Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

“Forbes” ən çox pul qazanan məşhur gənclərin adlarını açıqlayıb

Tarix 17.11.17, 21:43

Font ölçüsü : - / +
bitmap-img6


Efiopiya əsilli kanadalı ifaçı The Weeknd (Eybel Tesfaye) dünyanın ən çox pul qazanan və yaşları 30-dək olan məşhur gənclərin siyahısında ilk yeri tutub

AZƏRTAC “Forbes” jurnalına istinadla xəbər verir ki, onun əsasən konsert fəaliyyəti nəticəsində əldə etdiyi gəlirləri 2017-ci ildə 92 milyon dollara çatıb. Bununla yanaşı, müğənni “Starboy: Legend of the Fall” konsert turu ərzində hər çıxışına görə 1,1 milyon dollardan çox qonorar alıb.

23 yaşlı pop müğənnisi Castin Biber 83,5 milyonluq gəliri ilə ikinci yerdə qərarlaşıb. O, ilk dəfə “Forbes” jurnalının üz qabığına 2012-ci ildə 18 yaşında olarkən düşüb.

Albom satışlarından və konsertlərdən 69 milyon dollar qazanan britaniyalı ifaçı Adel siyahının üçüncü sətrində yer alır. 29 yaşlı müğənninin uğuru “25” adlı son albomunun 2016-cı ildə 1,73 milyon nüsxəlik satışa nail olması ilə izah edilir.

Reytinqin ilk onluğuna, həmçinin ABŞ-ın NBA və Milli futbol liqalarının oyunçuları, 27 yaşlı pop müğənnisi Teylor Svift, 20 yaşlı model Keyli Cenner daxildir.

Nəşr bildirir ki, məlumatlar 2016-cı il iyunun 1-dən 2017-ci il iyunun 1-dək olan dövr üzrə qiymətləndirilib. Reytinqə daxil olan 30 məşhur gəncin ümumi illik gəlirləri 1,24 milyard dollardır.



Xəbərin oxunma sayı : 139




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap