Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Əflatun Amaşovdan seçki açıqlaması:“Parlamentin yenidən formalaşması vacibdir“

Tarix 28.11.19, 22:52

Font ölçüsü : - / +
bitmap-img6


Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının Milli Məclisin buraxılması təşəbbüsü ilə bağlı qəbul etdiyi qərar ölkə parlamentinin Prezident İlham Əliyev tərəfindən aparılan islahatlara adekvat reaksiya vermək niyyətindən irəli gəlir.

AzFakt.com xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Onun sözlərinə görə, bunu hakim partiya rəsmilərinin verilən qərarla bağlı açıqlamalarından da görmək mümkündür: “Hesab edirəm ki, qarşıda bizi gözləyən növbədənkənar parlament seçkiləri ilə davam etməkdə olan islahat mərhələsi özünün əhəmiyyətli fazasına qədəm qoyacaq. Bu mərhələnin uğuru üçün parlamentin yenidən formalaşması vacibdir. Təbii ki, gəncləşmə önəmlidir. YAP da bunu əsas tutur. Prezident İlham Əliyev də eyni zamanda hakim partiyanın rəhbəri kimi çıxışlarında bu məqamı vurğulayıb. Prezident İlham Əliyev çıxışlarında həmçinin islahatların daha da dərinləşəcəyini, gənclərin dövlət idarəçiliyində önə çəkiləcəyini bildirib. Düşünürəm ki, YAP-ın Siyasi Şurasının qərarı məhz bu baxımdan da müstəsna əhəmiyyət daşıyacaq.

YAP illərdir ki, ölkəmizin həm siyasi, həm də ictimai həyatında mühüm missiya yerinə yetirən nüfuzlu institutdur. Pariyanın qəbul etdiyi qərar, bu xüsusda onun öz deputat korpusunu yeniləmək istəyi, həm də cəmiyyətə verilən mühüm yeniləşmə mesajıdır. Bu, nümunəvi addımdır”.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının bu gün keçirilən iclasında partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmələri tövsiyə olunub.




Xəbərin oxunma sayı : 460




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap