Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Ermənistandakı siyasi sarsıntılar münaqişənin nizamlanması prosesini yavaşıdıb” – Elmar Məmmədyarov

Tarix 23.10.18, 16:07

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycan münaqişənin mərhələli şəkildə həll olunması prosesini başlamaq məqsədi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə substantiv danışıqları davam etdirməyə hazırdır”.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov RİA “Novosti”yə müsahibəsində deyib.

“Bundan əlavə, son vaxtlardakı danışıqların gedişatını izləsəniz, məhz rəsmi Bakının dəfələrlə nəticəyə – Azərbaycan torpaqlarının işğalına sona qoyulmasına, məcburi köçkünlərin, o cümlədən Dağlıq Qarabağın Azərbaycan icmasının nümayəndələrinin təhlükəsiz və layiqli şəkildə öz evlərinə qayıtması üçün şəraitin yaradılmasına, ardından isə Azərbaycanın erməni və Azərbaycan icmalarından ibarət Dağlıq Qarabağ regionunun əhalisi üçün özünüidarəetmənin geniş hüquqlarının təmin edilməsinə yönəlmiş məsuliyyətli dialoqun təşviq edilməsinin vacibliyini bildirdiyini görərsiniz”, – nazir bildirib.

E.Məmmədyarovun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Düşənbədə MDB sammiti çərçivəsində keçirilmiş yüksək səviyyəli danışıqlar Azərbaycanın mənalı dialoqa hazır olduğuna bazir nümunədir.

“Təəssüf ki, Yerevanda baş vermiş hakimiyyət dəyişikliyi və bu günə qədər müşahidə olunan sarsıntılar müəyyən dərəcədə prosesi yavaşıdıb. Ümid edirik ki, Ermənistan rəhbərliyi yaxın zamanlarda mövcud format çərçivəsində və məlum gündəmə əsasən danışıqlar prosesini davam etdirmək üçün siyasi iradə nümayiş etdirəcək”, – nazir fikrini tamamlayıb/Report.



Xəbərin oxunma sayı : 190




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap