Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Etirazımız Rusiya Xarici İşlər Nazirliyinə çatdırılacaq” – Hikmət Hacıyev

Tarix 18.05.18, 20:13

Font ölçüsü : - / +
bitmap-img6


Abxaziyada separatçı qurumun yaradılmasının 25 illiyi ilə bağlı tədbirdə Azərbaycana qarşı təxribat baş verib.

Qondarma rejimin rəhbəri Raul Xacimba təbrik üçün regiona səfər edən Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri ilə əlaqələr üzrə 4-cü departamentinin direktoru Aleksey Pavlovski və qondarma “Dağlıq Qarabağ Respublikası”nın “xarici işlər naziri” Mais Mailyanı qəbul edib.

Qonaqları eyni zamanda qəbul edən Xacimba Azərbaycanın işğal altındakı ərazilərində yaradılan qondarma rejimin nümayəndəsinə və rusiyalı diplomata təşəkkürünü bildirib.

Modern.az saytı Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyevə belə bir sualla müraciət edib.

“Sputnik-Abxazia” saytının məlumatına görə, özünü Abxaziya prezidenti kimi təqdim edən Raul Xadjimba ilə görüşdə Rusiya XİN-nin 4-cü MDB idarəsinin rəisi Aleksey Pavlovski, qondarma Dağlıq Qarabağ, Dnepryanı və Cənubi Osetiya rejimlərinin nümayəndələri iştirak ediblər. Qondarma rejimin nümayəndəsinin Rusiya XİN-nin nümayəndəsi ilə qarşı-qarşıya oturmasını necə qiymətləndirmək olar?

Hikmət Hacıyev saytımıza açıqlamasında sualımızı bu cür cavablandırıb.

“Bunu regionda sülhə və təhlükəsizliyə ciddi zərbə kimi qiymətləndiririk. Bu heç bir halda regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması üçün etimadın qurulmasına xidmət edən addım deyildir. Əksinə, regionda ağır olan vəziyyətin daha da gərginləşməsinə xidmət edir. Diplomatik kanallarla etirazımız və ciddi narahatlığımız Rusiya XİN-ə çatdırılacaq”.



Xəbərin oxunma sayı : 259




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap