Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Filmdə Vətən müharibəsində üzləşdiyim acı həqiqətlər yer alacaq“ - Fulya Öztürk

Tarix 21.06.21, 14:35

Font ölçüsü : - / +
bitmap-img6


Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Türkiyənin “Dada Yapım” şirkətinin birgə istehsalı olan “Fulya” filminin çəkilişlərinə başlanıb. Film Vətən müharibəsi dövründə müharibənin acı və dağıdıcı həqiqətlərini dünyaya çatdıran “CNN Türk” televiziyasının hərbi müxbiri Fulya Öztürkün keçdiyi şərəfli yolu onun ifadəsində ən xüsusi kadrlarla yenidən əks etdirəcək.

“CNN Türk” televiziyasının hərbi müxbiri Fulya Öztürk çəkilişlərlə bağlı fikirlərini Azərtac ilə bölüşüb.

Jurnalist bildirib ki, bu sənədli filmdə İkinci Qarabağ müharibəsində özünün və operatoru Halil Kahramanın lentə aldığı, ancaq efirdə görünməyən kadlarından da istifadə ediləcək.

Fulya Öztürk deyib ki, ilk dəfə kinorejissor Tahir Tahiroviçdən onun haqqında film ideyasını eşidəndə bu təkliflə razılaşmayıb: “Tahir Tahiroviçin israr və təkidlərindən sonra fikrimi dəyişib ssenarini oxudum. Filmin baş rolda mən olsam da, burada Azərbaycanın 44 günlük Vətən müharibəsində üzləşdiyi acı həqiqətlər yer alacaqdır”.

Fulya Öztürk söyləyib ki, ermənilərin cəbhədən kənarda – Bərdə və Gəncədə törətdikləri terror aktları zamanı emosiya hisslərini saxlaya bilməyib: “Gəncəni də unutmadım, Bərdəni də… Bərdədə ətrafa yayılan qan qoxusu hələ də burnumdan getmir. Bu sözlə ifadə edilməyəcək dərəcədə ağır bir acı həqiqətdir”.

Fulya Öztürkün sadəcə bir arzusu olduğunu söyləyib: “Şahidi olduğum həqiqətləri izləyicilər dəqiqliklə görsün və bu tarixi heç vaxt unutmasınlar”.


 



Xəbərin oxunma sayı : 424




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap