Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Şeyxin arvadının niyə qaçdığı ortaya çıxdı - cangüdəni ilə yasaq eşq yaşayırmış

Tarix 08.07.19, 18:59

Font ölçüsü : - / +
bitmap-img6


Birləşmiş Ərəb Əmirliklərinə daxil Dubay əmirliyinin rəhbəri şeyx Məhəmməd ibn Rəşid əl-Məktumun ölkəni tərk edərək, İngiltərəyə qaçan arvadı şahzadə Hayanın Londondakı həyatı barədə yeni məlumatlar ortaya çıxıb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, əri ilə boşanma ərəfəsində olan İordaniya kralının qızı şahzadə Hayanın Dubay hökumətinə aid London mərkəzli bir təhlükəsizlik şirkəti olan "UK Mission Enterprise Limited"də çalışan bir cangüdənlə özəl münasibəti olduğu ortaya çıxıb. 

Bangladeşdə fəaliyyət göstərən xəbər saytı weeklyblitz-də yer alan xəbərə görə, vaxtilə İngiltərədə oxuyan şahzadə Haya təhsil müddəti boyunca son dərəcə azad bir həyat yaşayıb və bu müddətdə bir çox sevgilisi olub.

İngilis cangüdəni ilə münasibəti olan Haya münasibəti ortaya çıxandan sonra əri Şeyx Məhəmməddən afrikalı suç ortaqları ilə saxta qızıl satışı kimi dələduzluq üsulları ilə pul qopartmağa çalışıb.

Şeyxin arvadının niyə qaçdığı ortaya çıxdı - cangüdəni ilə yasaq eşq yaşayırmış ile ilgili görsel sonucu


Weeklyblitz`ə açıqlama verən qaynaqlar şahzadə Hayanın cangüdəni ilə yeni bir həyata başlamaq və evlənmək istədiyini, amma ərindən pul ala bilmədiyi üçün ümidsizliyə düşdüyünü deyiblər.

Şahzadənin qardaşı, Ürdün kralı Abdulla bacısının yasaq eşq macərasından xəbər tutsa da, ürdünlü qohumları vasitəsilə ona ərindən ayrı, rahat yaşaya bilməsi üçün lazımi miqdarda pul almasını tövsiyə edib.

Şahzadə Hayanın Londonda qaldığı iddia olunan 85 milyon sterlinq dəyərindəki evdə sevgilisi ilə yaşadığı, Hayanın bu evi 2017-ci ildə hindli milyoner Lakşmi Mittaldan satın aldığı bildirilir.

Image result for şahzadə Haya

Orta Şərqdəki qaynaqlarda yer alan xəbərə görə, 69 yaşlı Dubay əmiri də arvadının cangüdəni ilə münasibətinə görə çox sarsıntı keçirib və onu cəzalandırmağın yollarını axtarır.

Şahzadə Hayanın bir müddət İngiltərə ordusu üçün işləyən sevgilisinə olduqca bahalı hədiyyələr aldığı və bu hədiyyələr üçün lazım olan pulu ərindən oğurladığı iddia edilib.

Image result for şahzadə Haya


Əl-Məktumdan bir qız və bir oğlan dünyaya gətirən şahzadə Hayanın 7 yanvar 2012-ci ildə dünyaya gələn oğlu Şeyx Zayedin əsl atasının əslində Hayanın keçmiş sevgilisi olduğu iddia edilir.

Bir başqa iddiaya görə, Şeyx Zayed Hayanın məktəb illərindən tanıdığı və at yarışına marağı olan bir sevgilisi ilə olan yaxın münasibətindən dünyaya gəlib.

Şeyx Zayedin bioloji atasının bir başqası olduğu iddiaları hər hansı DNA testi olmadığı üçün öz təsdiqini tapmayıb.

Hazırda Londonda olan qaçaq şahzadənin illərdir yaxın münasibəti olan İngiltərə kral ailəsi ilə daimi ünsiyyətdə olduğu və mütəmadi olaraq şahzadə Çarlz və onun həyat yoldaşı Kamilla Parkerlə görüşdüyü deyilir.

Cütlüyün ilk məhkəməsi 22 mayda keçirilib. İkinci proses isə 30 iyulda London Ali Məhkəməsinin Ailə instansiyasında keçiriləcək.

musavat.com





Xəbərin oxunma sayı : 469




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap