Roza Zərgərlinin qızı müğənniliyə başladı – VİDEO Vəfa Zeynallı qısa şortikdə diqqət çəkdi - FOTO Nigar Camal bədənini nümayiş etdirdi - VİDEO Aygün Kazımovanın qızı İlqarə alt paltarında - FOTO
Axtar
 
  • / Maqazin / — 22 Sentyabr 2021

    Roza Zərgərlinin qızı müğənniliyə başladı – VİDEO

  • / Maqazin / — 18 Sentyabr 2021

    Vəfa Zeynallı qısa şortikdə diqqət çəkdi - FOTO

  • / Maqazin / — 16 Sentyabr 2021

    Nigar Camal bədənini nümayiş etdirdi - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2021

    Aygün Kazımovanın qızı İlqarə alt paltarında - FOTO

  • / Maqazin / — 09 Sentyabr 2021

    Azərbaycanlı model bu cür soyunmağı sevir – FOTO

  • / Maqazin / — 30 Avqust 2021

    Nigar Camal dərin sinə dekoltesi ilə diqqət çəkdi - FOTO

“Euronews” televiziyası Lahıc qəsəbəsi ilə bağlı reportaj hazırlayıb - VİDEO

Tarix 12.10.21, 8:46

Font ölçüsü : - / +
bitmap-img6


Məşhur “Euronews” televiziyası Lahıc qəsəbəsi haqqında növbəti reportaj hazırlayıb.

APA-nın məlumatına görə, reportajda Lahıcın qədimliyi, mədəniyyət nümunələrindən bəhs edilir.

Lahıcı sənətkarlar şəhəri kimi təqdim edən reportajda qəsəbədəki çay daşlarından tikilən bənzərsiz evlər, sənətkarlıq emalatxanaları, dəri emalı sexləri, bir neçə əsr yaşı olan xalçalardan bəhs edilir.

Qədim miskərlik sənəti ilə məşhur olan Lahıcın miskərlərinin açıqlamalar da verilişdə yer alıb. Qeyd edilib ki, yüksək sənətkarlıqla hazırlanmış mis qablar kəndin simvoluna çevrilib.

"Bu emalatxananın 300 yaşı var. 1725-ci ildə açılıb və hələ də fəaliyyətdədir. İndi 50 yaşım var. Övladlarım burada çalışan səkkizinci nəsildir”, deyə misgər Kebleyi Əliyev telekanala misgərliyin sirlərindən danışıb: “Mis qabların ənənələri və bəzəkləri min illər əvvələ gedib çıxır. Burada misin işlənməsi üsulları son əsrlərdə çox az dəyişib. Bu sənət güc, dözüm və səbr tələb edən çətin bir işdir”.

Bundan başqa, verilişdə qeyd edilib ki, Lahıcda hazırlanan süfrələr Luvr da daxil olmaqla dünyanın ən məşhur muzeylərində sərgilənir.

Lahıc Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Kamal Əliyev bildirib ki, Lahıcda mis emalı bir neçə əsrə gedib çıxır: “Əminik ki, süfrə qabları burada artıq XI əsrdə hazırlanıb. Bundan başqa, arxeoloqlar orta əsrlərdə ölkənin müxtəlif yerlərində Lahıcda zərb olunmuş mis sikkələr tapmışlar. 1923-cü ildə Lahıcda 200 mis olduğu da məlumdur".

Reportajda o da vurğulanıb ki, 2015-ci ildə Lahıcın misgərlik sənəti UNESCO-nun bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsərləri siyahısına daxil edilib.






Xəbərin oxunma sayı : 466

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda