![]() |
|














Əflatun Amaşov KİVDF-nin müdafiəsinə qalxdı:“Qarşıda bizi böyük dəyişikliklər gözləyir“ - MÜSAHİBƏ
Tarix 08.02.19, 21:52 |
|

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev mediaya açıqlamasında kütləvi informasiya vasitələrinə dövlət dəstəyi sistemi ilə bağlı fikirlər səsləndirib. Bu arada onun tənqid obyekti həm də Azərbaycan Mətbuat Şurasıdır. Şura sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bununla bağlı musavat.com-a müsahibə verib.
AzFakt.com həmin müahibəni təqdim edir:
– Əflatun müəllim, Arif Əliyev ideyanın mahiyyətinin dəyişdirilməsindən söz açır. Söhbət Mətbuat Şurası və KİV-ə dövlət dəstəyi ideyasından gedir. Şuranın sədri kimi şəxsinizə ünvanlanmış mesajı da görmək mümkündür. Öncə bununla bağlı fikirlərinizi bilmək maraqlı olardı.
– Arif Əliyev, müsahibəsində adını çəkdiyi Mehman Əliyev və Elçin Şıxlı Azərbaycan Mətbuat Şurasının yaranmasında və fəaliyyət göstərməsində əməyi keçən şəxslərdir. Eləcə də indiyədək Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilmiş hər bir şəxsin əməyi danılmazdır. Onlara Azərbaycan jurnalistlərinin qurultaylarında etimad göstərilib. Bu adamlar bizimlə eyni bir qurumda təmsil olunublar. Mətbuat Şurası onların dövründə hansı prinsiplərlə çalışmışdısa, indi də eyni formada fəaliyyət göstərir. Yəni burada Şuranı keçmiş Mətbuat Nazirliyinə bənzətmək istəyi, yumşaq desəm, yerinə düşmür. Nəzərə alın ki, yalnız yumşaq deməklə kifayətlənmək istəyirəm.
İdeyaya gəlincə, bəli, o zaman ümumən medianın özünütənzimləməsi modeli üzərində dayanıldı. Dünyada Mətbuat Şuraları çoxdur. Onun funksiyasını daşıyan, lakin başqa adlarla fəaliyyət göstərən qurumlar da var. Azərbaycan mediası üçün Mətbuat Şurası yolu onsuz da gediləcəkdi. Burada şəxslər önəmli deyil. Əsas olan prosesin özüdür. Bəli, ayrılıqda şəxslərin də xidmətini vurğulamaq lazımdır. Necə ki, mən əvvəldə vurğuladım. Amma bu xidmət, bir növ, kollegial idi. Biz birlikdə qərarlar qəbul edirdik. Tale elə gətirdi ki, indi birlikdə deyilik. Amma Şuranın qərarları yenə kollegialdır. O cümlədən Mətbuat Şurası sədrinin seçilməsi məsələsini də qurultay həll edir.
Mətbuat Şurası ilə bağlı müəyyən mənada ideya mənimsənilməsi məsələsini, yaxud bu xüsusda hansısa digər məqamları qabartmaq keçmişdə ilişib-qalmaqdır. Mən çox şeyləri deyə bilərəm. Amma demirəm. Bunu etik saymıram. Heç zaman bu barədə danışmamışam və danışmayacam da. Bizim o yaşımız deyil.
Əbədi olan nəsə varsa, bunlar prinsiplər və dəyərlərdir. Mən prinsiplərə də sadiqəm, dəyərlərə də. Hər zaman çalışmışam ki, birincilərlə ikincilərin toqquşmasına yol verməyim. Kimsə bu barədə düşünməyi tərgidibsə, problemi özündə axtarsın. Bilirsiniz, nələrdənsə danışıb, nəsə fərqli mənzərə formalaşdırmaq mümkündür. Hətta asandır. Gerçəklər çox az adama bəlli olur. Əsas məsələ insanın gerçəkləri düşünərək öz prinsiplərini qorunmasıdır. Əgər mübarizə bu müstəvidən kənara çıxırsa, dəyərlər itir, eybəcərlik yaranır…
– Arif Əliyev müsahibəsində ideya məsələsindən bəhs edərkən KİV-ə dövlət dəstəyinə də toxunur…
– Gəlin, düşünək. KİV DF yaranmayanadək Azərbaycanda KİV-ə dövlət dəstəyi olmayıbmı? Olub. Bəlkə KİV-ə dövlət dəstəyi Konsepsiyası qəbul edilməzdən öncə mətbuat orqanlarına yardım edilmirdi? Edilirdi. Bəs Konsepsiya və KİV DF nəyə görə lazım idi? Ona görə lazım idi ki, bu proses fundamental forma qazansın. Hər bir halda dövlətin mediaya dəstək göstərməklə bağlı fikri və iradəsi var idi. Yəni onsuz da bunun bir təşkilatlanması olacaqdı. İndi vaxtilə ideya irəli sürdüklərini bildirirlər. Yəni xoruz olmayanda səhər açılmırdı?
O zaman jurnalist təşkilatı olaraq Mətbuat Şurası medianın maliyyələşməsi ilə bağlı təkliflər verdi. Bu təkliflər nəzərə alındı. Bəli, bu prosesdə Mehman Əliyev, Elçin Şıxlı kimi digərləri də iştirak edirdilər. Yenə də deyirəm, heç kəsin əməyini danmaq olmaz. İdeyanı götürüb onu irəli sürənləri kənarlaşdırmaq kimi bir yanaşma yanlışdır. Kim kənarlaşmaq istədisə, kənarlaşdı və nəyə görə kənarlaşdığı də hər kəsə yaxşı məlumdur. Hətta indi nə üçün meydana çıxıblar, o da gizli deyil.
– Arif Əliyevin məlum müsahibəsində KİVDF-ni qeyri-effektiv qurum kimi təqdim edir. Əlbəttə, əsas məqam qurumun KİV-lərin maliyyələşmə ilə bağlı şərtləri dəyişdirməsi, nəticədə qəzetlərin bir çoxunun fəaliyyətini dayandırmasıdır. Bununla bağlı nələri deyə bilərsiniz?
– Dəfələrlə bildirmişik ki, dünya mediası ilə ayaqlaşmalı olan KİV-lərimiz olmalıdır. KİV-ə dövlət dəstəyi Konsepsiyası bunu təmin etmək baxımından mühüm sənəddir. Orada sahəyə kompleks baxış ifadə edilib. Bəli, onunla razıyam ki, Konsepsiyadakı fundamentallığın tam şəkildə təmin edilməsi özlüyündə yeni baxışın tətbiqini aktuallaşdırır. Kimsə kiminsə işini bəyənməyə bilər. Narazılığını da dilə gətirməsi mümkündür. Amma əsas olan 2 şərt var. Birincisi, media ümumən ölkə iqtisadiyyatında yetərincə təmsil olunmalıdır. Medianın iqtisadi sistemdəki rolu artmalıdır. İkinci məsələ bu təmsilçiliyə dəstək üçün maliyyədir. Heç kəs iddia edə bilməz ki, hər hansı fərqli ideyası var. Başlıca məqam budur ki, maliyyə olmalıdır. Mən dəfələrlə bildirmişəm ki, mediaya dövlət dəstəyi əsaslı şəkildə artırılmalıdır. O maliyyəyə ki indiyədək KİVDF malik olub, onunla üzərinə nə düşübsə, edib.
Prinsipcə indiki mərhələdə gedilməli olan yol hər kəsə yaxşı məlumdur. Yenidən Amerika kəşf etməyə ehtiyac yoxdur. Yəni Konsepsiyamız var. Bir daha deyirəm ki, əsas olan maliyyə yardımının çox olmasıdır. Maliyyə dəstəyi artsa, sənəddə nəzərdə tutulanların icrasına daha səmərəli və sistemli yanaşma mümkünləşəcək.
KİVDF iddia edildiyinin əksinə olaraq, pul paylamaqla məşğul olmayıb. Pul dövlət vəsaitidir. Həmin vəsait məqsədli şəkildə verilib və hesabatı da alınıb. Yəni pulun paylanması kimi ritorikanı yersiz sayıram. Əslində bu yanaşmanın özü elə qərəz göstəricisidir. Fond ötən 10 ildə kifayət qədər səmərəli fəaliyyət göstərib, üzərinə düşən missiyanı layiqincə yerinə yetirib. Kimlərsə görülmüş işləri yetərsiz saya bilər. Amma arqumentlərindən görürəm ki, yanaşmaları əsaslı deyil, niyyətləri də tam başqadır.
O ki qaldı indiki mərhələdə KİVDF-nin maliyyələşmə şərtlərini dəyişdirməsinə, burada da faciəyə döndəriləcək nəsə yoxdur. Bununla bağlı bir dəfə bildirmişəm. Yenə təkrar edirəm, ümumən qəzetçiliyə yanaşma dəyişməlidir. Hədəf budur. Dövlətin maliyyə yardımı üçün göstərilən minimum tələbləri yerinə yetirə biləcək qəzetlər olacaqsa, onlar öz işlərinə istər yaradıcılıq, istərsə də texnoloji cəhətdən fərqli baxmalıdırlar. Bizdə rəngli, yüksək keyfiyyətli kağızda çıxan qəzetlər olmalıdır. Metro və digər yerlərdə satış bərpa edilməlidir, ümumən satış şəbəkəsi genişləndirilməlidir. Bu, öz yerində.
İnsanlar informasiyanı əsasən internet üzərindən yayımlanan xəbər saytlarından, yaxud sosial şəbəkələrdən alırlar. Belə olan halda sabahın qəzetini həmin informasiyalarla dolduraraq buraxmaq kiməsə lazım deyil. Deməli, yaradıcı yanaşma, iş üslubu da dəyişməlidir. Hesab edirəm ki, belə də olacaq. Qarşıda bizi böyük dəyişikliklər gözləyir. Amma görünür, məsələ bəzilərini bərk narahat edir. Ona görə bütün potensiallarını işə salıblar. Çalışırlar ki, KİVDF-ni tam yararsız şəkildə göstərməklə ümumən media sahəsinə cavabdeh olan şəxslərin fəaliyyətinə kölgə salsınlar. Mən qurum ətrafında son günlər yayılmış söz-söhbəti məhz bu cür qiymətləndirirəm.
Ümumən onu da deyim ki, bu gün Azərbaycanda media sahəsində aparılan dövlət siyasəti ölkə başçısı cənab İlham Əliyevin tam diqqət və nəzarətindədir. Dövlət başçısının medianın fəaliyyətinə olduqca həssas yanaşması var. Bu yanaşmanın və aparılan dövlət siyasətinin heç bir alternativi yoxdur. Bu unudulmamalıdır.
İstərdim ki, məsələlərə geniş prizmadan yanaşılsın. Hansısa dar düşüncələri prinsip kimi qəbul etmək, nəyinsə ələ keçiriləcəyinə, hansısa mövqelərin qazanılacağına ümid bəsləmək, buna görə qərəz notlarına köklənmək yolverilməzdir. Çox təəssüf ki, baş verənlərdə daha çox bu meyli görürəm.
Musavat.com
Xəbərin oxunma sayı : 304
Müsahibə
Xəbərlər
-
Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz - Bu dəfə 5 gün
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
-
Xətai MKTB-nin rəisi Fəxrəddin Məmmədov xidmətçilərin maaşını kəsir? - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bu şəhərin bir hissəsi qazsız qalacaq - XƏBƏRDARLIQ
-
Həmin mikroavtobus qeyri-qanuni sərnişindaşıma ilə məşğul olub - AYNA
-
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - FOTOLAR
-
Bakıda kuryerlər qiymətlərdən narazıdır - VİDEO
-
“Saxlanılan Rusiya vətəndaşları ilə bağlı Bakı ilə təmasdayıq“ - Zaxarova
-
“Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin imicini məhv edib“ - HHQ komandanı
-
“Mado”da uşağıma yemək aldım, içindən çıxana baxın” - FOTO
-
Sabah dəhşətli isti olacaq - XƏBƏRDARLIQ
-
İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başladı - FOTO
-
Beyləqanda müasir ət kəsim məntəqəsinin açılışı oldu - Fotolar
-
“Öz tantuni”də hadisə - Xadimə aşpazın qızılını oğurladı
-
AzTV-nin tender ləğv olundu - 440 min manatlıq...
-
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə sərt CAVAB
-
Qazax İcra Hakimiyyətində yoxlama: Pozuntular aşkarlandı
-
Tramp Moskva və Pekini bomalaqla hədələyib - Səs yazısı yayılıb + VİDEO
-
Azərbaycanda ən çox boşanma halları bu rayondadır - STATİSTİKA
-
İstehlak kreditləri bazarı - böyük məbləğlər, yüksək faizlər
-
Öcalandan 26 il sonra ilk videomüraciət: “Silahı yerə qoyun“
-
Azərbaycanda yeni SES-lər tikiləcək - 55,2 milyon xərclənəcək
-
“Bu, qiymət artımı deyil, xərcləri əhali arasında düzgün bölməkdir” - VİDEO
-
Sabah İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək - Əbu-Dabidə
-
Yol polisi bu sürücülərə xəbərdarlıq etdi - VİDEO
-
Pensiyalar ayın neçəsi veriləcək? - DSMF-dən açıqlama
-
Azərbaycanla Qazaxıstan birgə PUA təlimi keçir - VİDEO
-
Əczaçılıq məhsulları üzrə xərclərimizdə kəskin artım nə ilə bağlıdır? - Açıqlama
-
Mərkəzdən kənarda 1400 manata kirayə mənzillər... - Qiymətlər niyə bahadır?
-
Azərbaycanda onkoloji xəstələrinin sayı kəskin artıb - RƏSMİ
-
Torpaq üzərindəki hüquqların qeydiyyat qaydaları DƏYİŞİR
-
Skuter, moped və velosiped sürücülərinə xəbərdarlıq
-
Milli Məclisin növbəti iclasının gündəliyi: 13 məsələ müzakirə olunacaq
-
Daha 28 azərbaycanlı Almaniyadan geri qaytarıldı - Açıqlama
-
Paraşütlə qayaya çırpılaraq həlak olan Nuranə ilə bağlı daha bir fakt - VİDEO
-
Ağdam-Füzuli yolunda mikroavtobus aşdı - 20 yaralı var
-
Qarpızlar sahələrdə qaldı - Yerində 5- 10 qəpiyə təklif olunur (VİDEO)
-
ABŞ Ukraynaya dəstəyini davam etdirəcək - Dövlət Departamenti
-
Çempionlar Liqasında yeni mövsüm başladı - NƏTİCƏLƏR
-
Nizami rayonunda uşaqların oyun meydançasını parkinqə çeviriblər - VİDEO
-
Monika Belluççi məşhur jurnalın üz qabığında - Fotolar
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
Ceyhun Bayramovla Pakistanlı həmkarı arasında telefonla danışığı olub - Müzakirə
-
“Demişdi ki, şah damarıma bıçaq soxaraq məni öldürəcək” - Namus, yoxsa mülk davası?
-
Həbsxanada atalığının zorladığı azyaşlı sığınacağa yerləşdirilib - Dövlət Komitəsi
-
Avropa 1940-cı illərdən bəri ən böyük təhdidlərlə üz-üzədir - Danimarka Baş naziri
-
Sabiq deputat Fəzail Ağamalı dələduzluqda ittiham olunur - Özü isə deyir ki...
-
Boşananlar niyə sistemdə evli kimi görünür? - AÇIQLAMA
-
Azərbaycan və Rusiya Fövqəladə Hallar nazirlikləri arasında fəaliyyət planı imzalanıb - FOTO
-
Zərərçəkənlər danışdı - Vardanyanın məhkəməsi
-
Pərvin barmağındakı üzükdən danışdı: “Bitən bitdi, gedən getdi”
-
Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü - FOTO
-
Bakıda qadının evindən 10 kq narkotik aşkarlandı - VİDEO
-
“Xəbər bizi son dərəcə sarsıtdı“ - İlham Əliyev Trampa başsağlığı verdi
-
Nəsimi rayonu “Köhnə Təzə Bazar” da qanunsuz tikinti aparılır? - VİDEO
-
Müharibə vaxtı qonşu ölkələrin İsraillə hərbi əməkdaşlığı təsdiqlənməyib - Pezeşkian
-
Prezident İldırım Vəliyevə ali xüsusi rütbə verdi - Sərəncam
-
Ərdoğan Nəriman Cəlal və ailəsi ilə görüşdü - Fotolar
-
Bu şəxslərə diplomatik rütbələr verildi - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Əməliyyat zamanı canlı yayım açan həkim barəsində araşdırma başlanılacaq - RƏSMİ
-
Bu rayonda 20 mindən artıq abonent qazsız qalacaq - Xəbərdarlıq
-
“Qapalı Mədəniyyət Evi, açıq bazar: Fəridə Babayeva işəgötürmə adıyla kimləri aldadıb?
-
Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb - RƏSMİ
-
14 il “iş“ almış şəxsi “azad etdirmək“ istədi, özü 2 il “iş“ aldı - Dələduzluq
-
Borclunun qazı nə vaxt dayandırıla bilər? - Yeni qanun hazırlanır
-
“Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfrans keçirilib - FOTOLAR
-
Yuyucu toz yerinə duz satılır? - Azad İstehlakçılar Birliyi araşdırma tələb edir
-
Trampdan Almaniyaya təklif: “Ukraynaya “Patriot” göndərin“
-
Bu şagirdlərə pulsuz məktəbli formaları veriləcək - Müqavilə
-
“Eurohome”da yerləşən “Keşlə” bazarında yararsız balıq məhsulları satılırmış - FOTOLAR
-
“Rusiya hazırdır, Ukraynanın cavabını gözləyirik” - Hakan Fidan
-
Vaxtından əvvəl pensiyaya çıxmaq istəyən rəisin başına iş gəldi - 14 300 manat vermişdi
-
Qarabağa səfərlərlə bağlı icazə prosedurları sadələşdirilir - Müddət 5 gün oldu
-
Texasda ştatında daşqın - Ölənlərin sayı 100-ü ötüb
-
Yeni şəxsiyyət vəsiqəsini almaq məcburidir? - Deputatlar açıqladı
-
Sabah yağış yağacaq - Çimərliklərdə temperatur necə olacaq?
-
Evimiz və ofislərimiz xaricdən izlənirmiş - DTX mühüm əməliyyat keçirdi
-
“Mən ləyaqətli ölümdən və ya şəhidlikdən qorxmuram“ - Məsud Pezeşkian
-
Azərbaycanda qaz və işıqla bağlı aylıq sabit tariflər - 1 manatı aşmayacaq
-
Bakıda magistral kəmər yenilənir - Su kəsiləcək
-
Parlament Naxçıvan Konstitusiyasına dəyişiklikləri QƏBUL EDİB
-
Tanınmış azərbaycanlı bəstəkar Türkiyədə buna görə ölübmüş - TƏFƏRRÜAT
-
Erməni kilsəsinin “azad edilməsinə“ şəxsən rəhbərlik edəcəm - Paşinyan
-
“Kiyevə silah tədarükünün dayandırılmasına görə məsuliyyət daşımıram“ - Tramp
-
Milli Məclisin iclası keçirilir - Gündəlikdə 15 məsələ var
-
“Bəzən diplomatik şəkildə və zarafatla deyirik ki...“ - Hikmət Hacıyev
-
Tanınmış iş adamının oğlu binadan yıxılaraq öldü - FOTO
-
Kredit faizləri bahalaşıb - Səbəb nədir? VİDEO
-
Hamilə qadınlar bu xidmətlərdən pulsuz yararlana bilərlər - TƏBİB
-
Albalı və gilas paytaxtda bahalaşıb - Qiymətlər
-
Bakıda avtobusla yük maşını toqquşub - VİDEO
-
Kəlbəcərdə hərbçilər qəzaya düşdü - Yaralılar var
-
“İranla bağlı sanksiyaları ləğv etmək istəyərdim” - Tramp
-
Bakının kirayə mənzil bazarında vəziyyət necədir? - VİDEO
-
Ebrunun mahnısının Nuridən oğurlandığı iddia edildi - VİDEO
-
Bakıda qadını öldürüb gölün sahilinə atdılar - Əri saxlanıldı
-
Hakan Fidan Lavrovla görüşdü - BRİCS sammitində
-
“İşğaldan əvvəl zəng vurub bizi təhqir edirdilər” - Məhkəmə+Fotolar
-
“MedEra Hospital”da falçı otağı: Elnur Əli həkimdirmi?
-
Abşeronda yaşayış binasında partlayış, xəsarət alanlar var - VİDEO
-
Rektor təyin olunan Nazim Pənahov kmdir? - DOSYE
-
Sabah bu ərazidə qaz təchizatı müvəqqəti dayandırılacaq - Xəbərdarlıq
-
`“Aztelekom“un sabiq sədrinin oğlu Alışanovun səsini gizli yazıbmış - Məhkəmədə üzə çıxdı
-
Ərdoğan DEM Partiyasının nümayəndələri ilə görüşdü - FOTO
-
“Xamenei inanır ki, amerikalı investorlar İrana gələ bilər“ - Pezeşkian
-
Deputata məxsus olduğu deyilən şirkətə 124 minlik sifariş - TENDER
TOP 10
ARXİV