|
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
“Etibar bəy və Surət Hüseynov qiyamda ortaq idilər“– AMİP liderinə ağır ittihamlar
Tarix 14.06.18, 17:04 |
|
Pənah Hüseyn Etibar Məmmədovu hərbi sirləri açmaqda suçladı: “O və partiyası 4 iyun qiyamına görə məsuliyyətlərini kənara qoya bilməzlər”
Real TV-nin “Aktual müsahibə” verilişində AMİP-in lideri Etibar Məmmədov 1993-cü ilin iyun hadisələri haqda sualları cavablandırıb. O, 4 iyun qiyamının pərdəarxası məqamları barədə danışıb. E.Məmmədov deyib ki, o dövrkü hakimiyyətin səriştəsizliyindən siyasi böhran yaranmışdı. Hakimiyyət daxilində qarşıdurma gedirdi və əslində Gəncə hadisələri fevral ayından başlamışdı: “Gəncədə əməliyyat aparılacağına hazırlıq getdiyi barədə məndə məlumat vardı. İyunun 2-də Ali Sovetin iclasında bu barədə xəbərdarlıq etdim və dedim ki, bu, böyük faciəyə gətirib çıxara bilər. Lakin bunlar qısa müddətdə problem yaradıb, özləri problemi həll etməyə çalışmaqla məşğul idilər. Konkret proqramları, kadrları yox idi. Bu da yazda daha artıq böhrana gətirib çıxardı. Bunlar xalqla danışmaq əvəzinə repressiv metodlara əl atmağa üstünlük verdilər və Gəncədə həmin əməliyyata getdilər. Əməliyyatın məqsədini belə elan etmişdilər ki, məqsəd ləğv olunmuş, lakin tabe olmayan hərbi hissəsini tabe etdirməkdir.
Mənim müraciətimin səhəri iyunun 3-də Milli Məclisin ətrafına hərbi texnikanı cəmləşdirdilər. Mən baş nazir Pənah Hüseynlə görüşdüm və dedim ki, kimə güc nümayiş etdirirsiniz, hazırlanmış əməliyyatdan imtina edin. Lakin mənə qulaq asmadılar. Nəticədə böyük böhran yarandı və Bakı-Gəncə qarşıdurması kimi vəziyyət meydana çıxdı”.
E.Məmmədov qeyd edib ki, hərbi hissənin tabelikdən çıxması təbii ki, qiyamdır. Lakin hərbi hissəyə hücum edilməsi də cinayətdir. Hakimiyyət buna getdi və təşəbbüsü əldən verdi: “Ali Sovetdə müzakirələr ciddiləşdi. Orada İsa Qəmbər hər şeyi neytrallaşdırmağa çalışırdı. Yaranmış vəziyyətdə isə əsas məsuliyyət prezidentin idi. Məsuliyyəti prezident daşıyırdı. Lakin prezident deyirdi ki, baş verən əməliyyatdan xəbərim yoxdur. Ancaq sonradan məlum oldu ki, baş verənlər prezidentlə razılaşdırılırmış.
Heydər Əliyevi də Naxçıvandan Bakıya köməyə Əbülfəz Elçibəy, İsa Qəmbər, Pənah Hüseyn dəvət etmişdi. Prezident təyyarəsini də özləri Naxçıvana göndərmişdilər. Mən buna normal yanaşıram. Çünki prezidentin istənilən məsələdə vətəndaşından kömək istəmək səlahiyyəti var və bu normal idi. Heydər Əliyev özü dəfələrlə bəyan edirdi ki, məni Bakıya Əbülfəz Elçibəy, İsa Qəmbər, Pənah Hüseyn dəvət edib. O zaman hakimiyyətin səhvlərindən biri o idi ki, yaranmış durumda məsuliyyəti öz üzərindən atırdı”.
Sonra E.Məmmədov qeyd edib ki, İsa Qəmbər Ali Sovetin sədri vəzifəsindən istefa ərizəsini onunla müzakirədən sonra qardaşının evində yazıb: “İyunun 12-də İsa Qəmbər mənə zəng etdi ki, bizim görüşməyimiz lazımdır, bir yer təyin elə, ora gəlim. Mən də qardaşımın evini təyin etdim. Gəldi ora, uzun söhbətimiz oldu. Ölkənin gələcəyindən narahatlığını bildirdi. Artıq Pənah Hüseyn istefa vermişdi, prezident Elçibəy tərəfindən Heydər Əliyevin Milli Məclisin sədri vəzifəsinə seçilməsi təklif edilmişdi. Ancaq İsa Qəmbər istefa vermək istəmirdi. Ona görə də prezidentlə İsa Qəmbər arasında anlaşılmazlıq yaranmışdı. İsa Qəmbər görüşdə mənə dedi ki, ölkənin gələcəyindən narahatdır, rus qoşunlarının Azərbaycana yerləşdiriləcəyi və ölkənin müstəqilliyinə təhlükə yaranacağından ciddi narahatdır. Mən də dedim ki, bu məsələ haqda Heydər Əliyevlə söhbətlərim olub və Heydər Əliyev də mənə bildirib ki, biz rus qoşunlarının Azərbaycana qayıtmasına imkan verməməliyik, müstəqilliyi qorumalıyıq. İsa Qəmbərə dedim nə qədər ki, mən sağam, rus qoşunlarının buraya gəlməsinə imkan verilməyəcək, təminat sənə lazımdırsa, mən o təminatı verirəm. Başqa məsələlər haqqında da müzakirələrimiz oldu və istefa ərizəsini yazdı. Mən də oradan Heydər Əliyevə telefon açdım”.
Etibar Məmmədov İsa Qəmbərin həbs olunması barədə isə bunları deyib: “İsa Qəmbər həbs olunanda xaricdəydim. Bu barədə eşidən kimi dərhal Heydər Əliyevə zəng etdim və dedim ki, bu hadisə xoşagələn vəziyyət deyil. Mənə deyildi ki, Surət Hüseynov İsa Qənbərin həbsini tələb edib, ona görə həbs edilib. Dedim, kim tələb edir-etsin, bu məsələ tez həll olunmalıdır. Sonra da tez həll olundu. Yəni mən İsa Qəmbərin həbs olunmasına münasibətimi dərhal bildirmişdim”.
AMİP lideri sonda bildirib ki, 25 il sonra 1993-cü il hadisələrinə baxanda o mənzərə ona çox pis təsir edir:“Utancverici şeylər çoxdur. Çünki insanların birdən-birə nə cür dəyişməsini, liderlərinə xəyanət etməsini, liderlərini nə cür qoyub qaçmasını gördük. Gülməli olan odur ki, özləri hakimiyyəti qoyub qaçdıqları halda hələ də hakimiyyətdə olmayanları ittiham edirlər ki, niyə bizi müdafiə etmirdiniz. O zaman mən hakimiyyətdə deyildim və rəsmi müxalifətin rəhbəri idim. Mən heç üzərimə düşməyən vəzifəni yerinə yetirmişdim-iyunun 2-də xəbərdarlıq etmişdim ki, bunu etməyin, etsəniz nəticəsi ağır olacaq.
Elçibəyin səlahiyyətlərinin alınması ilə bağlı təşəbbüs də mənim tərəfimdən verilib. Bu, iyunun 17-də Əbülfəz bəyin xəbərsiz çıxıb getməsi və qayıtmaqdan imtina etməsi ilə bağlı olub. Dövlət başsız qalmışdı. Mən özüm şəxsən onunla danışdım və təkid etdim ki, geri qayıtmaq lazımdır. Təkid etdim ki, gəlin vəzifənizin icrasına davam edin, əks halda, səlahiyyətlərinizin alınması məsələsini qaldıracağam. Heç nə demədi və qayıtmadı. Mən də qanun layihəsi verdim ki, səlahiyyətləri Bakıda olmadığı müddətdə əlindən alınsın. İndi də hesab edirəm ki, bu, düzgün qərar idi. Çünki müharibə aparan dövlət bir saat da olsun başsız qalmamalıdır”.
Elçibəy hakimiyyətinin baş naziri, AXP sədri Pənah Hüseyn isə E.Məmmədovun dedikləri ilə bağlı “Yeni Müsavat”ın suallarına cavabında onun söylədiklərinin ya faktların təhrifi, yaxud ümumiyyətlə, həqiqətə uyğun olmadığını bildirib: “Əvvəla, onun dediklərində sensasiyalı bir şey yoxdur. Bu fikirləri biz ondan 25 ildir ki, eşidirik. Hələ anında dəlil-sübutlarla təkzib olunmasına baxmayaraq eyni şeyləri təkrar edir. Gələk 1993-cü ildə onun guya Milli Məclisdə Gəncədə hakimiyyət tərəfindən nə isə hazırlanması barədə bizi xəbərdarlıq etməsi və bunun ağır nəticələr doğuracağı barədə xəbərdarlıq etməsi məsələsinə, tamamilə yalandır. O, Milli Məclisdə çıxış edib demişdi ki, guya Bakıda hərbi çevriliş hazırlanır və sübut olaraq da əlində hərbi hissələrin hərəkət planını, o cümlədən AMİP qərargahını tutacağını əks etdirən məxfi sənəd olduğunu bildirib bunu göstərmişdi.
Sənədin surətini mənə də gətirdilər. Məlum oldu ki, Baş Qərargahdan N saylı hərbi hissəyə hərəkətə keçmə tarixi göstərilmədən bu məzmunda məktubu var. Bu barədə məlumat aldıqdan sonra mən prezidentlə danışıb, müdafiə nazirini, baş qərargah rəisini və hərbi əks-kəşfiyyatın rəisini yanıma dəvət elədim. Çünki belə bir sənədin olması barədə məndə məlumat yox idi. Hərbi rəhbərlik məruzə etdi ki, bu tipli məktublar bütün hərbi hissələrdə var və yalnız Baş Qərargahdan xüsusi kod gəldikdən sonra açılır, hərəkət üçün rəhbərlik qəbul edilir. Konkret isə bu hərbi vəziyyət elan edildikdən sonra hərbi hisslərin hərəkət əmrindən ibarətdir. Sənəd tam məxfi hesab edilir və ola bilər ki, konkret hərbi hissədə xidmət edib başqa yerə keçmiş komandirin onun məzmunundan xəbəri olmasın. Biləcəridə yerləşən hərbi hissələrdən birinin Etibar bəyin özünün yaxını və ya partiyasının üzvlərindən biri olan, səhv etmirəmsə, İlqar adlı komandir hərbi və dövləti cinayət işlədərək həmin məxfi məktubu Baş Qərargahdan xüsusi çağrı kodu olmadan açmış və surətini Etibar Məmmədova vermişdi.
O da bunu Milli Məclisin iclasında hərbi çevriliş planı kimi təqdim etmişdi. Hərbi vəziyyət elan olunduğu halda Müdafiə Nazirliyi hissələrinin hərəkət planını əks etdirən bu və bu tipli sənədlər hər bir dövlətdə, o cümlədən bizdə də həmişə və indi də var. Hərbi rəhbərlik həmin sənədin hazırlanması və təsdiqi barədə prezidentin də imzaladığı sənədi mənə təqdim etdi. Bu təsdiq mən xarici səfərdə olduğum müddətdə baş verdiyinə görə mənim ondan məlumatım olmamışdı. Etibar Məmmədovu dəvət edib ona da məsələ barədə bilgi verdik. Sonradan onun bu məsələni təkrar etdiyinə görə mən Milli Məclisin 8 iyun tarixli iclasında da burada dediklərimi söyləmişəm. Ancaq 25 il sonra mahiyyəti bilə-bilə yenə yalan informasiya səsləndirirsə, deməli, məqsəd başqa olub və indi də başqadır. Məsələ belə olub. Etibar Məmmədovun Milli Məclisdə elan etdiyi sənəd də bu idi. Bu sənədin Gəncə hadisələrinə aidiyyəti yox idi”.
P.Hüseyn xatırladıb ki, E. Məmmədov onun dəvəti ilə Rəsul Quliyevlə birlikdə iyunun 2-də Nazirlər Kabinetinə gəliblər: “Mən onlara müdafiə nazirinin və baş qərargah rəisinin məlumatlarını bildirdim və məsələnin heç də Etibar Məmmədovun dediyi şəkildə olmadığını onun nəzərinə çatdırdım. Qazaxda olan hansısa hərəkətlilik barədə Etibar Məmmədov müavini Şadman Hüseynova istinadən məlumat verdi. Mən də məlumatın yanlış olduğunu dedim və ümumiyyətlə, ölkənin məsuliyyətli bir zamana daxil olduğunu, ciddi addımlar atılacağını, o cümlədən siyasi partiyaların fəaliyyətinin məhdudlaşdırılacağını dedim. Təklif etdim ki, milli və dövlət mənafeyi naminə mane olmasın və mümkünsə bir neçə aylığa istəyirsə xaricə istirahətə getsin.
İkincisi, guya Gəncədəki məlum hərbi hissənin məhvi ilə əlaqədar xüsusi bir planın hazırlanması barədə deyilənlər çoxsaylı məhkəmələrdə sübut olundu ki, Gəncədə hərbi hissəyə hücumla bağlı heç bir plan mövcud olmayıb. Heç bir hərbi hissəyə hücum olmayıb və o vaxt bu barədə qiyamçılar, o cümlədən AMİP və Etibar Məmmədov tərəfindən deyilənlər qiyamın psixoloji və informasiya silahı ilə davamı idi. Əksini sübut etmək istəyirsə mən Etibar bəy, Surət Hüseynov və tərəfdarları (çünki hamısı qiyamda ortaq olublar), indiki iqtidarı və onun tərəfdarları ilə birlikdə açıq debata dəvət edirəm”.
İsa Qəmbərin istefa ərizəsini Etibar Məmmədovun qardaşının evində görüş zamanı yazdığı barədə deyilənlərə gəldikdə, P.Hüseyn bildirdi ki, İsa Qəmbərin istefa ilə bağlı Etibar Məmmədovla müzakirə aparması haqqında onda məlumat olmayıb: “Bu barədə təxminən 15 il öncə Etibar Məmmədov özü mənə danışıb. Mən də bu haqda İsa Qəmbərə demişdim. Prinsipcə, yaranmış vəziyyətdə dövlətin taleyi ilə bağlı Ali Sovet sədrinin parlament üzvü, nüfuzlu müxalifət xadimi ilə o, hətta həmin dövrdə qiyama qarşısa da müzakirə aparmasında qeyri-təbii heç nə yoxdur. O cümlədən istefası və onun nəticələri barədə. Lakin guya istefa ərizəsini Etibar Məmmədovun qardaşının evində yazıb ona təqdim etməsi həm inandırıcı deyil, həm də həqiqətə uyğun deyil. Belə ki, İsa Qəmbər hələ iyunun 11-də Yevlax qiyamçılar tərəfindən tutulduqdan, 600 nəfər də orada bizimkilərdən əsir götürüldükdən sonra istefa haqda qərar qəbul etmişdi, mənimlə və prezidentlə bu barədə müzakirə aparmışdı. Həmin istefa ərizəsi də yazılı şəkildə Ali Sovetin rəhbərliyinə, konkret parlament sədrinin birinci müavini Tamerlan Qarayevə təqdim edilib qeydə alınmışdı. Bu barədə Tamerlan Qarayev Ali Sovetin canlı efirə gedən iclasında bəyanat vermişdi”.
P.Hüseyn qeyd etdi ki, Etibar Məmmədovun 1993-cü ildə heç bir dövlət vəzifəsi yox idi və buna görə də heç kəs birbaşa həmin qiyamın başlanması və hakimiyyət tərəfindən yatırılmaması üçün məsuliyyəti Etibar Məmmədovun üzərinə qoymayıb: “Etibar Məmmədovun qiyamın yatırılması üçün bilavasitə hansısa vəzifə səlahiyyətləri, öhdəliyi yox idi. Lakin qiyamın dövlətçilik, Azərbaycanın dövlət varlığı üçün təhdid olduğu ortada idi. Bu isə hakimiyyətdə olub-olmamaqdan asılı olmayaraq siyasi qüvvələrdən adekvat münasibət və addımlar tələb edirdi. Dövlətin belə bir anı hər bir siyasi qüvvənin üzərinə mənəvi, siyasi məsuliyyət qoyurdu. Etibar Məmmədov və partiyası isə o dövrdə qiyama qarşı hakimiyyət orqanlarının müqavimətini zəiflədəcək, ictimai rəydə gözdən salmağa yönəlik addımlar atırdı. Faktiki olaraq qiyam başlandıqdan sonra Etibar Məmmədovun yerlərdə olan partiya şöbələri qiyama dəstək verməyə başladılar. Etibar Məmmədovun müavini Şadman Hüseynovun rolunda bu özünün əksini açıq şəkildə tapmışdı. Qiyamçıları müdafiə edən bəyanatlar verilirdi. AMİP-in bir çox üzvləri tərəfindən hərbi müxalifətə dəstək xarakterli hərəkətlər edilmişdi. Etibar Məmmədov tərəfindən AMİP-in yerli təşkilatlarına hərəkətə keçmək barədə göstərişlər verildiyi haqda bizə məlumatlar daxil olmuşdu. Yəni faktiki olaraq, AMİP və Etibar Məmmədov qiyamın uğur qazanmasında, qiyamın respublikaya yayılması üçün siyasi ovqatın yaradılmasında felən iştirak etdilər. Buna görə məsuliyyətlərini kənara qoya bilməzlər. Bizim tərəfdən heç kəs onun üzərinə ”nə üçün qiyamı yatırmadın” kimi mənasız irad tutmur. Ümumiyyətlə isə maraqlı odur ki, Etibar Məmmədov nə üçün danışır və ya danışdırılır”. (musavat.com)
Xəbərin oxunma sayı : 460
Siyasət
Xəbərlər
-
Buraxılış imtahanının nəticələri elan olundu - DETALLAR
-
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək - Bu tarixdə
-
Uşaqlara peyvənd vurulacaq - Nazir əmr imzaladı
-
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
-
“Hakimiyyət hücumun arxasında İsrailin dayandığını gizlədir“ - İran rəsmisi
-
Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO
-
Evlənmək istəyənlər psixoloji müayinədən keçməlidirlər? - VİDEO
-
Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
İran və Türkiyə XİN başçıları arasında telefon danışığı olub - FOTO
-
Maliyyə Nazirliyindən büdcədən vəsait alan qurumlara MÜRACİƏT
-
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
-
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək - Şoltsla danışıqlar aparacaq
-
“Rusiya hərbi əməliyyatları dayandırmayacaq” - Lavrov
-
Şirkət rəhbərinə hökm oxundu - Bu nazirliyin vəsaitini mənimsəmişdi
-
Üzərinə həbs qoyulmuş əmlaklar... - Prezident qanuna dəyişikliyi təsdiqlədi
-
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
-
Dollar neçəyə olacaq? – 3 günlük rəsmi məzənnəni açıqlandı
-
“İsrail və İran fərqli şeylər deyir“ - Ərdoğan
-
“Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb” - Deputat
-
Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ
-
20 min manat borca görə qəssab HƏBS EDİLDİ
-
Deputat nazirliyin fəaliyyətini tənqid etdi: “Özündən qanun düzəldib...”
-
Azərbaycanda marketlərdə 19 manata satılan kərə yağı Rusiyaya 9,6 manata ixrac edilir – RƏSMİ
-
Hal şahidləri əvəzinə videoçəkiliş: İXM-ə dəyişiklik edilir
-
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - RƏSMİ
-
Megastore və Hiperstore-nin saxta rəqabət oyunları - Onları külli miqdarda cərimə gözləyir...
-
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
-
Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA
-
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
-
“Ukraynaya dəstək artırılmalıdır“ - Donald Tramp
-
Naxçıvanda 120 milyon manatdan çox maliyyə pozuntusu - Bəzi materiallar DTX-yə göndərilib
-
Bakıda evdə partlayış: Ölən var
-
Fransanın növbəti diplomatları Azərbaycandan qovulub - “Observer Online“ yazır
-
“Ən çox ciddi nöqsan sahəsi satınalmalar və tender fəaliyyətidir“ - Deputat
-
Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb - FOTO
-
“Putin indi Finlandiyaya fokuslanıb“ - Von der Leyen
-
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO
-
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
-
Hər 100 manatdan 51 manatı ərzağa xərclənir – 3 ayda yeyib-içməyə 7 milyard xərclənib
-
Rusiyada kütləvi tədbirlər ləğv edildi - 1 mayda yürüşlər və 9 may paradı olmayacaq
-
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO/VİDEO
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 14 məsələ var
-
Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı
-
Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - ARAŞDIRMA
-
Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO
-
Rusiya Ukraynaya aviazərbələr endirib - Ölən və yaralananlar var
-
“Bu yaxınlarda parlament seçkisi olacaq” - Deputat
-
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO
-
Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO
-
Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı - Qətlin TƏFƏRRÜATI
-
Kosmik silahlara malik ölkələr - Siyahıya ABŞ başçılıq edir
-
Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO
-
Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA + VİDEO
-
Qayalar yarılaraq Kəlbəcərə qaz xətti çəkilir - VİDEO
-
Verilən bütün vədlər hər zaman yerinə yetirilir
-
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm“
-
Arda Güler üçün rəsmi təklif gəldi:“Sevilya”nın heyətində oynayacaq?
-
“NATO ölkələri Ukraynanı altı “Patriot” sistemi ilə təmin edə bilər” - Şolts
-
Qobustanın problemlərlə dolu kəndi: “Burada beş-altı adam qalmışıq”
-
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
-
“Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur” - Quterreş
-
Binə sakini: “Elə bil Somalidə yaşayırıq”
-
Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir - MƏHKƏMƏ
-
Röya Ayxan ailə quracaq - Toya hazırlaşır (VİDEO)
-
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
-
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək? - FOTO
-
“ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir“ - Bayden
-
“Dönər bıçağı ilə atamın ayağını kəsəcəyini dedi” - TƏFƏRRÜAT
-
Uşaqlar neçə yaşdan sonra idmanla məşğul olmalıdırlar? - VİDEO
-
Aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə
-
Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
-
“Rabitəbank” kiçilir: 70 milyon geri çəkilib
-
Vergi ödəyicilərinin nəzərinə - VİDEO
-
Türkiyənin 14 əyalətində FETÖ əməliyyatı - 60 şübhəli şəxs saxlanıldı
-
Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO
-
Respublika Pediatriya Mərkəzi yaradıldı, direktoru təyin edildi - FOTOLAR
-
Üç rayonda ağaclar qanunsuz kəsilib - Təbiətə 13 min manatdan çox ziyan dəyib
-
Əfv olunanlar arasında niyə qadınlar azdır? - Komissiya üzvündən açıqlama
-
Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA + VİDEO
-
Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir
-
“Azərbaycan satıcısı hələ də əlini lazımi şəkildə yuya bilmir” - Qoşqar Təhməzli
-
“Xalq Bank”ın kapitalı 8%-dən çox azalıb - Kredit və depozit portfeli kiçilib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir“ - Rusiya XİN
-
8 min manatlıq spirtli içki oğurladı, saxlanıldı - VİDEO
-
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
-
Regionların inkişafı dövlətimizin iqtisadi siyasətinin əsasıdır
-
Keçid balları qaldırılır? - VİDEO
-
Baş nazirdən motosikletlərlə bağlı QƏRAR
-
“Azərbaycanlıların Ermənistana qaytarılması üçün böyük həcmdə işlər görülməlidir“ - Zaxarova
-
Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO
-
Bakının Türkan qəsəbəsindəki məhəllədə 30 ildir qaz yoxdur - VİDEO
-
Şirvan kanalının əhəmiyyəti göz önündə olacaq
-
Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat
-
“Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - Zaxarova
-
345 məktəbdə yoxlama aparıldı - 55 nəfər işdən çıxarıldı
-
İcra Hakimiyyətindən narazı qalan fermer söyüş söydü - Həbs edildi
-
Türkiyə-Rusiya Monitorinq Mərkəzi də bağlanır - Türkiyə Milli Müdafiə Nazirliyi
-
Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO
-
Bu il I siniflərə qəbulda tətbiq olunacaq YENİLİKLƏR - RƏSMİ
-
Sabah Bakıda 27 dərəcə isti olacaq - PROQNOZ
-
40-a yaxın bağça müdiri işdən çıxarılıb: 200-nə töhmət verilib
-
“Victory Construction Group“ MMC məhkəməyə verildi - Öhdəliyi yerinə yetirmədiyinə görə
-
“Amaras monastırında monitorinqlər aparılıb” - Dövlət Xidməti
-
Bakıda viza fırıldağı - Şirkət rəhbərlərinə cinayət işi açıldı
-
Prezident yeni nazir müavini təyin etdi - Foto + DOSYE
-
Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO
-
Azərbaycanlı aktrisa yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
-
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
-
“Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb“ - Ombudsman
-
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı yeni detallar - Günah kimdə olub? + VİDEO
-
“Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq“ - Ukraynanın Baş naziri
-
Bakıda bu ərazini də sökürlər - Mülkiyyət sahibləri narazıdır + VİDEO
-
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
-
Lənkəranda məktəbli qıza atasının dostu təcavüz etdi: “Anana oxşayırsan...”
-
“Çin ABŞ-ni məğlub etmək üçün ordu yaradır“ - Amerikalı nazir
-
Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO
-
İsrail Pasxa bayramından əvvəl İrana cavab verməyəcək - ABC
-
Bakı-Quba yolunda bildirişsiz dairə təhlükə mənbəyinə çevrilib - VİDEO
-
Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO
TOP 10
ARXİV