Xalq artisti Röyadan yarıçılpaq paylaşım - VİDEO Aygün Kazımovanın qızı göbəyini və sinəsini nümayiş etdirdi - FOTOLAR “İçirəm, içki içmək günah deyil“ - Azərbaycanlı müğənni “Qarınlı kişilər üçün ürəyim gedir“ - Mina Hüseyn
Axtar
 
  • / Maqazin / — 16 İyun 2020

    Xalq artisti Röyadan yarıçılpaq paylaşım - VİDEO

  • / Maqazin / — 16 İyun 2020

    Aygün Kazımovanın qızı göbəyini və sinəsini nümayiş etdirdi - FOTOLAR

  • / Maqazin / — 10 İyun 2020

    “İçirəm, içki içmək günah deyil“ - Azərbaycanlı müğənni

  • / Maqazin / — 08 İyun 2020

    “Qarınlı kişilər üçün ürəyim gedir“ - Mina Hüseyn

  • / Maqazin / — 06 İyun 2020

    “Ürəyimdə problemlər yaranıb” - Məleykə Əsədova

  • / Maqazin / — 19 May 2020

    Cazibədar model çılpaq görüntülərini paylaşdı - VİDEO

“Evi oğurluqla alıblarsa, müsadirə etmək olar“ - Elçin Şıxlı

Tarix 27.05.20, 22:56

Font ölçüsü : - / +
bitmap-img6


Jurnalistlərə verilən mənzillərlə bağlı Baş Prokurorluq araşdırmaya başlayıb. Belə ki, mənzillərin ədalətsiz bölgüsü ilə bağlı Prezident İlham Əliyevə müraciət edən 31 media işçisi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılaraq ayrı-ayrılıqda idarədə dindirilib. 

Məlumata görə, idarəyə çağırılan jurnalistlər prezidentin sabiq köməkçisi Əli Həsənov, KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərliyə və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşova cinayət işinin başlanmasını istəyirlər.

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı qeyd edib ki, ümumiyyətlə, jurnalistlərə ev verilməməlidir:

“Düzü, olmayan şey barədə danışmağı xoşlamıram. Cinayət işi qaldırılıb araşdırılarsa, o başqa məsələ, çünki elə olanda son olaraq qərarı məhkəmə verir. Mülk kağızı varsa və onu oğurluqla alıblarsa, evi müsadirə etmək olur. Yox, əgər hazırda ev sahibi olanlar evi oğurluqla almayıblarsa, yəni başqaları bu evi onlara oğurluqla veriblərsə, mülkiyyətin geri qaytarılmasının hüquqi cəhətdən necə olacağını deyə bilmərəm”.

Elçin Şıxlı deyib ki, o, həmişə jurnalistlərə mənzil paylanılmasının əleyhinə olub:

“Dövlət jurnalistə ev verməməlidir. Çünki verilirsə, gərək həkimə, mühəndisə və müəllimə də ev verilsin. Jurnalistlər də hamı kimi vətəndaşdırlar. Sadəcə, jurnalistə elə şərait yaratmaq lazımdır ki, evi halal zəhməti ilə ala bilsin. Bunun müxtəlif yolları var. Amma evləri bağışlayırlarsa, sonda biz gəlib hazırkı vəziyyətlə üzləşəcəyik. Çünki ortalıqda jurnalisti ələ almaq istəyən, ona mənzili rüşvət kimi təklif etmək istəyən bir sıra məmurlar var. Onların adlarını isə elə siz çəkdiniz”. 



Xəbərin oxunma sayı : 727

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda