Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Formula 1“ yarışına 54 ölkədən bilet alınıb

Tarix 27.05.17, 0:48

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəsmiləri Tiflisdə Gürcüstan mediasının nümayəndələrinə “Qafqazda Formula 1: Regionda Turizm ilə Avtoidmanın Birgə İnkişafı” mövzusunda təqdimat keçirib və iştirakçılara Azərbaycan Qran Prisi haqqında ətraflı məlumat veriblər

AzVision.az xəbər verir ki, Mayın 24-ü Mariott hotelində baş tutan görüşdə BŞH-nın Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai ilə Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim çıxış ediblər.

Regionda turizmlə avtoidmanın qarşılıqlı inkişafı prespektivlərindən danışan Nigar Arpadarai Azərbaycanda baş tutan Formula 1 yarışına Gürcüstandan böyük maraq göstərildiyini bildirib: “Biz ötən il olduğu kimi bu il də Bakıda keçirilən Formula 1 yarışının Gürcüstanda təbliğinə xüsusilə çalışırıq. Ötən il Gürcüstandan paytaxtımıza yarışı izləmək üçün çox sayda Formula 1 azarkeşi gəlmişdi.

Bu il daha intensiv şəkildə apardığımız kampaniyalar və keçirdiyimiz görüşlər nəticəsində ötən illə müqayisədə daha çox gürcüstanlı turistin gələcəyini gözləyirik. İnanıram ki, Formula 1 azarkeşlərinin böyük maraq və həvəslə gözlədiyi Azərbaycan Qran Prisi region ölkələrində avtoidman mədəniyyətinin inkişafında böyük xidmət göstərəcək”.

Bakıda Formula 1 yarışının yay fəslinin başlanğıcında keçirilməsi ölkəyə xaricdən turist axınına səbəb olacağını qeyd edən Bülənt Özərdim Gürcüstanın Azərbaycan Qran Prisinə ən çox maraq göstərən ölkələrdən biri olduğunu bildirib: “Bu il Bakıda bu yay 23-25 iyun tarixlərində baş tutacaq Formula 1 yarışına indiyədək 54 ölkədən bilet alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il daha çox bilet satılıb. Builki yarışa daha çox ölkənin maraq göstərməsinə baxmayaraq Gürcüstan hər iki il ilk beşliyə daxil olaraq öz qabaqcıl mövqeyini qoruyub saxlaya bilib. Nəticədə biz bu il keçən ildəkindən olduqca çox sayda gürcüstanlı turist gözləyirik”.



Xəbərin oxunma sayı : 145




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap