Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Finoko” BOKT ASC borc bataqlığında - Şirkət iflas edə bilər

Tarix 03.06.20, 14:42

Font ölçüsü : - / +
bitmap-img6


"Finoko” BOKT Açıq Səhmdar Cəmiyyəti ilk devalvasiyadan öncə götürdüyü dollar kreditini bitirə bilmir.

AzFakt.com "Kommersant.az"-a istinadla xəbər verir ki, BOKT 2014-cü ilin 18 dekabrında 15% illik ödəniş dərəcəsi ilə ABŞ dollarında Dubayda fəaliyyət göstərən "Dunwich FZE” adlı şirkətdən 300 min dollar (həmin dövrdə 235.32 min manat) kredit cəlb edib. Müqavilədən 2 ay sonra ölkədə devalvasiya baş verir: 1 dollar 0.78-dən 1.01 manata qalxır.

"Finoko” BOKT, bu krediti götürmədən düz 9 ay öncə iki qardaş Elçin və Elmar Əliyevlər tərəfindən yarı-yarı payla yaradılıb.

Dolların Azərbaycanda qalxması bu BOKT səhmdarlarını heç də çəkindirməyib və yenidən, ikinci devalvasiyadan öncə, yəni, 4 noyabr 2015-ci ildə ikinci dəfə 15% ilə "Dunwich FZE”dən kredit cəlb ediblər. Bu dəfə isə 650 min dollar və ya 1 milyon 105.06 min manat ekvivalentində təşkil edib.

BOKT-un xarici təşkilat qarşısında kredit borcu öhdəliklərinin ümumi həcmi isə 4 il öncə 950 min dollar idi əslində.

Lakin, 1 yanvar 2020-ci ilə əsasən isə "Finoko”nun adıçəkilən təşkilata manatla ekvivalentdə hələ də 1 milyon 703 min manatlıq (1 mln. dollarlıq) borcu qalmaqdadır.

Kreditlər hər ikisi 12 ay müddətinə bağlanmışdı. Yəni, bu kredit borcları 2016-cı ilintamamlanmalı idi. Xarici valyutada olduğunu nəzər alsaq yerli bazar üçün kifayət qədər yüksək faiz dərəcəsidir.

Xarici təşkilata dollarda olan borcunu bağlamasa belə BOKT təkcə 2019-cu il ərzində 3 mln. manat üzərində faizlər üzrə xərclər ödəyib. Bu borcların qarşılığında ölkədə iqtisadi vəziyyətin münbit olduğu 2019-cu ildə 4.79 mln. manatlıq faiz gəliri əldə edib. Bu ildə isə BOKT-un hansı gəlirlərinin hansı istiqamətdə hərəkət edəcəyi maraq doğurur.

BOKT-a kənar audit tərəfindən verilən rəydə bildirilir ki, adıçəkilən təşkilatla kredit müqaviləsi 2015-ci ilin dekabrına qədər uzadılıb.

Bu borclara rəğmən ötən ilin son ayında da "Finoko” hər birinin dəyəri 1000 dollar olan min ədədlik yerli birjada istiqrazlar emissiya edib.

Hazırda borclar belədir:







Xəbərin oxunma sayı : 367




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap