiyaya Ermənistandan daha yaxın olmaq üçün Rusiya - Belarus İttifaqına, KTMT-yə daxil ola bilərik. Nəzərə almalıyıq ki, dövlətlərin əbədi müttəfiqləri yox, əbədi maraqları olur. Ermənistan istəsə də Rusiyanın orbitindən kənara çıxa bilməz. Ümid edirəm Mehriban xanım intellekti və beynəlxalq nüfuzu ilə xarici siyasətdə daha cəsarətli və çevik siyasət yürütmək üçün Prezidentə lazımı dəstəyi verməkdədir”.

Q.Həsənquliyev daha sonra qeyd edib: “Ancaq onu da qeyd etmək istəyirəm ki, əgər Rusiya yanlış olaraq münaqişənin saxlanması siyasətindən imtina etməzsə, iqtidar bu barədə xalqımızla açıq danışmalı, torpaqlarımızın azalığı üçün Böyük Vətən müharibəsinə başlamalıdır. Əks halda, indiki siyasətin davam etdirilməsi Qarabağın həmişəlik itirilməsinə gətirib çıxaracaq”.



Xəbərin oxunma sayı : 649




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap