Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Şərqi Aralıq dənizində yeni fırtına gözləntisi:Türkiyə dörd qonşu dövlətlə hərbi toqquşmaya cəlb oluna bilər - TƏHLİL

Tarix 14.11.18, 14:40

Font ölçüsü : - / +
bitmap-img6


Əhməd Alim

“Əl-Monitor”

Oktyabrın 30-da Türkiyə Şərqi Aralıq dənizində neft və qaz üzrə qazma işlərinə başladığını açıqlayıb. Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib ki, qazma gəmisi hər hansı bir maneə ilə üzləşərsə, türk hərbi dəniz qüvvələri onun müdafiəsi üçün bütün lazımi addımları atacaq.

Bu, bir tərəfdən, Şərqi Aralıq dənizi regionunda mövcud olan gərginliklərin arxasında, Türkiyə ilə Misir, digər tərəfdən isə Kipr və Yunanıstanla münaqişə işığında baş verir.

Belə ki, oktyabrın 10-da üç ölkə təbii qaz istifadəsi siyasətini əlaqələndirmək məqsədilə Qahirə mərkəzli Yaxın Şərq Qaz Forumunu qurmağı qərara alıb.

Həmçinin, Misir sentyabrın 19-da Kiprlə “Afrodit” qaz yatağından ixracıı Misirin maye qaz zavodları ilə birləşdirmək barədə müqavilə imzalayıb. Bu, Misirin regional neft-qaz şəbəkəsinə çevrilməsi çərçivəsində həyata keçirilib. Boru kəməri 2022-ci ildə Misir zavodlarına ildə təxminən 700 milyon kub fut (19,8 milyon kubmetr) qaz vurmağa başlayacaq.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu hələ fevralın 4-də mətbuata bəyan edib ki, Misir və Kipr arasında 2013-cü ilin dekabrında imzalanan müqavilə ilə iki ölkənin müstəsna iqtisadi zonasını müəyyənləşdirməsi qanunsuzdur. Çavuşoğlu razılaşmanın Türkiyənin qitə şelfini pozduğunu iddia edib. Fevralın 11-də Türkiyə Kipr dəniz dənizkənarı zonasının müəyyən ərazilərinin Türkiyənin və ya Türk Kiprinin ərazisinə düşdüyünü iddia edərək, İtaliyanın “ENI” neft şirkəti qazma gəmisinə maneə törədib.

Misir Neft Nazirliyinin sözçüsü Həmdi Əbdüləziz “Əl-Monitor”a deyib: “Misir Şərqi Aralıq dənizində Türkiyənin hərəkətləri ilə bağlı narahat deyil, çünki Qahirə Kipr və Yunanıstanla beynəlxalq hüquq çərçivəsində bağlanmış demarkasiya sazişləri əsasında işləyir”.

O əlavə edib: “Misir, Kiprdən Şərq Aralıq dənizinin qazını mayeləşdirərək yenidən ixrac etməklə regional enerji qaynağı halına gəlmək istəyir. Ölkənin elə böyük irəliləyişi var ki, hər hansı bir aktyorun onu zəiflətməsi çətindir. Misir Şərq Aralıq dənizindəki qazanclarını qorumağa qadirdir”.

“Həm də Misir Şərqi Aralıq dənizindəki iqtisadi zonada qaz və neft axtarmaq üçün İtaliyanın “ENI” şirkəti kimi transmilli qurumlarla əməkdaşlıq edir və bu səyi davam etdirəcək”.

Şərqi Aralıq dənizi bölgəsinin əhəmiyyətli strateji təbii qaz ehtiyatları 122 trilyon kub futdur (3,45 trilyon kubmetr).

2015-ci ildə Misirin “Zöhr” yatağının kəşf edilməsi Şərq Aralıq dənizindəki təbii qaz xəritəsini dəyişdirib, çünki ərazinin qaz ehtiyatları 30 trilyon kub fut (850 milyon kubmetr) səviyyəsində qiymətləndirilir.

Misirin neft naziri Tariq əl-Mullanın açıqlamasına görə, “Zöhr” ildə 3 milyard dollar dəyərində qaz tədarükünü təmin edir.

Mulla iyulun 5-də keçirdiyi mətbuat konfransında bildirib ki, Misir 2019-cu ildə qaz ixrac etməyə başlayacaq.

Enerji araşdırmaçısı İbrahim əl-Qitani deyib: “Aralıq dənizindəki Kipr iqtisadi bölgəsinə daxil olan bəzi sahələrlə bağlı Kipr və Türkiyə arasında anlaşmazlıq var. Türkiyə daha əvvəl bir sıra Kipr bölgələrində neft-qaz qazma əməliyyatlarını maneə törədib”.

“Türkiyənin hərəkətləri Şərq Aralıq dənizində qaz kəşfiyyatına təsir göstərə bilər. Misirin Kiprlə qaz boru xəttinin qurulması planına, xüsusilə Türkiyənin Kipr istehsalına və ya kəşfiyyat prosesinə də maneə törətməsi mümkündür. Ancaq Türkiyənin öz iqtisadi bölgəsində Misirin kəşfiyyatını birbaşa təsir etməsi ehtimalı yoxdur”.

Qitaninin sözlərinə görə, 2015-ci ildə qaz ehtiyatlarının tapılmasından sonra Türkiyənin Misirin Şərq Aralıq dənizindəki müvəffəqiyyətini təsir göstərməsi qeyri-mümkündür. Digər tərəfdən, Türkiyə öz ehtiyaclarını təmin edə bilməsi xeyli vaxt aparacaq.

Başqa sözlə, Türkiyənin Şərqi Aralıq dənizində enerji mərkəzi kimi Misirə rəqib olması çətindir. Bu, xüsusilə, Misirin Kipr, Yunanıstan və hətta İsraillə əməkdaşlığı halında inandırıcı deyil.

2017-ci ildə Türkiyənin təbii qaz istehlakı 53 milyard kubmetr (1,8 trilyon kub fut) təşkil etsə də, o dövrdə istehsal 350 milyon kubmetrdən (12,3 milyard kub fut) artıq olmayıb.

Bəni Suəf Universitetinin sabiq prezidenti və beynəlxalq hüquq professoru Əhməd Rifaat “Əl-Monitor”a bildirib ki, Türkiyə 2013-cü ildə Misirlə Kipr arasında imzalanan sazişi manevr kimi qəbul etmir. Ankara zəif hüquqi mövqeyə sahibdir və Kiprdə qazma işləri aparmaq haqqı yoxdur. Çünki bu həm beynəlxalq qanuna, həm də dəniz hüququna dair BMT Konvensiyasına ziddir.

Rifaat əlavə edib: “Kipr və Yunanıstanla sərhəd demarkasiyası müqaviləsi olmadığı halda, Misir Aralıq dənizində enerji sahəsində irəliləyiş əldə edə bilməyəcəkdi. Hər hansı bir kəşfiyyat işinə mane Türkiyənin təcavüzü kimi qiymətləndiriləcək və dövlətlər nəticə etibarilə Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edə bilərlər. Amma bu andan Türkiyə uduzan tərəf olacaq”.

Rifaat əlavə edib: “Misir və Kipr arasında beynəlxalq hüquqa uyğun bir neçə razılaşmanın imzalanmasından sonra Kiprə qarşı hər hansı bir pozuntu vəziyyətində rəsmi Qahirənin ona dəstək verməsi tələb olunur. Bu, silahlı münaqişənin baş verməsi demək deyil, amma Türkiyə üçün çəkindirici hüquqi və siyasi amildir. Dövlətlər arasındakı mübahisələrin həlli üçün səlahiyyətli beynəlxalq qurumlar olmalıdır”.

Tərcümə: Strateq.az



Xəbərin oxunma sayı : 379




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap