“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Etimadı doğrultmasanız, sizi cəzalandıracam…” – Prezident gənc icra başçılarına

Tarix 31.10.19, 18:17

Font ölçüsü : - / +
bitmap-img6


“İndi Azərbaycanda gəncləşmə siyasəti aparılır”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.

“Siz gəncsiniz, birinizin 37, digərinizin 38 yaşı var. İndi Azərbaycanda gəncləşmə siyasəti aparılır. Bu, təbiidir, nəsillər dəyişir, yeni təfəkkürlü insanlar irəli çəkilir. Bu, təbii prosesdir və biz bu prosesdən kənarda qala bilmərik. Ancaq onu da bildirməliyəm ki, bu, kampaniya xarakteri almamalıdır. Çünki mənə məlumat gəlir ki, bəziləri bunu kampaniyaya çevirmək istəyirlər və sınanmış, təcrübəli, bir qədər yaşlı insanlara qarşı bu kampaniyanı təşkil etmək istəyirlər. Mən buna yol verməyəcəyəm. Mən bilirəm kim nəyə qadirdir, kimin hansı xidmətləri olub əvvəlki dövrdə və bu gün. Ona görə Azərbaycanda təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır. Bunun sintezi sayəsində biz gözəl nəticələrə çata bilərik. Bir də ki, yaşlı nəsil öz təcrübəsini bölüşməlidir. Ona görə hər kəs bilsin ki, mən bu kampaniyaya yol verə bilmərəm. Müəyyən dərəcədə xidmət göstərmiş insanlar, əlbəttə ki, dövlət tərəfindən də qiymətləndirilir və biz kampaniyaya yol verməyəcəyik. Eyni zamanda, təbii ki, gəncləşmə prosesi getməlidir və burada söhbət təkcə yaşda deyil, təfəkkürdədir, işə yanaşmadadır. Siz indi mənim təyin etdiyim kadrlar kimi, elə işləməlisiniz ki, həm Yevlax camaatı, həm Xaçmaz camaatı minnətdarlıq bildirsin. Əgər siz bu etimadı doğrultmasanız mən sizi işdən çıxaracağam və cəzalandıracağam”.






Xəbərin oxunma sayı : 979




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap