Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Formula-1” ilə bağlı Bakı yollarında son dəyişikliklərin siyahısı

Tarix 20.06.17, 22:45

Font ölçüsü : - / +
bitmap-img6


"Formula 1" Azərbaycan "Qran-prisi" ilə əlaqədar Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov musavat.com-a açıqlamasında yollarda edilən dəyişikliklər barəsində məlumat verib. 

O, bildirib ki, artıq yarışlarla əlaqədar paytaxtın əksər küçələrində avtomobillərin hərəkəti ilə bağlı dəyişikliklər edilib: “Şeyx Şamil küçəsinin Lermontov küçəsi ilə kəsişmə hissəsində avtomobillərin hərəkəti Lermontov istiqamətinə yönəldilib. Mirzə Fətəli Axundov adına parkın ətrafındakı küçələr boyunca hərəkətdə dəyişiklik edilib. Yəni Bünyad Sərdarov küçəsindən Əhməd Cavad istiqamətində hərəkət edənlər Azərbaycan prospekti istiqamətinə hərəkət edəcəklər. Yusif bəy İbrahimov-İstiqlaliyyət, Muxtarov-İstiqlaliyyət, İstiqlaliyyət-Azərbaycan prospekti də artıq bağlanıb. İstiqlaliyyət-Azərbaycandan ancaq piyadaların İçərişəhər istiqamətinə getməsi, yerüstü piyada keçidi ilə tənzimlənir. Bundan başqa Səməd Vurğun və Füzuli küçələrinin kəsişməsindən Üzeyir Hacıbəyov istiqamətindəki yol, iki istiqamətli təşkil edilib.

Üzeyir Hacıbəyov küçəsinin Səməd Vurğun küçəsindən kəsişməsindən, Rəsulzadə küçəsinədək olan hissəni avtomobillərin hərəkəti üçün iki istiqamətli təşkil olunub. Eyni zamanda Afiyəddin Cəlilov və Yusif Səfərov küçəsinin kəsişməsindən, Cavanşir körpüsü istiqamətində hərəkət də tam olaraq məhdudlaşdırılıb. Yalnız hərəkət Yusif Səfərov küçəsi ilə təşkil edilib. Yusif Səfərov 28 May küçəsinin kəsişməsindən Kövkəb Səfərəliyeva küçəsi də planlaşdırılıb. Rixard Zorge- Üzeyir Hacıbəyov, Kövkəb Səfərəliyeva- Üzeyir Hacıbəyovdan hərəkət yalnız düzünə planlaşdırılıb. Eyni zamanda Bakı-Salyan yolunun 14-cü kilometrliyindən istiqamət 3-cü kənar dairəvi yola, Bayıl qəsəbəsindən 20-ci sahə və Dalğa Plazanın yanından da hərəkət, Bayıl qəsəbə daxili yollarla Mehdi Hüseyn, Parlament prospekti istiqamətində müəyyənləşdirilib”.

V.Əsədov bildirib ki, bu məhdudiyyətlər iyunun 26-na qədər keçərlidir: “Dəyişikliklə əlaqədar olaraq yolboyu nişanlar da yerləşdirilib. Unutmayın ki, bu nişanların hər birinin altında əlavə lövhəcik də qoyulub. “19-dan 27-si tarixinədək” yazılı nişanlar da vurulub ki, bunu da sürücülər bilirlər”.



Xəbərin oxunma sayı : 109




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap