Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Facebook”a nə olub? –ABŞ prokurorları sosial şəbəkə ilə bağlı araşdırmalara başlayıb

Tarix 14.03.19, 20:00

Font ölçüsü : - / +
bitmap-img6


Martın 13-də “Facebook” sosial şəbəkəsi iki cəbhədə çətinlik yaşayıb. Bir tərəfdən şəbəkə saatlarla işləməyib. Bu arada təhqiqatçılar onun informasiya paylaşımı üzrə razılaşmalarının araşdırılmasını sürətləndiriblər.

“Facebook”-da yaşanan problemlər rəqib “Twitter”-də, eləcə də onlayn səhifələrə çıxışlarda problemləri izləyən downdetector.com-da səslənib. “Facebook”-un bu qədər uzun müddətə işləmədiyini heç görməmişəm”, – bir istifadəçi yazıb.

Downdetector-un çərşənbə axşamı açıqladığı xəritəyə görə, “Facebook”-un problemləri Avstraliyada, Asiyada, Avropada, Cənubi və Şimali Amerikalarda qalıb. “11 saatdır ki, şəbəkə bütün dünyada çöküb”, – daha bir şərhdə deyilirdi.

Bəzi media orqanları bunu “Facebook” tarixində ən böyük kəsinti adlandırıblar. Mənşəyi bilinməyən problem “Facebook”-a məxsus Instagram və Messenger-ə də təsirini göstərib. Bəzi hallarda bu əlavələrə girmək mümkün olsa da, post yerləşdirmək alınmayıb.

Kaliforniyada yerləşən, iki milyarddan çox istifadəçisi olan şirkət “Twitter”-də bəyan edib ki, problemdən xəbərdardırlar, onu “mümkün qədər tez” yoluna qoymağa çalışırlar. Az sonra “Facebook” problemin şəbəkəyə hansısa hücumla bağlı olmadığını bildirdi: “Məsələni mümkün qədər tez həll etməyə çalışırıq, amma bu, DDoS hücumu deyil”.

DDoS hücumu zamanı hakerlər adətən virus kodlu kömpüterlərlə vebsaytları ələ keçirməyə çalışırlar. Kaliforniyada axşam düşəndə sosial şəbəkə hələ durumla bağlı yeni məlumat yaymamışdı.

Ötən noyabrda “Facebook” xidmətində kəsinti yaranandan bu, server problemi ilə əlaqələndirilmişdi. Sentyabrdakı problemə isə şəbəkələşmə məsələlərinin səbəb olduğu deyilirdi.

Dünənki kəsinti ilə bir arada “The New York Times” yazdı ki, ABŞ prokurorları “Facebook”-un istifadəçilərin xəbəri olmadan onların şəxsi məlumatlarının şirkətlərlə paylaşmasını araşdırmağa başlayıb.

Nyu Yorkda böyük jürinin azı iki smartfon istehsalçısından “Facebook”-la oxşar razılaşma haqda informasiya istədiyi xəbər verilir.
















Ötən il “Facebook” etiraf elədi ki, Cambridge Analytica siyasi konsultasiya şirkəti 87 milyon istifadəçinin şəxsi məlumatlarını ələ keçirə biləcək əlavədən istifadə edib. Bu şirkət 2016-cı ildə Donald Trampın seçki kampaniyası üçün çalışıb. “Ədliyyə Departamenti daxil olmaqla federal təhqiqatların aparıldığı barədə məlumat verilib”, – Facebook-un sözçüsü “Frans Press”-in sorğusuna cavabında deyib. “Əvvəl dediyimiz kimi, təhqiqatçılarla əməkdaşlıq edirik və təhqiqatlara ciddi yanaşırıq. İctimai dinləmə təşkil etmişik, sualları cavablandırmışıq, buna davam edəcəyimizi demişik”, – o, sözlərinə əlavə edib.

Sosial şəbəkə artıq dataya nəzarəti sərtləşdirib, bir çox kənar şirkətlərlə informasiya paylaşımı üzrə tərəfdaşlığı ləğv edib.

(Azadlıq radiosu)




Xəbərin oxunma sayı : 622




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap