Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Əflatun Amaşov:“Deməli, hər şey planlı şəkildə həyata keçirilib”

Tarix 01.02.19, 13:18

Font ölçüsü : - / +
bitmap-img6


“Gürcüstanın da regionda əsas tərəfdaşı bizik. Çox təəssüf ki, bunu gözü götürməyən qüvvələr var. Onlar hər imkanda ara qarışdırmağa çalışırlar. İstəyirlər ki, gürcü və Azərbaycan xalqları arasındakı bu dostluq pozulsun. Məlum abidənin ucaldılması bunun bariz nümunəsidir. Özü də elə bir vaxt seçiblər ki… 20 yanvar. Bu, heç də təsadüfi deyil. Deməli, hər şey planlı şəkildə həyata keçirilib”.

AzFakt.com bildirir ki, bu sözləri deputat Əflatun Amaşov Milli Məclisin bu gün keçirilmiş iclasında çıxışı zamanı deyib. Millət vəkili Gürcüstanda ermənilərin kompakt məskunlaşdıqları Axalkalakinin Buqaşen kəndində terrorçu Mixail Avaqyana abidə qoyulmasına sərt etiraz edib. Deputatın sözlərinə görə, gürcü və Azərbaycan xalqları tarixən dost xalqlardır, aralarında heç bir ciddi konflikt olmayıb: “Ölkələrimiz müstəqillik əldə etdikdən sonra əlaqələr daha da möhkəmlənib. Biz bir-birimizə lazımıq. Azərbaycan Gürcüstan üzərindən strateji layihələr reallaşdırır, Gürcüstana böyük sərmayələr yatırır.

Biz, Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri, gürcüstanlı həmkarlarımıza ünvanladığımız müraciətdə bunları bildirmişik. Hər iki tərəf birlikdə bu sayaq təxribatın qarşısını almalıdır. Həmin düşmən qüvvələr 2006-cı ildə də başqa bir terrorçu Qurben Dalibaldyana Axalkalakidə heykəl ucaltmışdılar. O da Dağlıq Qarabağda bizə qarşı qətllər törətmişdi. O zaman abidə qoyulmasına qarşı ciddi çıxılsaydı, bu günkü vəziyyətlə üzləşməzdik”.

Ə. Amaşov deyib ki, həmin qüvvələr bu gün də aktivdirlər. Hətta Nəriman Nərimanovun Marneulidəki heykəlini də götürmək istəyirlər: “Onu xalqlarımıza düşmən kimi təqdim edirlər. Bu da yolverməzdir, təxribatdır, iki xalqın arasını vurmağa cəhddir. Əminik ki, baş verənlərdən Gürcüstan hakimiyyəti böyük ölçüdə xəbərsizdir. Bəlkə də baş verənlərin fərqinə varmırlar. Amma ciddi yanaşmalıdırlar. Bir daha bildirmək istərdim ki, Azərbaycan və Gürcü xalqları dost xalqlardır. Ölkələrimiz strateji tərəfdaşdır. Gürcüstanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə onlarla soydaşımız qəhrəmancasına vuruşub, qanlarını töküb. Dağlıq Qarabağda dinc əhalini erməni quldurlarından müdafiə edərkən 4 nəfər əslən gürcüstanlı olan soydaşımız qəhrəmancasına həlak olub. Onların xatirələri bizim üçün çox əzizdir. Biz həm gürcülər, həm azərbaycanlılar birlikdə bu dəyəri bizə düşmən olan qüvvələrdən qorumalıyıq. Ümüd edirik ki, qaldırdığımız məsələ özünün ədalətli həllini tapacaqdır”.



Xəbərin oxunma sayı : 130




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap