Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Fazil Məmmədov Bakıya qayıtdı – Müalicədən sonra çəkilmiş ilk görüntüsü

Tarix 17.11.18, 19:50

Font ölçüsü : - / +
bitmap-img6


Vəzifədən çıxarılandan az sonra – bu ilin aprel ayında səhhəti qəfil pisləşdiyindən,  əvvəlcə Gəncə Beynəlxalq Hospitalında, sonra isə Türkiyədə “American Hastanesi”ndə uzun müddət müalicə alan sabiq vergilər naziri Fazil Məmmədov Bakıya qayıdıb.

“AzPolitika.info”nun məlumatına görə, bir qədər əvvəl sabiq nazirin Bakıya dönərkən çəkilmiş fotosu yayılıb. Şəkli Fazil Məmmədov xüsusi təyyarə ilə Azərbaycana gələn zaman həyat yoldaşı və Türkiyədən olan həkimlərlə birgə çəkdirib.

Şəkildən göründüyü kimi, Fazil Məmmədov xeyli dəyişib. Xəstəlik sabiq nazirin zahiri görkəmində də müəyyən izlər buraxıb.

Xatırladaq ki, infarkt  diqanozu ilə Gəncə Beynəlxalq Hospitalına yerləşdirilən Fazil Məmmədovun səhhəti kəskin ağırlaşdığından, bu ilin iyun ayında Fransadan xüsusi sifarişlə gətirilən ambulans təyyarə ilə Türkiyəyə aparılmişdı. Türkiyədə “American Hastanesi”ndə aparılan müayinələr zamanı Fazil Məmmədovda təhlükəli xəstəlik hesab olunan pankreatit xəstəliyi aşkarlanmışdı.

Məlumat üçün bildirək ki, pankreatit mədəaltı vəzin iltihabi xəstəliyidir. Kəskin və xroniki pankreatit olmaqla iki yerə bölünür. Kəskin pankreatit zamanı iltihabi proses sürətlə bir neçə gün ərzində inkişaf edir. Bu, adətən, tamamilə heç bir iz buraxmadan keçib gedir. Bəzən isə xəstəlik çox təhlükəli olur.
Xroniki pankreatit zamanı iltihab davamlı xarakter daşıyır və iltihabi proses daha yüngül xarakterli olur. 10 haldan 8-ində bu xəstəliyə səbəb öd daşları və spirtli içkidir. Digər səbəblərə az rast gəlinir.

Sabiq naziri Türkiyədəki “American Hastahanesi”nin professorları Orhan Bilge və Mustafa Keremin müalicə etdiyi bildirilir. Fazil Məmmədovun səhhətinin artıq normallaşdığı bildirilir. Allah şəfa versin!

Fazil02




Xəbərin oxunma sayı : 154




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap