Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Çexiyada Rusiya səfirliyinin işıq və qazını kəsmək təklif edildi: “Qoy soyuqdan donsunlar”

Tarix 30.11.22, 18:36

Font ölçüsü : - / +
bitmap-img6


Çexiyada Rusiya Federasiyasının Praqadakı səfirliyinin qaz, işıq və su təchizatının kəsilməsini tələb edən petisiya yaradılıb.

Petisiya “Petice.com” saytında dərc olunub. “Twitter”dəki “Dárek pro Putina” layihəsi təklif edib ki, qoy Rusiyanın Praqadakı səfirliyi elə “öz qaynatdığı şorbadan dadsın”.

“Biz elektrik və su tədarükçülərindən Praqada Rusiya Federasiyasına aid olan bütün binaların təchizatını dayandırmalarını istəyirik. Qoy onlar da kiyevlilər kimi hava qaraldıqdan sonra soyuqdan donsunlar”, - deyə məlumatda qeyd edilir.

Petisiyanın mətnində deyilir ki, Rusiya ordusu artıq neçə həftədir ki, Ukraynanın şəhər və kəndlərini raket atəşinə tutur. Atışma nəticəsində təkcə yaşayış binaları, məktəblər, uşaq bağçaları, mağaza və fabriklər deyil, xəstəxanalar da işıqsız qalır.

“Görünür, Rusiya Ukraynanı qaranlıq və soyuqla sındırmaq qərarına gəlib. Yüksək mənəvi prinsiplər nöqteyi-nəzərindən çıxış edərək biz müvafiq dövlət və özəl enerji paylayıcılarından xahiş edirik ki, Praqadakı rusiyalı diplomatlara elə “öz əməllərindən dadmalarına” imkan versinlər. Xahiş edirik ki, Rusiya Federasiyasının bütün əmlakı qazdan, sudan və işıqdan məhrum edilsin”, - deyə petisiya müəllifləri qeyd ediblər.(Mənbə: UNIAN)



Xəbərin oxunma sayı : 424




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap